915) Anadangəlmə çıxıqları Vilenski şinası ilə müalicə etdikdə gətirici əzələlərin kontrakturasından ağrı vaxtında aşkar edilmədikdə hansı nəticələrə səbəb ola bilər?
A) Şoka
B) Pəncələrdə qan dövranının pozulması
C) Oynaq kapsulasının cırılması
D) Bud sümüyü başını aseptik nekrozuna
E) Bud sümüyünün burulması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
916) Doğuşdan sonrakı ilk həftədə baldırın anadangəlmə rekurvasiyasına hansı müalicələr daxildir?
A) MBT + futor
B) Müalicə tələb olunmur
C) Osteoklaziya
D) MBT, polietilen və ya gips şinasının köməyi ilə korreksiya
E) Osteomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
917) Əyripəncəliyin cərrahi müalicəsi hansı müddətdə aprılır?
A) 7-10 yaşda
B) Yenidoğulmuşda
C) 1-3 yaşda
D) Əhəmiyyət kəsb etmir
E) 3-7 yaşda
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
918) Yastı – volqus pəncəsinin müalicəsinə hansı daxildir?
A) Ortopedik ayaqqabının istifadəsi
B) Müalicə tələb edilmir
C) Yarısına langet + MBT, masaj, əzələlərin elektrostimulyasiyası
D) MBT, masaj
E) Mərhələli gips sarğısı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
919) Uşaqlarda ətrafların postosteomielit deformasiyasının cərrahi müalicəsinə nə vaxt göstəriş yaranır?
A) Tam kliniki və rentgenoloji sağalmadan 2-4 il sonra
B) Fistula formasında
C) Ostiomiyelitin xroniki formasında
D) Remissiya dövründə
E) Prosesin sakitləşmə dövründə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
920) Sümük və oynaqların spesifik zədələnmələrində diaqnostika zamanı ən etibarlı üsullara hansılar aiddir?
A) Kliniki müayinə
B) Teploqrofik müayinə
C) Rentgenoloji müayinə
D) Bakterioloji müayinə
E) Tomoqrafiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
921) Ətrafların valqus deformasiysaı konservativ müalicə aparılan zaman nə vaxt inkişaf edir?
A) İncik sümüyünün sınığı zamanı
B) Qamış sümüyünün diafizal qapalı sınığı zamanı
C) Hər iki baldır sümüklərinin 1/3-nin sınığı zamanı
D) Topuq arası hissənin sınığı zamanı
E) Qamış sümüyünün proksimal metofizinin köndələn, qapalı sınığı zamanı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
922) Uşaqda bazu sümüyünün kondilusdan keçən açıcı qapalı tam yerdəyişmə ilə sınığı var. Əl barmaqları avazımız mil arteriyası üzərində nəbz kəskin zəifləmişdir. Folkmanın işemik kontrakturasının qarşısının alınması üçün opitmal müalicə taktikası necə olmalıdır?
A) Açıq repozisiya, damar dəstəsinin reviziyas, sınıq hissələrinin millə fiksasiyası
B) Skelet dartması
C) Əllə qapalı repozisiya, gips immobilizasiyası
D) Əllə qapalı repozisiya sınıq hissələrinin dəridən millə fiksasiyası
E) Açıq repozisiya, sümüyə tikiş qoyulması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
923) Skoliozun diaqnostikası zamanı erkən vacib əlamətlərə hansılar aiddir?
A) Taliyə üçbucaqlarında fərq
B) Kürək sümüklərinin yerləşmə vəziyyətində assimefriya
C) Dairəvi onurğa
D) Əzələ korsetinin zəifliyi
E) Onurğanın torsiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
924) Poliomielit zamanı hansı əzələ ən çox zədələnir?
A) Budun uzaqlaşdırıcı əzələləri
B) Göstərilən əzələlərin hamısı bir yerdə
C) Böyük sağrı əzələsi
D) Budun yaxınlaşdırıcı əzələləri
E) Kiçik və orta sağrı əzələsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
925) Disxondroplaziya, skelet xondrodisplaziyasının forması olaraq nədir?
