Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


İnformasiya sisteminin profili anlayışı



Yüklə 1,51 Mb.
səhifə70/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   78
C fakepathMühazir

İnformasiya sisteminin profili anlayışı

Mürəkkəb, paylanmış, tirajlanan informasiya sistemlərinin yaradılması və inkişafı zamanı müxtəlif səviyyəli harmonik baza standartlarının və normativlərinin formalaşdırılması və həmin materiallarda sistemin fuksiyalarının reallaşdırılması üçün tələblərin və tövsiyyələrin olması tələb olunur. Unifikasiyanı və reqlamentliyi təmin etmək məqsədilə bu cür baza standartları müəyyən sinif informasiya sistemlərinin layihələrinə, funksiyalarına, proseslərinə, komponentlərinə tətbiq edilməsi üçün adaptasiya olunmalı və konkretləşdirilməlidir. Bununla əlaqədar olaraq fuksional standartlaşdırmanın istrumenti kimi informasiya sisteminin profili anlayışı formalaşdırılmışdır.



Profil–tələb olunan fuksiyaların reallaşdırılması üçün dəqiq təyin olunmuş və harmonikləşdirilmiş vacib və ya fakultativ imkanları əks etdirən bir neçə baza standartının toplusudur (və ya bir standartın altçoxluğudur).

Profil standartlaşdırılan obyektin fuksional xarakteristikaları əsasında formalaşır. Profildə ona daxil olan hər bir baza standartının və (və ya) normativ sənədin mümkün imkanları və parametrlərinin qiymətləri təyin edilir.

Profil, onda istifadə olunan baza standartının və normativ sənədlərin ziddiyyətliyinə yol verməməlidir. O,alternativ variantlardan seçilən imkanlardan və onların parametrlərindən yalnız mümkün olan çərçivədə istifadə edə bilər.

Baza standartlarının eyni toplusu əsasında müxtəlif informasiya sistemləri üçün müxtəlif profillər formalaşdırıla və təsdiq oluna bilər. Profilin baza sənədlərinin məhdudluqları və profilin icraçılarının yekdilliyi sistemin ayrı-ayrı komponentlərinin keyfiyyətini, uyğunluğunu və düzgün əlaqələndirilməsini təmin etməlidir.

İnformasiya sistemlərinin problem-yönlü tətbiq sahəsindən asılı olaraq, baza standartları və profillər bilavasitə direktiv, istiqamətverici və ya tövsiyyə sənədləri kimi və həmçinin texnoloji mərhələlərin və ya proseslərin yaradılması, müşayiət edilməsi və inkişafı məqsədilə avtomatlaşdırılmış vasitələrin seçilməsi və ya layihələndirilməsi üçün istifadə oluna bilər.

Adətən 2 qrup profillərə baxılır:

-informasiya sisteminin arxitekturasını və strukturunu reqlamentləşdirən profillər;

-sistemin layihələndirilməsi, hazırlanması, tətbiqi, müşayiət edilməsi və inkişafı proseslərini reqlamentləşdirən profillər.

Tətbiq sahəsindən asılı olaraq profillər müxtəlif kateqoriyalara və uyğun olaraq, müxtəlif təsdiq statusuna malik ola bilərlər:

-baxılan layihə çərçivəsində standartlaşdırılmış layihə qərarlarını təyin edən konkret informasiya sisteminin profilləri;

-müəyyən sinif tətbiqi məsələlərin həlli üçün nəzərdə tutulan informasiya sisteminin profilləri.

İnformasiya sisteminin profilləri standartlar və normativ sənədlər əsasında müəyyənləşdirilmiş və formalaşdırılmış tələblərin, xarakteristikaların, keyfiyyət göstəricilərinin və proseslərin yalnız bir hissəsini unifikasiya edir və reqlamentləşdirilir. Fuksional və texniki xarakteristikaların digər hissəsi sifarişçi və icraçı tərəfindən normativ sənədləri nəzərə almadan yaradıcı yanaşmaqla təyin edilir.




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin