Yayın dərəcələnməsi və hazırlanmış dinamometr ilə qüvvənin ölçülməsi
Müəllim işi qruplarda və yaxud cütlüklər ilə təşkil edə bilər. Tapşırığın təyinatı şagirdlərə izah edilir, onların yerinə yetirilmə ardıcıllığı müəyyən edilir. Təqdim edilən dərs nümunəsi cütlüklər ilə iş üçün nəzərdə tutulmuşdur.
İşin məqsədi: Dinamometri dərəcələməyi öyrənmək və dərəcələnmiş dinamometrlə qüvvəni ölçmək.
Təchizat: dərslik, 102 qr-lıq yüklər dəsti, şkalası ağ kağızla örtülmüş dinamomert, muftalı tutacağı olan ştativ, xətkeş.
Qiymətləndirmə meyarı 4 səviyyə üzrə aparılır:
Sadə şəkilli dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair qabiliyyətini yalnız müəllimin köməyi ilə nümayiş etdirir.
Sadə şəkilli dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair qabiliyyətini az səhvlərə yol verməklə nümayiş etdirir.
Sadə şəkilli dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair qabiliyyətini qismən düzgün nümayiş etdirir.
Sadə şəkilli dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair qabiliyyətini tam düzgün nümayiş etdirir.
VIII sinif
Dostları ilə paylaş: |