A) İltihabi xarakterli xəstəlikdir
B) Embrional qığırdağın ossifikasiya prosesinin pozulması
C) Qığırdaq toxumasından inkişaf edən şiş
D) Puberfat dövründən əmələ gələn qazanılma xəstəlikdir
E) Anadangəlmə xəstəlikdir, embrional qığırdaq toxumasının inkişafının zəifləməsi ilə xarakterizə olunur
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
926) Disxondroplaziya zamanı hansı ən çox zədələnir (Olye xəstəliyi)?
A) Çanaq, bud və bilək sümükləri
B) Bilək sümükləri
C) Kəllə sümükləri
D) Onurğa
E) Əl barmaqları, pəncə barmaqları, bel sümükləri
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
927) «Metafizar formali xondrodisplaziya» anlayışı nə deməkdir?
A) Skeletin irsi sistem xəstəliyi hansı ki, ətraf sümüklərin metofizinin zədələnmə və deformasiyası xarakterizə olunur, inkişafdan qalır
B) Sümüyün bədxassəli şişləri
C) Qığırdaq mənşəli bədxassəli törəmə
D) Qığırdaq mənşəli xoşxassəli şiş
E) Rəxitə bənzər xəstəliklər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
928) Metafizar xondrodisplaziyanın kliniki əlamətləri necə ifadə olunur?
A) Bud-çanaq, diz və dirsək oynaqlarında davamsızlıq
B) Bədənin qeyri bərabər inkişafı bükücü kontraktura
C) Oynaqların iltihabı və maye toplanması səbəbindən həcminin böyüməsi
D) Ümumi vəziyyətin pisləşməsi, limfa düyünlərinin böyüməsi
E) Ətrafların əyilməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
929) Metafizar xondrodisplaziyasının rentgenoloji əlamətlərinə hansı aiddir?
A) Metafiz qalınlaşıb, inkişaf zonası genişlənib, epifizi zədələnməyib
B) Böyümə zonası genişlənməyib
C) Kəllə əsasının sümüklər kəskin sklerozlaşır
D) Oval ocaqlı «soğanaq» şəkilli periostit
E) Epifiz normal görünüşdədir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
930) «Ekzostoz xondrodisplayiya» anlayışı nə deməkdir?
A) Epifizar qığırdağın inkişaf qüsuru, hansı ki, sümüyün metafizar zonasına doğru inkişaf edir
B) Sümüyün mezenximasının inkişafı qüsuru
C) Xoşxassəli şiş
D) İltihabi xarakterli xəstəlikdir
E) Bədxassəli şiş
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
931) Axondroplaziya nə deməkdir?
A) Bətndaxili sifilisin nəticəsi
B) Neyro-endokrin xəstəliyi
C) Bədəndaxili raxitin nəticəsi
D) Amniotik mayedə təzyiqin yüksəlməsi
E) Skeletin sistem xəstliyi, hansı ki, xondroblastik sistemin inkişaf qüsuru ilə olub, qığırdağın inkişaf və böyüməsi anomaliyası ilə xarakterizə olunur
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
932) Axondroplaziyanın əsas simptomlarına hansı aiddir?
A) Makrosefaliya, mikromeliya epifizar inkişafın zəifləməsi, valqus- farus deformasiyaları
B) Becə ağrıları, əzələ hipotoniyası
C) «Ördək yerişi»
D) Akromeqaliya, qiqantizm
E) Ağıl zəifliyi, neyro-endrokrin pozğunluq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
933) Blaunt xəstəliyi nə deməkdir?
A) Qamış sümüyünün yuxarı qığırdağının inkişaf displaziyası
B) Bud sümüyü başının osteoxondropatiyası
C) Qamış sümüyünün keçirilmiş ostemielitinin nəticəsi
D) Raxitəbənzər xəstəlik
E) Qamış sümüyünün qığırdağının inkişafının pozulması ilə (displaziyası) epifizar plastinkanın medial hissəsinin yumşalması və əriməsi nəticəsində ossifikasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
934) Madelunq xəstəliyinin əmələ gəlmə səbəbinə hansı aiddir?
A) Şişlər
B) Dirsək sümüyünün inkişaf qığırdağının displaziyası
C) Sümüyün distal inkişaf sahəsinin displaziyası
D) Travma
E) Bud sümüyünün osteomieliti
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
935) Spondiloepifizar displaziya şərtləri hansıdır?
