5.Diqqəti tərəddüdü onun dinamik xüsusiyyətlərindən biri olub insan şüurunun əsas obyektdən kənar obyektə keçməsi və yenə də əsas obyektə qayıtmasında ifadə olunur. Diqqətin tərəddüdü adətən, hər 2-3 saniyədən bir baş verir. Lakin insan diqqətin nəzərə çarpan tərəddüdü olmadan 20-25 dəqiqə, bəzən daha artıq müddətə gərgin diqqətlə eyni bir iş üzərində çalışa bilər.
6.Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır. Müasir dövrdə mürəkkəb maşınların idarə olunması üçün diqqətin keçirilməsi böyük əhəmiyyətə malikdir.