Dəqiqləşdirmə mərhələsi
Bu mərhələdə problem sahələrinin təhlili aparılır və informasiya sisteminin arxitekturasının əsasları işlənib hazırlanır. Sistemin arxitekturasına aid hər bir qərarın qəbulunda sistem bütövlükdə nəzərə alınmalıdır. Bu o deməkdir ki, sistemin əksər funksional imkanları təsvir olunmalı və sistemin komponentləri arasındakı qarşılıqlı əlaqələr nəzərə alınmalıdır. Dəqiqləşdirmə mərhələsinin sonunda arxitektura həllərinin və layihədəki əsas risk elementlərinin aradan qaldırılması üsullarının təhlili aparılmalıdır.
Dostları ilə paylaş: |