A) Epifizin inkişafının pozulması, həmçinin fəqərə cisminin epifizar şaxəsinin inkişafının pozulması
B) Əzələ toxumasının inkişafının sistem pozğunluğu
C) Neyro–endokrin pozğunluğu
D) Ossifikasiya prosesinin pozulması
E) Böyrəklərin patalogiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
936) Spondilo – epifizar displaziyanın kliniki əlamətləri hansılardır?
A) Ağsamaq, tez yorulma, ətrafların deformasiyası, skleroz, oynaqlarda kontraktura əzələ zəifliyi, görmə pozğunluğu
B) Anadangəlmə sümüklərin kövrəkliyi
C) Kötük simptomları, çanaq orqanlarının disfunksiyası, sümüklərin boy artımının pozulması
D) Xəstə ətrafının qısalması, diafizar patoloji sınığı, iri piqment ləkələr
E) Zədəli nahiyənin ayrılığı, venoz damarların genişlənməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
937) Spondilo – epifizar displaziyanın rentgenoloji əlamətləri hansıdır?
A) Bütün borulu sümüklərin epifizində dəyişikliklər, boyun fəqərələrinin kəllə əsasına olan uyğunsuzluğu
B) Boyun fəqərələrinin sayının pozulması,yarım fəqərələr
C) Sadalanların hamısı doğrudur
D) Bir neçə fəqərələrin öz aralarında bitişməsi, oynaqlarda fibroz, ankiloz
E) İnkişaf zamanı yaxın sümük artıqlığı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
938) Fibroz osteodisplaziyanın lokalizasiyasının hansı formaları var?
A) Regionar,poliossal,monoossal
B) Yayılmış izolə olunmuş, nöqtəvi
C) Oynaq diafizar
D) Visseral, kranial
E) Subkortikal, subxondral
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
939) Ən əsas Olbrayt simptomlarına hansılar aiddir?
A) Tük yəhəri nahiyəsində kəllə sümüyünün zədələnməsi
B) Hormonal pozğunluq, sümüklərin uzununa inkişafında pozğunluğun olmaması
C) Hidrosefalya, ameliya
D) Çanaq və qasıq sümüklərinin deformasiyası, dəri zədələnməsinin olmaması
E) Birtərəfli, fubroz displaziya tipli poliossal zədələnmə vaxtından əvvəl cinsi yetişkənlik, dəridə açıq qəhvəyi rəngli ləkələr
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
940) Fibroz metafizar defekt ocaqlı fibroz displaziyadan fərqli olaraq hansı fərqlərə malikdir?
A) Ölçüləri 3-4 sm.-dən artıq olmur,şikayətlər olmur,periost şişmir
B) Ocaqlı forma
C) Sümük üstlüyünün şişmir
D) Zədələnmə ocaqlarının sayına görə
E) Ocağın ölçüləri 5-10 sm
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
941) Ocaqlı fibroz displaziyanı əsas rentgenoloji əlamətlərinə hansılar aiddir?
A) Oynaq səthlərinin münasibətlərinin pozulması
B) “Dimdik” simptomu
C) Zədələnmiş ocağın sərhədləri dəqiq sklerotik haşiyə ilə əhatə olunur, böyük ocaqda 1-2 sm. diametrində kiçik sahələr olur, ölçüləri böyüdükdə isə sümük şişkin görsənir
D) Daha çox lokalizasiya - diafizdə
E) Osteoporoz (“Soğanaqlı” periostit)
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
942) Diffuz fibroz displaziyasının əsas rentgenoloji əlamətləri necə əks olunur?
A) Sklerotiv sahənin itməsi, sümüyün məsaməli strukturunun homogen olması
B) Kistoz stadiyaya keçid mərhələlərin olmaması,patoloji sınıqların yoxluğu
C) Zədələnmiş ocaq nahiyəsinin yumuşalması, qeyri-dəqiq sərhəd skleroz az nəzərə çarpır, ləkəli osteoporoz sümüyün şişməsi
D) «Soğanaqlı periostit» ocaq şəklində
E) Ocaq ətrafında böyük skleroz sahəsi sümük üstlüyünün altını əhatə etmir, subkorfikal lokalizasiyadadır
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
943) “Eozinofil qranuloması” nə deməkdir?
