qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini
daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş
digər hallarda onların
səlahiyyətləri itirilir . Müvafiq
qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.
M a d d ə 9 0 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı I.
Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti
toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində
cinayət başında yaxalanma hallarından başqa , cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula
bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli
Məclisinin
deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının
Baş prokuroruna xəbər verməlidir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına
yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası
Milli Məclisinin qərarı ilə xitam verilə bilər.
M a d d ə 9 1 . Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli
Məclisindəki
fəaliyyətinə ,
səsverməyə və
söylədiyi fikrə görə
məsuliyyətə cəlb oluna bilməzlər .
Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
M a d d ə 9 2 . Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili Azərbaycan Respublikasının Milli Məclisi