5. Ünsiyyət və nitq fəaliyyəti
Plan:
1. Ünsiyyətin ümumi səciyyəsi
2. Ünsiyyətin növləri
3. Xarici nitq (şifahi və yazılı)
4. Daxili nitq
5. Nitqin əsas xüsusiyyətləri
Psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Ünsiyyət-hər hansı bir adama bu və ya digər münasibəti ifadə etmək tərzidir. Ünsiyyət-iki və daha çox adamın öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsir prosesidir. Ünsiyyət tələbatı sosial tələbatdır və insan tələbatları içərisində xüsusi əhəmiyyətə malikdir. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspresiv-mimik vasitələri də mümkündür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri və s. Ünsiyyətin növlərini müəyyən etmək mümkündür.
Dostları ilə paylaş: |