İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə, birinci və ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[17] 9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711) ilə 15.2-ci maddəyə “baxılmasını” sözündən sonra “bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış” sözləri əlavə edilmişdir.
[18] 9 iyul 2021-ci il tarixli 365-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2021-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 715) ilə 16.1-ci maddədə “Məhkəmə” sözü “Bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə” sözləri ilə əvəz edilmişdir.
[19] 9 iyul 2021-ci il tarixli 365-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2021-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 715) ilə 16.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16.3. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. [20] 1 may 2018-ci il tarixli 1112-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 878) ilə 18.0.1, 18.0.2 və 18.0.4-cü maddələrə “nümayəndəsinin” sözündən sonra “və ya vəkilinin” sözləri əlavə edilmişdir.