Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər:
1. Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli;
2. Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək, meşə əkini proqramının həyata keçirilməsini tezləşdirmək;
3. Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq.
Azərbaycan da bu konvensiyanın üzvüdür. Azərbaycan Respublikası BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını 1998-ci ildə ratifikasiya etmişdir. Səhralaşma ilə mübarizəyə dair milli fəaliyyət planının hazırlanması layihəsi üzərində işlər başlanmışdır. Layihənin yekunu kimi səhralaşmaya qarşı milli fəaliyyət planı hazırlanmışdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirir.
Bu konvensiyanın tələblərinin həyata keçirilməsinin respublikamız üçün böyük əhəmiyyəti vardır. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində baş vermiş istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin azalması quraqlığa gətirib çıxarır ki, bu da səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Səhralaşmaya qarşı mübarizə üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi məqsədə müvafiqdir:
- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması;
- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;
- Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması;
- Qlobal ekoloji problemlərin mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi;
- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.
Yuxarıda göstərilən strateji tədbirlərin həyata keçirilməsi mövcud ekoloji problemlərin həll edilməsi və respublikamızın davamlı inkişaf yoluna keçməsində mühüm mərhələ olacaqdır.
Azərbaycanda səhralaşmanın əsas səbəbi vətəndaşların qanunsuz hərəkətidir. Otlaqlarda qanunsuz mal-qara otarılmasıdı. Qanunsuz ağac kəsmələrdi. Eyni zamanda hazırda təbiətin tarazlığı pozulub. Bir çox amillərdən başqa təbii amillər də buna təsir edir. Təbiətin müavinətinin pozulması nəticəsində də aləmi qasırğalar götürür sel suyu torpaq qatlarını yuyur. Bu səbəblərdən də həm təbii, həm də antopogen amillər səhralaşma prosesini yaradır”. Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın, mal–qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur.
Qeyd edək ki, Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998–ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Məlumata görə, ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.
Mütəxəssislərin sözlərinə görə torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.
Dostları ilə paylaş: |