1.Nəyi öyrədirlər? Bu sahədə təlimin xarakteri öyrənilən materialın məzmunu və sistemindən asılıdır. Ona görə də təlimin məzmununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz. Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiala qarşı psixoloji doyumluluq yaranır.