Piy toxuması (textus adiposus)
Bu toxumanın əsasını piy hüceyrələri təşkil edir. Əgər birləşdirici toxumada piy hüceyrələri çox toplanarsa orada piy toxuması meydan çıxır [1, s. 114, şək. 13.3.].
39
Piy toxuması paycıqlı quruluşa malikdir. Paycıqlar müxtəlif formada və ölçüdə olub, köv şək birləşdirici toxuma qatı ilə bir-birindən ayrılır. Paycıqlar ın daxilində piy hüceyrələri bir-birinə çox sıx yerləşir və buna görə öz formasını dəyişərək çoxbucaqlı şəkil alır. Piy hüceyrələri arasında birləşdirici toxumanın digə r növ hüceyrələrinə də t əsadüf olunur. Bunlara fibroblastlar, limfositlə r, tosqun hüceyrələr və s. aiddir. Bu hüceyrələr də sıxılaraq şəkillərini dəyişir. Paycıqların daxilində nazik kollagen, elastik və retikulyar liflərə rast gəlmək olur. Retikulyar liflər piy hüceyr ələri ilə daha sıx rabitədə olur və qan kapilyarları ilə birlikdə onlar piy hüceyrələrini səbət kimi əhat ə edir. Limfa kapilyarları na isə paycıqlar arasında təsadüf olunur. Belə quruluşa malik olan piy toxuması , adətən, ağ piy toxuması adlanı r. İnsanda bu toxuma dəri altında, xüsusilə kürək sümükləri arasında və onların altında, qarnın ön divarının aşağısında, sağrı və bud nahiyələrində, habelə piylikdə, müsariqədə və periton arxasında toplanır.
Piy toxumasının digər növü tünd, ya boz (qonur) piy toxuması adlanır. Belə toxuma yenidoğulmuş uşaqlarda, habelə gəmiricilərdə və s. olur. Uşaqlarda, adətən o boyun nahiyə sində, kürəkdə, döş arxasında və s. yerlərdə təsadüf olunur. Burada piy hüceyrələri nisbətən kiçik olur, s ıx qan kapilyarları toru ilə əhatə olunur. Bu hüceyrələrin sitoplazmasında piy bütöv damla şəklində deyil, çox miqdarda ayrı-ayrı hissələr (əlavələr) kimi olur. Burada mitoxondrilər xeyli çoxdur. Piy hüceyrələrinin boz rəngi onun mitoxondrilə rındə olan sitoxrom adlı də mirli piqmentlərdən asılıdır. Mitoxondrilərin burada çox olması hüceyrələrin oksidl əşdirici fəaliyyətinin artıq olması ilə əlaqədardır. Nəticə də hüceyrə lər ətraf mühitə güclü enerji verir. Beləliklə, boz piy toxuması termogenez (istilik əmələ gətirmək) prosesində çox əhə miyyətlidir. Burada istiliyin meydana çı xması kimyəvi çevrilmələrin nəticəsidir. Təsadüfi deyildir ki, qış yuxusuna yatan heyvanlar üçün belə piy toxuması səciyyəvidir.
Aclıq zamanı piy toxuması adə tən azalır, lakin belə hal ağ piy toxuması üçün daha xarakterikdir. Lakin yadda saxlamaq lazımdır ki, ağ piy troxumasının bütün hüceyr ələri mübadilə prosesində fəal i ştirak etmir. Buna görə də bəzi yerlərdə, məsələn, ovucda və ayaqaltı nda, habelə, gözyuvasında ən güclü aclıq zamanı belə piy toxumas ı itmir. Çox güman ki, bu yerlərdə ağ piy mübadilə funksiyası deyil, daha çox mexaniki vəzifə ifa edir. Ağ piy eyni zamanda suyun artı ğı üçün depo vəzifəsi daşıyı r. Bə dənin fiziki termorequlyasında bu piyin xeyli əhəmiyyəti vardır. Ağ piy habelə amortizator rolunu ifa edir.
Dostları ilə paylaş: |