98. Böyrəyin funksional fəaliyyəti haqqında hansı müayinə üsulu məlumat verir?
A) ekskretor uroqrafiya
B) ultrasonoqrafiya
C) kompyuter tomoqrafiyası
D) maqnit rezonans tomoqrafiyası
E) anqioqrafiya
99. Sidik şırnağının qəflətən kəsilməsi – “qapanma” simptomu hansı xəstəlik zamanı müşahidə olunur?
A) sidik kisəsinin daşı
B) böyrəyin daşı
C) hidronefroz
D) sidiklik- sidik axarı reflüksu
E) sidikliyin divertikulu
100. Mexaniki litotripsiya əməliyyatı daş sidik yollarının hansı hissəsində olduqda aparılır?
A) sidik kisəsində
B) böyrək ləyənində
C) sidik axarında
D) prostat vəzində
E) yuxarı qrup kasalarda
101. Daş böyrəkdə və sidik axarının yuxarı 1/3 olduqda hansı endoskopik müalicə üsulundan istifadə edilir?
A) perkutan nefrolitotomiya
B) ureterorenoskopiya
C) mexaniki litotripsiya
D) transuretral rezeksiya
E) distansion zərbə dalğa litotripsiya
102. Böyrək daşı xəstəliyinin cərrahi müalicəsində pallativ əməliyyatlar hansılardır?
A) nefrostomiya, pielostomiya
B) nefrolitotomiya, pielolitotomiya
C) nefrektomiya, böyrəyin rezeksiyası
D) nefrostomiya, nefrolitotomiya
E) böyrəyin rezeksiyası, pielostomiya
Dostları ilə paylaş: |