[21] 1 may 2018-ci il tarixli 1112-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 878) ilə 19.1.4-cü maddəyə “nümayəndəsi” sözündən sonra “və ya vəkili” sözləri əlavə edilmişdir.
[22] 31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2017-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1976) ilə 26.2-ci maddənin birinci cümlə yeni redaksiyada verilmişdir və ikinci cümlədə “nümayəndə” sözü “işçisi” sözü ilə əvəz edilmişdir.
əvvəlki redaksiyada verilmişdir.
Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların nümayəndələri və ya dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən xüsusi səlahiyyət verilmiş şəxslər həyata keçirirlər.
[23] 7 aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel 2017-ci il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 522) ilə 27.0.1-ci maddəyə “iddiaçı” sözündən sonra “(və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi)” sözləri əlavə edilmişdir.
[24] 29 noyabr 2019-cu il tarixli 1712-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1899) ilə yeni məzmunda 29-1-ci maddə əlavə edilmişdir.
[25] 31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2017-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1976) ilə 31.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada verilmişdir.
31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır.
Dostları ilə paylaş: |