Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Duyğuların ümumi qanunauyğunluqları



Yüklə 277,04 Kb.
səhifə41/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   37   38   39   40   41   42   43   44   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

Duyğuların ümumi qanunauyğunluqları. Duyğular üçün ümumi olan xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir.

1.Keyfiyyət-mövcud duyğunu başqa duyğu növündən fərqləndirən xüsusiyyətdir.

2.İntensivlik-duyğuların kəmiyyət xarakteristikası olub, təsir edən qıcıqlandırıcıların qüvvəsi və reseptorun vəziyyəti ilə müəyyən olunur.

3.Davamlılıq-duyğuların zaman xarakteristikası olub, hiss üzvlərinin vəziyyəti ilə müəyyən edilir.

4.Məkan lokallığı-qıcıqlandırıcıların məkandakı yeri haqqında məlumat verir.

Duyğunun əmələ gəlməsi üçün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır. Çünki hər cür qıcıqlayıcı duyğu əmələ gətirə bilmir. Məsələn, biz uzaq ulduzlardan gələn işığı görmürük, yaxud dərimizə toxunan tozları hiss etmirik. Qıcıqlayıcının ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti duyğunun aşağı mütləq həddi adlanır. Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır. Adətən analizatorların həssaslığı yaşayış şəraitinin tələblərinə, fəaliyyətin xarakterinə və s. görə artıb-azala bilər. Məsələn, musiqiçilərdə eşitmə, rəssamlarda görmə, dequstatorlarda iybilmə, dadbilmə həssaslığı çox yüksək olur.

Duyğunun aşağı mütləq həddi olduğu kimi yuxarı mütləq həddi də vardır. Məsələn, insan qulağı 20000 hersədək səsləri eşidə bilər, ondan yuxarı tezliyi normal duyğu kimi əks etdirmək mümkün olmur. İstər aşağı, istərsə də yuxarı mütləq hədd insan fəaliyyətinin xarakterindən və yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlayıcının qüvvəsindən və davamlılığından asılı olaraq dəyişir.

Hiss üzvlərimizin köməyi ilə biz təkcə bu və ya digər qıcıqlandırıcının olub-olmadığını qeyd etməklə kifayətlənmirik, eyni zamanda həmin qıcıqlandırıcıları qüvvəsinə və keyfiyyətinə görə bir-birindən fərqləndiririk. Eyni cinsli qıcıqların qüvvələri arasındakı fərqi biz həmişə duymuruq. Bu fərq yalnız müəyyən həddə çatdıqda onu duyuruq. Məsələn, 300 şamlıq işığa bir şam əlavə etsək işığın artmasını duymarıq, yalnız 5-6 şam əlavə etdikdə işığın artdığını duyarıq. Deməli, eyni cinsli qıcıqlandırıcıların qüvvələri arasındakı fərqə fərqləndirmə həddi deyilir. Eyni cinsli qıcıqlar arasındakı fərqi duyma qabiliyyətinə fərqləndirmə həssaslığı deyilir. Fərqləndirmə həssaslığı da bir sıra amillərin təsiri ilə artıb-azala bilər. Məsələn xalça toxuyan qızlarda rəng çalarlarına həssaslıq adi adamlarda olduğundan dəfələrlə artıq olur. Deməli, fəaliyyətin xarakterindən asılı olaraq bizim analizatorlarımızın həssaslığı dəyişə bilər.

Müəyyən qıcıqlandırıcının hər hansı bir hiss üzvünə uzun müddət təsir göstərməsi nəticəsində həssaslığın dəyişməsi, alışması, uyğunlaşması adaptasiya adlanır. Qıcıqlayıcı çox zəif olduqda həssaslıq artır, çox güclü olduqda isə həssaslıq azalır. Məsələn, işıqlı otaqdan qaranlıq otağa keçdikdə və orada bir saat qaldıqdan sonra görmə analizatorunun həssaslığı 200 min dəfə artır.

Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti cəlb edən psixi hadisələrdən biri də sensibilizasiyadır. Latınca sensibilis-hissiyyatlı deməkdir. Analizatorların qarşılıqlı təsiri və mümarisələr sayəsində həssaslığın artması sensibilizasiya adlanır. Məsələn, adama “limon kimi turş” sözünü dedikdə, onun gözünün və dilinin həssaslığının dəyişməsi faktı aşkar edilir. Belə dəyişmə dilə limon şirəsi ilə təsir edərkən müşahidə olunan dəyişmənin eyni olur. Sensibilizasiyaya mümarisə nəticəsində də nail olmaq mümkündür. Məsələn, musiqi ilə məşğul olan uşaqlarda səslərin yüksəkliyini eşitməyin necə inkişaf etdiyi məlumdur.

Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti cəlb edən digər psixi hadisə sinesteziya adlanır. Yunanca sinistesis-birgə hissetmə, eyni zamanda duyma deməkdir. Qıcıqlandırıcının bir analizatora təsiri nəticəsində başqa analizator üçün səciyyəvi olan duyğunun əmələ gəlməsi sinesteziyadır. Məsələn, səs qıcıqları eşitmə ilə yanaşı həm də görmə, yəni rəng duyğusu yaradır. Sinesteziyanın geniş yayılmasına baxmayaraq, adamların hamısı ona malik deyildir.

Hiss üzvlərinin fəaliyyətini mümarisə sayəsində daha səmərəli təşkil etmək olar. Şəxsiyyətin inkişafı üçün hər bir şəxsdə kiçik yaşlarından müxtəlif duyğu üzvlərini mümarisə etdirmək vacibdir. Hiss üzvlərini inkişaf etdirməklə uşağı erkən yaşdan estetik sərvətlərə yiyələndirmək, onu tələbat səviyyəsinə qaldırmaq olar. Deyilənlərdən aydın olur ki, həssaslığın dəyişməsi qanunauyğunluqlarını bildikdə bu və ya digər reseptorun həssaslığını artırmaq olar.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin