Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Məktəbəqədər yaş dövründə uşaq



Yüklə 277,04 Kb.
səhifə134/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   130   131   132   133   134   135   136   137   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

17. Məktəbəqədər yaş dövründə uşaq

şəxsiyyətinin inkişafı

Plan:

1. Şəxsiyyətin inkişafında əxlaq normalarının rolu

2. Məktəbəqədər yaşlı uşaqlarda özünüdərketmə

3. Uşaqlarda həya hissinin təşəkkülü

4. Şəxsiyyətin inkişafında iddia səviyyəsinin rolu

5. Şəxsiyyətin formalaşmasında ailədaxili ünsiyyətin rolu

Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafına yaşlılar, böyüklər səmərəli təsir edir və uşaqda yeni psixoloji xüsusiyyətlər əmələ gəlir. Uşaq şəxsiyyətinin inkişafına yaşlıların əsas təsir yolu əxlaq normalarının mənimsənilməsini səmərəli təşkil etməkdir. Əxlaq normaları düzgün davranış sayəsində mənimsənilir. Uşaq üçün nümunəvi davranış forması yaşlıların nəzakətli hərəkəti, mədəni davranışı, qarşılıqlı təsiridir. Nümunəvi davranışların mənimsənilməsində yaşlıların onlara insanlar haqqında söylədikləri nağıl və hekayələr mühüm rol oynayır. Nümunəvi davranışa meyllənən uşaq dinlədiyi nağılın, onların qəhrəmanlarının yaxşı və pis olmasını aydınlaşdırmağa cəhd edir.

Məktəbəqədər yaşlı uşaqda nəvazişə, məhəbbət hissinə tələbat çox olur və burada əsas yeri uşağın anasına olan münasibəti tutur. Uşaqda bütün emosional hallar-məhəbbət, sevinc ananın vasitəsilə formalaşır. Böyüklərlə uşağın münasibəti çox incə, mehriban, həssas olmalı, uşağa mənfi yaxud müsbət təsir kortəbii yox, düşünülmüş formada olmalıdır.

Məktəbəqədər dövrdə oğlan və qızlar özünü dərk etməyə başlayır. Özünüdərketmə başqa adamları müşahidədə, yaşlılarla münasibətdə formalaşır. Yaşlılar uşaqlara kömək edirlər ki, onların öz cinsləri barədə təsəvvürləri olsun. Uşaqların cinsi mənsubiyyəti müəyyən oyunları, oyuncaqları seçməkdə özünü göstərir. Oğlanların maraqları ən çox texnikaya, yarış xarakterli oyuna yönəlir və o, qələbə əzmi ilə çıxış edir. Oğlan güclü, cəsarətli, təşəbbüskar həmyaşıdını lider kimi qəbul edir. Qızlar isə ən çox şəxsiyyətlərarası münasibətlərə maraq göstərir və yumşaq təbiətli, şən, güzəştə gedən həmyaşıdlarını sevirlər. Yeni şəraitə qızlar sakit, sürətlə və asanlıqla uyğunlaşırlar. Oğlanlar isə bu şəraitə hay-küylə alışırlar.

Uşaqları şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də həya hissinin təşəkkülüdür. Bu, bəzən valideynin uşağa tutduğu iradda da özünü göstərir. Təcrübələr göstərir ki, ailədaxili ünsiyyət zamanı qızlar qadınlıq etalonlarını, oğlanlar isə kişiyə məxsus cəhətləri mənimsəyir. Ailədaxili münasibətdə uşaq başqa adamları başa düşməyi, yaşlılara, qadınlara, özündən kiçik uşaqlara hörmət etməyi, öz nöqsanlarını görməyi də öyrənirlər. Uşaq şəxsiyyətində müsbət keyfiyyətlər-başqalarına qayğı göstərmək, dərdinə, qəm-qüssəsinə şərik olmaq kimi hisslər də təzahür edir. Xüsusilə bu özünü nağıllarda, hekayələrdə iştirak edən qəhrəmanlara münasibətdə büruzə verir.

Bu dövrdə uşaqlarda qorxu hissinə də təsadüf edilir. Qorxu hissi ən çox tərbiyə işi düzgün aparılmadıqda, uşağı yersiz danladıqda, gərginlik yaradıldıqda özünü büruzə verir. Bəzən uşaqlar şuluqluq etdikdə böyüklər “Sakit ol, intizamsızlıq etmə” demək əvəzinə “Qurd gəlib səni yeyər” və s. deyirlər. Bu hal uşaqda qorxu hissi əmələ gətirir.

Uşaq şəxsiyyətinin inkişafında iddia səviyyəsi də mühüm rol oynayır. Uşağın iddia səviyyəsi tədricən müəyyən tələbata çevrilir və iddia edir ki, onun nailiyyətlərinə qiymət verilsin. Özü də uşaq həmyaşıdlarının yox, böyüklərin təsdiq etdiyi iddia səviyyəsini fərqləndirir. İddiasına nail olan uşaq, müəyyən rollarda çıxış edərək bəzən onlarda başqasının nailiyyətlərinə paxıllıq hissi özünü göstərir. Belə ki, nailiyyəti böyük olanda özünü tərifləyir, aşağı olanda isə başqasına paxıllığı tutur. Şəxsiyyətin inkişafında etik etalonların da böyük rolu vardır. Etik etalonlar insanın xeyirxahlığında və ya bədxahlığında özünü göstərir və uşağın mənəvi keyfiyyətinin formalaşmasında mühüm rol oynayır. Əxlaqi etalonların mənimsənilməsi ünsiyyət prosesində formalaşır.

Məktəbəqədər yaş dövründə uşaqda xarakterin əsas konturları görünməyə başlayır. Uşaqda işgüzarlıq, dözümlülük, məsuliyyətlilik, xeyirxahlıq kimi xarakter əlamətləri özünü göstərir. Şəxsiyyətlərarası ünsiyyət prosesində onlarda istiqanlılıq, sədaqətlilik, üzüyolalıq və s. kimi xüsusiyyətlər diqqəti cəlb edir.

Ailədə qarşılıqlı münasibətlər böyük tərbiyəvi əhəmiyyətə malikdir. Yadda saxlamaq lazımdır ki, valideyn uşağa ən yaxın olan adamdır. Uşaqlar onlara hamıdan çox inanır, etibar edirlər. Valideynlərlə uşaqlar arasındakı münasibətlər yaxşı olduqda, onun uşağın şəxsiyyətinə təsiri bir o qədər səmərəli ola bilər. Beləliklə, uşağın bir şəxsiyyət kimi inkişafının təməli ailədə və uşaq bağçasında həmyaşıdları ilə ünsiyyətdə qoyulur. Orada aparılan təlim-tərbiyə işləri uşaq şəxsiyyətinin inkişafının bünövrəsini, özəyini təşkil edir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin