Xəritənin legendasının hazırlanması Bu mərhələdə əvvəlcədən hazırlanmış indiqasiya əlamətləri şablonundan istifadə edilir. Məlumdur ki, hər bir rəng və onun çaları müəyyən spektrdə müvafiq landşaftlara uyğun gəlir. Bu indiqasiya əlamətləri şablonu adlanır. Mütəxəssis bu şablon əsasında xəritənin legendasını tərtib edir.
Coğrafi informasiya sistemləri (CİS). CİS-in mahiyyətini A.Mehdiyev və A.İsmayılov (2011) “Coğrafi informasiyalar sistemi” kitabında aşağıdakı kimi açıqlayır:
CİS yer səthinə aid informasiyaların toplanması, yoxlanması, inteqrasiyası və təhlili üçün kompyuter sistemidir.
CİS coğrafiyaya aid sorğuların emalını təmin edən idarəetmə sistemidir.
CİS real dünya haqqında məkan verilənlərinin toplanması, saxlanması, əldə olunması və əks etdirilməsi üçün nəzərdə tutulan vasitələr dəstidir.
CİS coğrafi bağlılığa malik olan istənilən informasiyaların səmərəli şəkildə toplanması, saxlanması, yenilənməsi, emalı, təhlili və əks etdirilməsi üçün aparat və proqram təminatı, mütəxəssis fəaliyyətidir.
Cis yer haqqında informasiyaların toplanması üçün alət olmaqla yanaşı, eyni zamanda informasiyaların yoxlanması, inteqrasiyası və təhlili üçün kompyuter sistemidir.
DÜNYA LANDŞAFTLARININ DİFFERENSASİYA QANUNAUYĞUNLUQLARI. Fiziki-coğrafi differensasiyanın bütün qanunauyğunluqları dünya landşaftlarına xasdır. Çünki landşaft kompleksi coğrafi təbəqənin bütün proseslərini qarşılıqlı təmasda olan ünsürlərini özündə təcəssüm etdirir. Bu baxımdan dünya landşaftlarında ümumiləşdirilmiş 4 əsas differensasiya qanunauyğunluğu müəyyən etmək olar:
Zonallıq qanunu və ya zonal differensasiya;
Azonallıq;
Sektorluq və ya sektorial differensasiya;
İntrazonallıq və ya intrazonal differensasiya;
ZONALLIQ QANUNU. ZONAL DİFFERENSASİYA . Zonallıq qanunu rus torqapşünaslıq elminin banisi V. V. Dokuçayevə məxsusdur. Doquçayev ilk dəfə XIX əsrin I yarısında Şərqi Avropa ( Rusiya düzənliyi ) düzənliyində torpaqların və təbii zonaların enlik istiqamətində paylanmasını, yəni iynəyarpaqlı, qarışıq, enliyarpaqlı meşələrin, meşə-çöl, çöl, yarımsəhra və səhralarla əvəzedilməsini kəşf edib. V.V.Dokuçayevin tələbəsi Q.N.Vısotski zonallıqda rütubətin paylanmasının rolunu daha dərin izah etmişdir.
Zonallıq qanununun elmi əsasları A. A. Qriqoriyev və M.İ.Buduko tərəfindən hazırlanıb. Onun zonallıq qanunu enlik istiqamətində coğrafi təbəqənin komponent və ünsürlərinin və bütövlükdə landşaftın qanunauyğun differnsasiyasıdır, yəni bir-birini əvəz etməsidir. Zonallığın 3 mühüm kəmiyyətlə bağlı olduğunu göstarmak olar:
Radiasiya balansı (Rb)
Əraziyə düşən illik yağıntı(y)
Buxarlanmaya sərf olunan istilik(L), onun qiyməti 0.6 kkal/il-ə bərabərdir.
Rb/Ly
A.A.Qriqoriyev və M.İ.Vuduko radiasiyanın buxarlanmaya sərf olunan istiliyə olan nisbəti əsasında təbii landşaftların zonal paylanma qanununu müəyyənləşdirmişlər. Bu kəmiyyəti radiasiyanın quraqlıq indeksi adlandırmışlar. Səhralarda bu göstərici 3, yarımsəhralarda 2, meşə zonalarında 1-1.5-ə bərabərdir. Radiasiyanın quraqlıq indeksinin 1-ə yaxın göstəricisi ən optimal sayılır. XX əsrin 60-cı illərində N.Q.İvanov bu kəmiyyəti buxarlanma qabiliyyəti ilə əvəz etmişdir. Landşaftların paylanmasını daha real mənzərəsini əsas kəmiyyət rütubətlənmə əmsalı ifadə edir. N.Q.İvanov rütubətlənmə əmsalını aşağıdakı düsturla ifadə edir.
RƏ=illik yağ /bux qabilliyyətinə
Rə>1 olduqda humid landşaftlar ( ifrat rütubətlənmiş) yaranır. Məsələn. Ekvatorial meşələr, dəyişən rütubətli tpopik və musson meşələri, tundra, tayqa, meşə tundra, yüksək dağ çəmənlikləri, çəmən bataqlıqları və s. ifrat rütubətlənmiş ərazilərin landşaftlarıdır.
Rə~1 (0,7-0,9) olduqda, normal rütubətlənmə şəraitinə uyğun landşaftlar əmələ gəlir. Məsələn: çöl, meşə-çöl, savanna və seyrək meşələr və s. Bu tip landşaftlar semiarid komplekslər də adlanır.
Rə<1 olduqda, ( 0,5-0,2) arid landşaftlar yaranır. Məsələn, yarımsəhra, arid seyrək meşə və kolluqlar, tropik savannalar, quru çöllər və s.
Rə<0,2 olduqda, ekstraarid landşaftlar əmələ gəlir. Məsələn, tropik, subtropik və mülayim qurşağın səhraları.
ZONALLIQ QANUNUNUN YARANMASI . Zonallıq coğrafi təbəqənin ən böyük qanunauyğunluğundan biridir. Onun ilk əlamətləri coğrafi təbəqə yarandığı vaxtdan meydana gəlib. İlkin atmosferdə, yer qabığında və hidrosferdə zonallığın əlamətləri olub. Biosfer yaranana qədər kəmiyyətlər yalnız iqlim ünsürləri zonal paylanırdı. Biosfer meydana gəldikdən sonra zonallığın əhatə dairəsi artmışdır. Bütün kriptozoy eonunda üzvi aləmin zonal paylanması yalnız dünya okeanını əhatə edirdi. Paleozoy erasında üzvi aləmin quruda inkişafından asılı olaraq, zonallığın hüdudları genişlənmişdir. Qurunun əlverişli tropik enliklərində təbii komplekslərin zonal paylanması formalaşmışdır. Müasir zonallığın əsası mezozoy erasında yaranıb. Lavrasiya və Qondvana quru parçalarının müasir materiklərə parçalanmasından sonra yer kürəsinin demək olar ki, bütün ərazisində zonallıq qanunu əmələ gəlmişdir. Mezozoy erasında materiklərin dreyfi nəticəsində zonaların enlik istiqamətində yerdəyişməsi baş vermiş, tropik enliklərdə formalaşmış landşaftlar materikin dreyfindən asılı olaraq mülayim və subtropik qurşaqlara, bu qurşaqların landşaftları isə subarktik və arktik ( subantarktik və antarktik) qurşaqlara doğru yerini dəyişmişdir.
1>
Dostları ilə paylaş: |