Yataqdan qalxarkən, bel üstündə yatarkən yatağın kənarına doğru çəkilin. Dizləri bir
qədər bükərək yan tərəfə doğru əyilin. Dirsəyinizi istifadə edərək bədəninizi yuxarı
qarşısını almaq üçün yatağın kənarında bir müddət oturun. Əllərinizi budlarınızın
üzərinə qoyaraq, qalçadan önə doğru əyilin və bədəninizi ayaqlarınızla yuxarı doğru
Əməliyyatdan 10 gün sonra kürək üstündə düz halda yata bilərsiniz. Ən az 8 həftə
Ürək əməliyyatı sonrası həyatınız
9
b.
Gəzinti
Gəzinti və idman etmək əzələlərinizin əvvəlki gücünü təkrar qazanmasını və əhval-
ruhiyyənizin yüksək olmasını təmin edəcəkdir. Gəzinti zamanı diqqət etməniz
gərəkənlər aşağıdakılardır:
Gündə 4-6 dəfə olmaqla gəzintinizi başlaya bilərsiniz. Hər bir gəzintinizdə 5-6
dəqiqəyə qədər gəzin.
Gəzinti zamanı düz yolu seçin. Yorulduğunuzda dayanıb istirahət edin.
Hava çox isti ya da çox soyuq olduğu zaman evin içində gəzinti edin.
Gəzinti müddətində sıxmayan paltarlar və ayaqqabılar geyinin.
İlk həftədən sonra hər həftə gəzintilərinizin hər birinə 2-3 dəqiqə əlavə edin.
Dəqiqələri artırdıqca, gün ərzindəki sayını da azaldaraq gündə 1 dəfə 25-30
dəqiqəlik gəzintilərə artırın.
Həftədə ən az beş gün gəzin.
Yeməkdən ən az 2 saat keçdikdən sonra ya da yeməkdən öncə gəzin.
Şəkərli diabet xəstəliyiniz varsa ac qarına ümumiyyətlə gəzinti etməyin. Bu hal qan
şəkərinizin düşməsinə səbəb ola bilər. Yemək yedikdən 1 saat sonra gəzintiyə çıxın.
Əgər qan şəkərinizi ölçmə imkanınız varsa mütləq ölçün.
Gəzinti sonrası mütləq dincəlin və kifayət qədər maye qəbul edin.
Dostları ilə paylaş: