Açıq sistemlərin profilləri
Müasir informasiya sistemlərinin hazırlanması, müşayiət edilməsi və inkişafı açıq tipli sistemlərin qurulma metodologiyasına əsaslanır. Açıq informasiya sistemləri müasir cəmiyyətin əsas sahələrinin: dövlət idarə orqanlarının, maliyyə- kredit sahəsinin, sahibkarlıq fəaliyyətinə informasiya xidmətinin, istehsalat, elm, təhsil və s. sahələrinin informasiyalaşdırılması prosesində yaradılır. Açıq informasiya sistemlərinin istifadə olunması və inkişafı informasiya texnologiyalarının funksional standartlaşdırma metodologiyasına əsaslanan standartların tətbiqi ilə sıx bağlıdır.
Dostları ilə paylaş: |