79. Böyrək sancısı zamanı USM müayinəsində hansı əlamətlər aşkar olunur?
A) sidik axarının yuxarı 1/3-də, kasa-ləyən sistemində dilatasiyası
B) böyrək parenximasının eynicinsli olmaması
C) böyrəyin yığıcı sistemində hipoexogen törəmənin olması
D) böyrəkdə dairəvi nazik divarlı exoneqativ törəmənin olması
E) böyrəkdə solid törəmə
80. Ekskretor uroqrafiya hansı xəstəlik zamanı ən informativ müayinə hesab
olunur?
A) hidronefroz
B) kəskin sidik ləngiməsi
C) sidik kisəsi-sidik axarı reflüksü
D) neyrogen sidik kisəsi
E) enurez
81. Rentgenoloji «lal böyrək» fenomeni aşağıdakılardan hansının nəticəsidir?
A) sidik axarının daşla obstruksiyasının
B) kəskin qeyri-obstruktiv pielonefritin
C) böyrək şişinin
D) böyrək travmasının
E) ikincili büzüşmüş böyrəyin
82. Oksaluriya zamanı sidiyin pH necə olur?
A) pH 5,1-5,9
B) pH 6,2-6,9
C) pH 2,3-2,9
D) pH 8,2-8,9
E) pH 7,5-8,9
83. Böyrəkdə 4 amin turşusunun reabsorbsiyasının pozulması hansı enzimopatiya zamanı müşahidə olur?
A) sistinuriya
B) uraturiya
C) qalaktozemiya
D) oksaluriya
E) fruktozemiya
84. Ardıcıllıqla - urat, fosfat və oksalat daşlarının əmələ gəlməsi üçün sidiyin reaksiyası necə olmalıdır?
A) turş, qələvi, zəif turş
B) turş, qələvi, qarışıq
C) zəif turş, turş, qələvi
D) qarışıq, turş, qələvi
E) qələvi, turş, zəif turş
85. Sidik yollarına düşən hansı mikroorqanizmlər ureaza fermenti ifraz edərək fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır?
A) Proteus, Pseudomonas, Klebsiella
B) B. Paracoli, Ps. Aeruginosa, Klebsiella
C) Pr. Vulgaris, Pseudomonas, B. Paracoli
D) E. coli, Qonokokk, Ps. Aeruginosa
E) Helicobacter pylori, Pseudomonas, Klebsiella
86. Böyrək daşı xəstəliyində hansı ağırlaşmalar nefrektomiya əməliyyatının aparılmasına göstərişdir?
A) pionefroz, hidronefroz son mərhələ, nefroqen hipertoniya
B) pieloektaziya, nefroqen hipertoniya, pionefroz
C) hidrokalikoz, pionefroz, nefroqen hipertoniya
D) kəskin pielonefrit, böyrək sancısı, hidronefroz
E) xroniki pielonefrit, nefroqen hipertoniya, küt ağrılar
87. Ureterorenoskop vasitəsi ilə aparılan kontakt litotripsiya hansı lokalizasiyalı daşların müalicəsində istifadə edilir?
A) sidik axarının orta və aşağı 1/3 hissəsinin daşlarında
B) böyrək daşlarında
C) sidik axarının orta və yuxarı 1/3 hissəsinin daşlarında
D) mərcanvari daşlarda
E) sidik kisəsinin daşlarında
Dostları ilə paylaş: |