Prototip modeli
Prototip (yunanca Prötotupon-nümunə)- hazırlanması tələb olunan İS-in əsas funksiyalarını yerinə yetirən, lakin qoyulan məqsədə çatmaq üçün hələ sınaqdan çıxarılmayan yarım-hazır proqram vasitəsidir. Protitipə əsaslanan modellə informasiya sisteminin qurulması iterativ proses kimi həyata keçirilir. İnformasiya sisteminin həyat dövrünün protitip modeli şəkil 2-də verilmişdir.
Kaskad modelindən fərqli olaraq prototip modelində layihələndirmə adlanan mərhələ yoxdur. Onun əvəzində qurulan sistemə qoyulan tələbatlara müəyyən dərəcədə cavab verən prototip (proqram məhsulu) seçilir və əldə edilir.
Modelin əsas ağırlıq mərkəzi olan 3-cü mərhələdə prototip sifariş edilən sistemə uyğunlaşdırılır. Prototipin yerinə yetirdiyi funksiyalar bir daha ətraflı araşdırılır, imkan dairəsində bu funksiyalar qurulan sistemin funksiyalarına uyğunlaşdırılır və protitipdə olmayan, lakin sistemin tələb etdiyi funksiyaların yerinə yetirilməsi üçün əlavə proqram komponentləri yaradılır və prototipə daxil edilir.
4-cü mərhələdə modifikasiya edilmiş protitipin sınaq istismarı (testlənməsi) aparılır. Testlənmə uğurla nəticələndikdə, yəni modifikasiya edilmiş prototipin hazırlanan sistemə tam uyğunluğu halında sistem istismara verilir. Əks halda, yəni testlənmə zamanı modifikasıya olunmuş prototipin sifarişçinin tələblərinə tam cavab verməməsi aşkarlandıqda, 3-cü mərhələyə keçid baş verir və uyğunlaşdırma prosesi təkrarlanır. Bu cür təkrarlanma bir neçə dəfə baş verə bilər. Hər bir iterasiyada testlənmə nəticəsində aşkarlanan uyğunsuzluqlar bir daha dəqiqləşdirilir və onların aradan qaldırılması üçün tədbirlər görünür.
Sonuncu mərhələdə sifarişçinin tələblərinə tam uyğunlaşdırılmış informasiya sistemi istismara verilir.
Prototip modelinin üstünlüyü sistemin quraşdırılmasının tez başa gəlməsi və nisbətən az zəhmət və məsrəf tələb etməsidir. Quraşdırılma prosesi iterativ aparıldığından, hər iterasiyada sistemə yeni funksiyaların və kefiyyətlərin daxil edilməsi imkanı yaranır.
Bu modelin başlıca çatışmazlığı ondan idarətdir ki, konkret tələblərə və tətbiq sahəsinə uyğun gələn prototipi tapmaq o qədər də asan məsələ deyil. Əksər hallarda seçilən prototip tələb olunan variantdan kifayət qədər fərqlənir və belə hallarda protitipin sifarişçinin tələblərinə uyğunlaşdırılması çox vaxt və məsrəf tələb edir.
Dostları ilə paylaş: |