Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə59/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
C fakepathMühazir

MühazirƏ 9


İnformasiya sisteminin qurulma metodologiyası və texnologiyası

İS-in qurulma metodologiyasına və texnologiyasına qoyulan tələblər

İnformasiya sisteminin qurulma metodologiyası dedikdə sistemə qoyulan tələblərə cavab verən qurulma proseslərinin təşkili və həmin proseslərin idarə olunmasının təminatı başa düşülür. Korporativ informasiya sisteminin qurulma metodologiyası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

-müəssisənin məqsəd və vəzifələrinə cavab verən və əsas proseslərin avtomatlaşdırılmasına qoyulan tələblərə uyğun gələn İS-in hazırlanmasının təminatı;

-tələb olunan parametrlərə məxsus, razılaşdırılmış vaxt və büdcə çərçivəsində sistemin hazırlanmasının təminatı;

-müəssisənin fəaliyyətinin dəyişilməsi şəraitinə uyğun olaraq sistemin müşayət edilməsinin, dəyişdirilməsinin və yeniləşdirilməsinin mümkünlüyü və sadəliyi;

-açıq, köçürülə bilən və miqyası dəyişdirilə bilən korporativ informasiya sisteminin yaradılmasının təminatı;

-qurulan sistemdə ondan əvvəl hazırlanmış və müəssisədə tətbiq edilən informasiya texnologiyaları vasitələrindən (proqram təminatı, verilənlər bazaları, kompüter texnikası və telekommunikasiya vasitələri) istifadə edilməsinin mümkünlüyü.

Metodologiya, texnologiya və instrumental vasitələr hər bir informasiya sisteminin layihəsinin əsasını təşkil edir. Metodologiya konkret texnologiyalar və onları dəstəkləyən standartlar, metodlar və İS-in həyat dövrünün proseslərini yerinə yetirən instrumental vasitələrlə reallaşdırılır. Layihələndirmə texnologiyasının əsas məzmununu texnoloji əməliyyatlar, bu əməliyyatların yerinə yetirilmə şərtlərinin və əməliyyatların özlərinin təsvirindən ibarət olan texnoloji təlimatlar təşkil edir.

Layihələndirmə texnologiyasının tərkib hissələri aşağıdakılardır:

- layihələndirmənin texnoloji əməliyyatlarının məzmunu və ardıcıllığı;

-texnoloji əməliyyatların nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunan kriterilər və qaydalar;

-layihələndirilən sistemin təsviri üçün istifadə olunan qrafik və mətn vasitələri (notasiyalar).

Hər bir texnoloji əməliyyat aşağıdakı material və informasiya resursları ilə təmin olunmalıdır:

-əvvəlki əməliyyatlardan alınan və standart formada təsvir olunan verilənlər (və ya ilkin verilənlər);

- metodik materiallar, təlimatlar, normativlər və standartlar;

- proqram və texniki vasitələr;

- icraçılar.

Əməliyyatların nəticələri onların sonrakı əməliyyatlarda adekvat qavranılması üçün standart formada təsvir olunmalıdır.

İnformasiya sisteminin layihələndirilməsi, hazırlanması və müşayiət edilməsi texnologiyasına qoyulan ümumi tələbləri belə formalaşdırmaq olar:

1-informasiya sisteminin həyat dövrünü bütövlükdə təmin etmək;

2-sistemin tələb olunan keyfiyyətlə və vaxtında işlənib hazırlanmasına zəmanət vermək;

3-layihənin məhdud sayda icraçılardan ibarət qruplar tərəfindən hazırlanan və sonradan inteqrasiya olunan altsistemlərə bölünməsinin, yəni, dekompozisiyasının mümkünlüyünü təmin etmək;

4-texnologiya ayrı-ayrı altsistemlərin hazırlanması işlərinin kiçik qruplar (3-7 nəfər) tərəfindən aparılması imkanını təmin etməlidir;

5-işqabiliyyətli altsistemlərin minimum vaxt ərzində qurulmasını təmin etmək;

6-layihənin konfiqurasiyasının, variantlarının və tərkib həssələrinin idarə olunmasını, layihə sənədlərinin avtomatik hazırlanmasını və sənədlərin variantlarının layihə variantları ilə sinxronlaşdırılmasını təmin etmək;

7-sistemin layihə qərarlarının reallaşdırılma vasitələrindən-verilənlər bazalarının idarəetmə sistemlərindən, əməliyyat sistemlərindən, proqramlaşdırma sistemlərindən- asılı olmamasını təmin etmək.




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin