Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə73/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   78
C fakepathMühazir

MühazirƏ 13


İnformasiya -axtarış sisteminin ümumi funksional strukturu

Tipik İAS əsasən beş altsistemdən ibarət olur [32]:

-interfeys;

-daxiletmə və qeydiyyat altsistemi;

-emaletmə altsistemi;

-saxlama altsistemi;

-axtarış altsistemi.

İAS-ın ümumi funksional strukturu şəkil 9.1-də göstərilmişdir.



İstifadəçilər sistemlə interfeys vasitəsilə əlaqə saxlayırlar. Müasir IAS-da istifadəçilərin sistemlə rahat işləməsi üçün müxtəlif menyulardan, formalardan, düymələrdən və s. ibarət olan qrafik interfeysdən istifadə edilir.

Sistemin girişinə daxil olan sənədlər həm kağız formada, həm də müxtəlif formatlı elektron variantda ola bilər. Odur ki, daxiletmə və qeydiyyat altsistemi aşağıdakı əsas məsələləri həll etməlidir:

-kağız sənədlərin elektron surətlərinin hazırlanması. Bu, ya kağız sənədlərin klaviaturadan daxil edilməsi və ya onların skaner qurğusu vasitəsilə oxunub, xüsusi proqramın köməyilə tanınması ilə əlaqə edilir;

-elektron sənədlərinin çatdırılması kanallarına qoşulmanın təmin edilməsi (məsələn, Internet şəbəkəsinə);

-elektron sənədlərinin qavranılması və lazım gəldikdə formatlarının çevrilməsi;

-elektron sənədlərinin qeydiyyatı. Bu, elektron sənədlərinə unikal identifikatorun mənsub edilməsi və adların sinxronlaşdırılması cədvəli vasitəsilə həyata keçirilir. Lazım gəldikdə köhnə adlar saxlanır.

Sistemə daxil olan sənədlərin hamısı heç bir dəyişiklik edilmədən sənədlər bazasında saxlanmaq üçün saxlama altsisteminə göndərilir. Sənədlər bazası adi halda HD disk yaddaşının kataloqlarında yerləşdirilmiş fayllar toplusundan ibarət ola bilər. Lakin sənədlər bazasının bu cür təşkili HD fəzasından səmərəli istifadəyə imkan vermədiyindən və faylların sayı çox olduqda sənədlərə müraciətə çox vaxt sərf olunduğundan, yaxşı hesab olunmur. Odur ki, sənədlərin saxlanması üçün informasiyanın sıxılmasından və sürətli axtarış vasitələrindən istifadə edilir. Bu halda saxlama altsistemində identifikator vasitəsilə sənədlərə müraciəti təmin edən standart və ya xüsusiləşdirilmiş arxivləşdirmə vasitələrindən, VBİS-dən və s.istifadə edilir.

Sonra sənədlər emaletmə altsisteminə verilir.Bu altsistemin vəzifəsi hər bir sənəd və ya sorğu üçün axtarış surətini tərtib etməkdən ibarətdir. Sənədin axtarış surəti sənədin əsas mövzusunu ifadə edən əlamətlərdən (açar sozlər və ya deskriptorlardan) ibarət olur və indeksdə saxlanır.

Məntiqi baxımdan indeks sətirləri sənədlərə və sütünları əlamətlərə uyğun təşkil edilmiş cədvəl kimi formalaşdırıla bilər.Belə cədvəlin xanalarında baxılan əlamətin baxılan sənəddə olub-olmamasından asılı olaraq 1 və ya 0 saxlanır. Aydındır ki, bu cür cədvəl həddən artıq boşalmış vəziyyətdə olacaq. S;f;r qiymətlərinin hamsının saxlanmasının mənası yoxdur. Odur ki, praktikada cədvəlin sətirlərə və ya sütunlara görə bükülməsindən istifadə edilir. Sənədlərin bu cür təşkil formaları uyğun olaraq birbaşa (düz) və ya invers adlandırılır. Cədvəlin bükülməsi zamanı indeks mürəkkəbləşdiyindən, onun reallaşdırılması üçün VBİS vasitələrindən və ya xüsusi vasitələrdən istifadə oluna bilər.

Sistemin interfeysi vasitəsilə qəbul olunan informasiya sorğusu emaletmə altsistemi tərəfindən emal olunur və formalaşdırılmış SOAS axtarış altsisteminə ötürülür. Axtarış altsisteminin vəzifəsi qəbul edilmiş MOK-a əsasən indeksdə baxılan SOAS-a uyğun gələn sənədlərin axtarış surətini tapmaqdan ibarətdir.

Relevant sənədlərin identifikatorları axtarış altsistemindən saxlama altsisteminə və interfeysə göndərilir. Interfeys istifadəçiyə onun sorğusuna cavab verən sənədlərin identifikatorları və göstəriciləri haqqında məlumat verir, saxlama altsistemi isə həmin identifikatorlara görə relevant sənədlərin ozlərini istifadəçiyə çatdırır.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin