88. Distansion zərbə dalğa litotripsiyanın aparılmasına əksgöstərişdir:
A) kəskin ürək-damar xəstəlikləri, kəskin pielonefrit yuxarı sidik yollarında urodinamik pozğunluqlar
B) xroniki gastrit, xroniki hepatit, böyrək daşları
C) sidik axarının yuxarı 1/3 hissəsinin daşları, xroniki pielonefrit, kolit
D) sidik kisəsinin daşları, xroniki hepatit, kəskin ürək-damar xəstəlikləri
E) sidik axarının aşağı 1/3 hissəsinin daşları, kəskin ürək-damar xəstəlikləri,
kəskin pielonefrit
89. Mərcanvari daşlar sidik-ifrazat sisteminin hansı hissəsində olur?
A) kasa-ləyən sistemində
B) böyrəyin parenximasında
C) sidik axarında
D) sidik kisəsində
E) uretrada
90. Ümumi uroqrammada hansı tərkibli daşlar intensiv kölgəlik verir:
A) kalsium fosfat, kalsium karbonat və kalsium oksalat
B) kalsium oksalat, urat və zülal
C) sistin, zülal və urat
D) kalsium fosfat, kalsium oksalat və sistin
E) struvit, urat və sistin
91. Böyrək daşı xəstəliyində aparılan üzvsaxlayıcı cərrahi əməliyyatlar hansılardır?
A) pielolitotomiya, nefrolitotomiya, böyrəyin rezeksiyası
B) nefrektomiya, nefrolitotomiya, böyrəyin rezeksiyası
C) pielolitotomiya, nefrolitotomiya, radikal nefrektomiya
D) nefrolitotomiya, böyrəyin rezeksiyası, nefrureterektomiya
E) pieloplastika, nefrolitotomiya, böyrəyin rezeksiyası
92. Böyrək parenximasında kəsik aparılaraq daşın xaric edilməsi əməliyyatı necə adlanır?
A) nefrolitotomiya
B) pielolitotomiya
C) böyrək rezeksiyası
D) nefrektomiya
E) kalikolitotomiya
93. Ləyən-sidik axarı seqmentinin konflikti zamanı hansı növ əməliyyatlar aparılır?
A) Andersen-Xaynes, Fenger, Foley
B) Boari, Demel, Albarran
C) Burch, Foley, Kuper-Kucer
D) TVT, Fenger
E) Andersen-Xaynes, Boari
94.Pieloektaziya, pielokalikoektaziya, böyrək parenximasının atrofiyası hansı xəstəliyin mərhələləridir?
A) hidronefroz
B) xroniki böyrək çatmamazlığı
C) kəskin böyrək çatmamazlığı
D) stress zamanı sidik saxlamazlıq
E) xroniki pielonefrit
Dostları ilə paylaş: |