1.
EVDƏKİ İLK GÜNÜNÜZ
Evdəki ilk gününüzdə müəyyən qədər yorğunluq hiss edə bilərsiniz. İlk günü evdə
dincəlməklə keçirməyi planlaşdırın. Sonrakı günlərdə bir az daha aktiv ola bilərsiniz.
Ziyarətçi sayını və qalma müddətlərini məhdudlaşdırın, mümdündürsə zirayətçi qəbul
etməyin.
Ürək əməliyyatı sonrası həyatınız
4
2.
ŞƏXSI QULLUQ
a.
Duş qəbul etmə
Həkiminizin icazə verdiyi tarixdə duş qəbul edə bilərsiniz. Ümumiyyətlə əməliyyatdan
4-5 gün sonra duş qəbul edə bilərsiniz. Duş qəbulu zamanı diqqət edilməsi lazım olanlar
bunlardır:
İlıq sudan istifadə edin (isti su məsləhət görülmür)
Duş alarkən ayaqüstə deyil, stulda oturaraq alın.
Duş almaq enerji tələb edir, bu səbəbdən özünüzü yorğun hiss edə bilərsiniz.
Yanınızda kiminsə yardım məqsədilə olması lazımdır.
Yara nahiyəsini ilıq su ilə və sabunla yavaşca yuyun, ovxalamayın.
Duş qəbul etdikdən sonra yara nahiyəsini quru saxlayın. Həkiminiz məsləhət
görməyibsə yara nahiyəsinə lasyon, pudra və ya krem sürtməyin.
b.
Çəkiyə nəzarət
Ürək əməliyyatından sonra sürətli çəki artırmaq məsləhət görülmür.
Hər gün eyni saatda çəkinizi ölçün və ölçüm əsnasında geyindiyiniz paltarların eyni
ağırlıqda olmasına diqqət edin.
Gündə 1kg.dan və həftədə 3kg.dan artıq çəkinizi artırdınızsa həkiminizə xəbər verin.
c.
Ödemin (şişkinlik) qarşısının alınması
Uzun müddət hərəkətsiz qaldığınıza görə ayaqlarınızda bir qədər şişkinlik ola bilər.
Bunun qarşısını almaq üçün saatda bir dəfə ayağa qalxın və bir neçə dəqiqə gəzin.
Ürək əməliyyatı sonrası həyatınız
5
Həkiminiz məsləhət görübsə, səhər oyandığınızda varis corablarınızı geyinin və
yatmadan öncə corablarınızı çıxarın. Varis corabını gün ərzində çıxarıb geyinmək
lazım olduğunda yataqda uzanaraq ayaqlarınızı 20 dəqiqə müddətində yüksəkdə
saxlayıb gözləyin və daha sonra corabınızı geyinin. Corabda qırışıqlıq, qatlanma
olmamasına nəzarət edin.
Oturarkən ayaqlarınızı sallamayın. Oturarkən və ya uzanarkən pəncələrinizin altına
yastıq qoyaraq ayaqlarınızı bir qədər yuxarıda tuta bilərsiniz.
d.
Yaraya Qulluq
Əməliyyatdan sonra sinə nahiyəsindəki kəsik yeri hava ilə təmasdadır və quruyaraq
qabıq bağlayar. Əməliyyat sahələrini tam sağalana qədər təmiz saxlayın, yara
nahiyələrinə toxunmadan əvvəl mütləq əllərinizi yuyun. Yumşaldıcı kremlər, pudra,
kolonya sürtməməli və bu nahiyələrin hava ilə təmasını təmin etməlisiniz.
Əməliyyatdan sonrakı bir il ərzində yara yerlərinizi bir başa düşən günəş işığından
qoruyun.
Bu müddətdə yara yerlərinin günəş işığına məruz qalması rənginin tündləşməsinə
səbəb ola bilər.
Yaralarınıza hər gün nəzarət edin və aşağıdakı hallardan birinə rast gəlsəniz
həkimizə müraciət edin:
-
Yara sahəsində artan həssaslıq və ağrı
-
Yara kənarlarından yayılan və artan qızartı və şişkinlik
-
Yara sahəsində axıntının olması
-
Yüksək olan və davam edən hərarət
e.
Ağrıyla mübarizə
Çiyin və kürək nahiyələrində ola biləcək ağrılar üçün həkiminizin məsləhət gördüyü
ağrıkəsiciləri davamlı olaraq istifadə edin.
Öskürmə və asqırma hallarında ola biləcək ağrını azaltmaq üçün əməliyyat
nahiyəsini əlinizlə ya da kiçik bir yastıqla tutub saxlayın.
Vəziyyətinizə uyğun ağrı hiss edə bilərsiniz. Bu halda vəziyyətinizi dəyişdirmək,
çiyin və qolları tez-tez hərəkət etdirib düzgün bədən vəziyyətində yerimək faydalı
olacaqdır.
Ürək əməliyyatı sonrası həyatınız
6
f.
Dərman istifadəsi
Dərmanlarınızı asan tapa biləcəyiniz yerlərdə saxlayın. Səyahətə çıxarkən
dərmanlarınızı lazımi miqdarda götürün.
Dərman istifadəsində yemək öncəsi yeməkdən on beş dəqiqə əvvəl, yemək sonrası
isə yeməkdən on beş dəqiqə sonra deməkdir.
Dərman qəbul etməyi unutsanız bir sonrakı dərman qəbulu zamanında eyni
dərmandan iki ədəd birdən qəbul etməyin.
Özünüzü gümrah hiss etdiyinizdə dərman qəbul etməyi dayandırmayın.
Dərmanla bağlı gözlənilməyən yan təsir gördüyünüzdə həkiminizə bildirin.
g.
Qəbizliyin qarşısının alınması
Ürək əməliyyatı zamanı kəsilən döş sümüyünüzün fəsadsız bitişməsi üçün qəbiz
olmamanız, tualet sırasında artıq dərəcədə gücənməməniz lazımdır.
Uzun müddət hərəkətsiz qalmayın. Məsləhət görülən şəkildə gəzintilərinizi edin.
Aldığınız mayelərin ilıq olmasına nəzarət edin. Həkiminiz maye qəbulunu
məhdudlaşdırmadığı halda gündəlik 1.5-2 litr maye qəbul edin.
Çox soyuq və buzlu içkilər, tünd çay, qəhvə içməyin və siqaret çəkməyin.
Defekasiya ehtiyacını tənzimləyin. Hər gün müəyyən bir saatda ehtiyac olmadığı
təqdirdə belə tualetə getməyi vərdiş halına salın.
Bağırsaqların normal fəaliyyəti üçün həzm artıqları ilə kifayət qədər dolması
lazımdır. Bu səbəbdən tərkibində karbohidrat miqdarı yüksək olan qidalar istifadə
etməlisiniz. Kəpəkli çörək, buğda, lobya, meyvə, tərəvəz istifadə edin.
Səhərlər ac qarına ilıq su için.
Ürək əməliyyatı sonrası həyatınız
7
3.
Dostları ilə paylaş: |