Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə60/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
C fakepathMühazir

RAD metodologiyası

RAD metodologiyasının xüsusiyyətləri

Əvvəllər informasiya sistemlərinin qurulması üçün ənənəvi proqramlaşdırma dillərindən istifadə olunurdu. Lakin sistemlərin mürəkkəbliyi və istifadəçilərin sorğuları artdıqca, həmçinin kompüter texnologiyalarının inkişafı, əlverişli qrafik interfeyslər yaratmağa imkan verən proqramlaşdırma sistemlərinin yaranması, informasiya sistemlərinin qısa vaxtda hazırlanmasını təmin edən yeni vasitələrə təlabat yaratdı. Bu tələbat proqram təminatı sahəsində yeni istiqamətin-tətbiqin tez hazırlanması üçün instrumental vasitələrin-yaranmasına səbəb oldu. Bu istiqamətin inkişafı proqram təminatı bazarında praktik olaraq informasiya sisteminin həyat dövrünün bütün mərhələlərinin avtomatlaşdırılması vasitələrinin meydana gəlməsi ilə nəticələndi.

Tətbiqin tez hazırlanması vasitələrindən istifadə etməklə informasiya sistemlərinin qurulma metodologiyası son illər «Tətbiqin tez hazırlanması metodologiyası» və ya ingiliscə RAD (Rapid Application Development) adlanan metodologiyanın geniş yayılmasına gətirib çıxartdı. Bu metodologiya müasir informasiya sistemlərinin həyat dövrlərinin bütün mərhələlərini əhatə edir.

RAD-sistemin ayrı-ayrı komponentlərini funksional əks etdirən müəyyən sayda qrafik obyektlərlə əməliyyat aparmağa imkan verən tətbiqi informasiya sisteminini tez hazırlanmasını təmin edən xüsusi vasitələr kompleksidir. Tətbiqin tez hazırlanması metodologiyası informasiya sisteminin aşağıdakı əsas xüsusiyyətlərə əsaslanan qurulma prosesidir:

1- nisbətən kiçik komanda (adətən 2-10 nəfər) tələb olunur;

2- nisbətən qısa vaxta hesablanmış (2-6 ay) və dəqiq işlənmiş iş proqramı;

3-sistemin qurulması sifarişçi ilə sıx qarşılıqlı əlaqələrə əsaslanan iterasiya modeli ilə aparılır. Layihənin yerinə yetirilməsi prosesində sifarişçi tərəfindən verilən tələbləri icraçılar dəqiqləşdirir və reallaşdırılar.

RAD metodologiyasının əsas prinsipləri aşağıdakılardır:

-İS-in qurulması iterasiya (spiral) modeli ilə aparılır;

-hər bir mərhələdə işlərin başa çatdırılması vacib deyil;

-İS-in qurulma prosesində sifarişçi və gələcək istifadəçilərlə sıx əlaqələr yaradılır;

-qurulma mərhələlərində avtomatlaşdırılmış vasitələrdən istifadə olunur;

-layihəyə dəyişiliklərin edilməsini və hazır sistemin müşayət olunmasını asanlaşdırmaq üçün konfqurasiyanın idarə edilməsi vasitələrindən istifadə edilir;

-istifadəçilərin tələblərini tam müəyyənləşdirməyə və reallaşdırmağa imkan verən prototiplərdən istifadə olunur;

-layihənin testlənməsi və inkişafı qurulma prosesi ilə eyni vaxtda aparılır;

-İS-in qurulması az sayda, yaxşı idarə olunan və peşəkarlardan ibarət olan komanda ilə yerinə yetirilir;

-sistemin hazırlanmasına keyfiyyətli rəhbərlik edilməli, işlər dəqiq planlaşdırılmalı və onların içrasına nəzarət edilməlidir.

RAD metodologiyası obyekt-yönlü, vizual və hadisə-yönlü kimi müasir proqramlaşdırma texnologiyalarının tətbiqinə əsaslanır. Qısa şəkildə onlara baxaq.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin