Hazırda mövcud olan standartları aşağıdakı əlamətlərə görə şərti olaraq bir neçə qrupa bölmək olar.
Standartlaşdırma mövzusuna görə. Bu qrupa funksional standartlar (proqramlaşdırma dillərinin, interfeyslərin, protokolların standartları) və informasiya sisteminin həyat dövrünün təşkilinə və proqram təminatına aid standartlar aiddir.
rəsmi beynəlxalq standartlar (məsələn, ISO/IEC standartları);
rəsmi milli standartlar (məsələn, «QOST», «ANSI», «IDEF» standartları);
standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitetlərin standartları (məsələn, OMG konsorsiumunun standartları);
«de-fakto» standartlar, yəni rəsmi olaraq heç kim tərəfindən təsdiq olunmayan, lakin faktiki fəaliyyət göstərən standartlar (məsələn, relyasiya tipli verilənlər bazaları ilə əlaqə yaratmaq üçün SQL dili və ya C proqramlaşdırma dili uzun müddət «de-fakto» standartları olmuşlar);
firma standartları (məsələn, Microsoft ODBC, Oracle CDM standartları).