Kosmik şəkillərin ilkin deşifrələnməsi. Bu proses sadə, linzalı streyskopla və yaxud da kompyuter texnologiyasına əsaslanan daha təkmil avadanlıqlarla (interepskopla) aparılır. Bu zaman mütəxəssis tərəfindən landşaft xəritəsinin ilkin variantı hazırlanır.
Tərtib edilmiş xəritənin monitorinq üsulu ilə (xüsusi seçilmiş meydançalarda) yoxlanılması. Tətqiqatçı bir neçə tipik meydançalarda monitorinq üsulu ilə tərtib etdiyi xəritəni və onun məlumatlarını tutuşduraraq aparılan tədqiqat işlərini dəqiqləşdirir.