Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə61/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   78
C fakepathMühazir

MühazirƏ 10


Obyekt-yönlü proqramlaşdırma

RAD vasitələri ənənəvi texnologiyadan tamamilə fərqli olan obyekt-yönlü proqramlaşdırma texnologiyasını reallaşdırmağa imkan verdi. Bu texnologiyaya əsasən informasiya obyektləri fəaliyyətdə olan müəyyən modellər (prototiplər) kimi formalaşdırılır. Onların fəaliyyəti istifadəçi ilə razılaşdırılır, sonra isə icraçı layihələndirilən sistemin ümumi strukturuna uyğun son variantların formalaşdırılmasına keçir.

Obyekt-yönlü yanaşma mürəkkəb sistemlərin yaradılmasında əsas çətinliklərdən birini–real həyatla (problem sahəsi) imitasiya mü- hiti arasındakı fərqi–aradan qaldırmağa imkan verir. Problem sahəsinin təsviri (modeli) verilənləri və onları emal edən metodları birləşdirən obyektlər –mahiyyətlər çoxluğu şəklində qurulur. Hər bir obyekt özünün davranışına malik olur və real həyatın hər hansı obyektini modelləşdirir. Obyekt pozula bilməyən tamlığa malik olur. Yəni obyekti xarakterizə edən xassələr və onun davranışı dəyişilmir. Obyekt yalnız vəziyyətini dəyişdirə bilər, idarə oluna bilər və ya digər obyektlərlə əlaqəyə girə bilər.

Layihələndirmənin vizual vasitələrinin meydana gəlməsilə obyekt-yönlü proqramlaşdırma daha geniş tətbiq olunmağa başlandı. Real obyektlərin davranışını təsvir edən prosedurlarla verilənlərin birləşdirilməsi nəticəsində yaradılan proqram obyektlərinin qrafik interfeys vasitəsilə əks etdirilməsi mümkün oldu. Bu isə reallığa çox oxşar proqram sistemlərinin hazırlanmasına və yüksək səviyyədə mücərrədlik əldə edilməsinə imkan yaratdı. Obyekt- yönlü proqramlaşdırma həm də daha etibarlı proqram kodu yaratmağa imkan verir, çünki proqram obyektinin dəqiq təyin olunmuş və nəzarətdə saxlanılan interfeysi olur.

RAD vasitələri ilə proqram məhsulunun hazırlanmasında ümumi müraciətli bazada saxlanan çoxlu sayda hazır obyektlərdən istifadə olunur. Lakin yeni obyektlərin də hazırlanmasına imkan yaradılır. Bu halda yeni obyektlər mövcud olanların əsasında və ya «sıfırdan» başlayaraq hazırlana bilər.

RAD-ın instrumental vasitələri əlverişli qrafik interfeysə malik olub, proqram kodunu yazmamaqla standart obyektlər əsasında sadə proqramları formalaşdırmağa imkan verir. Bu xüsusiyyət RAD-ın böyük üstünlüyü hesab olunur, çünki interfeysin hazırlanmasına sərf olunan vaxt xeyli azalır. Sistemin interfeys hissəsinin tez hazırlanması prototiplərin tez qrulmasına imkan yaradır və istifadəçilərlə qarşılıqlı əlaqələri sadələşdirir.

Beləliklə, RAD vasitələri informasiya sistemini yaradanların diqqətini müəssisənin real işgüzar proseslərinin mahiyyətinə yönəltməyə imkan verir. Bu isə yaradılan sistemin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin