Sarkoplazmatik tor Skelet əzələ toxuması nda hamar endoplazmatik tor sarkoplazmatik tor adlanır. Hə r bir miofibril requlyar olaraq təkrarlanan sarkoplazmatik tor elementləri ilə - anastomozlaşan membran borucuqlar və terminal sisternlərlə əhatə olunmuşdur. Tünd və açıq diskl ərin sərhəddində 2 qonşu terminal sisternlər (L-lateral sisternlər) T-borucuqlarla əlaqələnərək triadalar əmələ gətirirlər. Sarkoplazmatik tor – hamar endoplazmatik şəbəkə Ca 2+ deposu rolunu oynayır. Sarkoplazmatik torun içərisində Ca2+ birl əşdirici zülal - kalsekvestrin yerləşir. Əzələ lifi təqəllüsü prosesində Ca2+-ionları kalsium kanalları vasitəsi ilə depolardan sarkoplazmaya çıxır. Əzələ boşalarkən Ca2+-ATF-azası iştirakı ilə Ca2+ionları yenidən sarkoplazmadan depolara qayıdır.
T-borucuqlar– əzəl ə lifinin sarkolemması daxil ə doğru çoxlu miqdarda köndələn borucuqlar şəklində çökəkliklər əmə lə gətirir, onlar sarkoplazmatik torun terminal sisternaları arasında yerləşərək triadaları əmələ gətirirlər. Triadaları n T-borucuqlarında dehidropiridin reseptorları yerləşir. bu reseptorlar membran potensialı dəyişiklikl ərini qeydə alır (əzələyə impuls verildikdə membran potensialı dəyişir) və sarkoplazmatik torun rianodin reseptorlarını aktivləşdirirlər, Ca2+ kanalları açılır. Nəticədə Ca2+ ionları sarkoplazmatik tordan sarkoplazmaya keçir.