A) Xəstəliklər, sümüklərdə eozinofil leykositlərin ocaq şəklində sümüklərə toplanması
B) Qanyaradıcı orqanların və qanın sistem xəstəlikləri
C) Sümüyün inkişaf qüsuru
D) Sümüyün ocaqlı xroniki iltihabı
E) Ağırlaşma, leykos zamanı əmələ gəlir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
944) Eozinofil qranulomanın etiologiyası hansıdır?
A) Retikuloendotelial sümük sisteminin displastik zədələnməsi
B) Sümüklərin bakterioloji zədələnməsi
C) Xronik xəstəliyin ocağı
D) Zooparazitar xəstəliklər
E) Travmanın nəticəsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
945) Eozinofil qranulomanın müalicəsi hansıdır?
A) Kimyaterapiya
B) Ancaq rentgenoterapiya
C) Ancaq operativ
D) Şuaterapiya
E) Kimyaterapiya və operativ müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
946) Eozinofil qranulomaya nə xarakterikdir?
A) Ətraflarda kəskin ağrılar fonunda ümumi halın kəskin pisləşməsi
B) Ağrı, zədələnmiş nahiyənin ödemləşməsi, venaların genişlənməsi, həmin nahiyədə hərarətin olması
C) Hidrorefaliya, sümüklərin qıcolması əsasında kiçik boyluluq
D) Xəstəliyin əlamətsiz başlanması,patoloji sınaqlar zamanı aşkar olunması
E) Ətrafın əzələlərini atrofiyası, oynaqlarda hərəkətin məhdudlaşması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
947) Eozinofil qranuloma zamanı nə daha çox zədələnir?
A) Barmaq falanqaları
B) Qamış sümüyü, mil sümüyü
C) Kəllə sümüyü
D) Bud və çanaq sümüyü
E) Pəncə sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
948) Eozinofil qranuloma zamanı rentgenoloji şəklin xarakter simptomları hansılardır?
A) Sümüyün diafizinin varus deformasiyası, qısalması
B) Ocaq yumurta formasında yumuşalır və kənarı «soğanaq» periostiti formasında olur
C) Dəqiq sərhəddin olmaması, yumuşaq toxumalara yayılması
D) Senton xəttinin pozulması,bud başında sümükləşmə nüvələrinin olmaması
E) Epifizin zədələnməsi,böyümə zonalarının ləngiməsi,sümükləömə nüvələrinin gecikməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
949) Raxit xəstəliyi zamanı aşağı ətrafların deformasiyasın daha çox nə xarakterdir?
A) Böyük oynaqların deformasıyası, hərəkətin məhdudlaşması
B) Şişə bənzər törəmənin böyümə zonasında olması
C) Ətrafların kəskin atrofiyası
D) Baldırın varus və ya valqus deformasiyası
E) Ətrafların hipertrofiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
950) Keller – İ xəstəlik nə deməkdir?
A) Qamış sümüyü qabarının osteoxondropatiyası
B) Qayığabənzər sümüyün osteoxondropatiyası
C) Pəncə sümüklərini afipik formalı osteoxondropatiyası
D) Fəqərə cisminin osteoxondropatiyası
E) Daraq sümüklərinin osteoxondropatiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
951) «Osteoma» anlayışı nə deməkdir?
A) Sümük toxumasının inkişaf qüsuru
B) Sümük toxumasının atipik iltihabı xəstəliyi
C) Bədxassəli, tez inkişaf edən şişdir
D) İnkişaf pozğunluğu osifikasiya prosesinin pozulması ilə əlaqədar
E) Skeletin xoşxassəli birincili şişi, sadə histoloji quruluşa malikdir, özündə sümük toxumasını hasil edir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
952) Osteomanın tipik kliniki özünü biruzə verməsinə hansı aiddir?
A) Törəmə inkişaf zonalarına yaxın yerləşir, diafiz istiqamətində inkişaf edir
B) Bərk, hərəkət etməyən törəmə, istənilən istqamətlərdə inkişaf edir, baş ağrıları kəllə sümüklərinin zədələnməsi zamanı əmələ gəlir
C) Ümumi halın pisləşməsi, kəskin ağrıların ətraflarda olması
D) Simptromsuz inkişaf edir, təsadüfi müayinələr zamanı aşkar edilir
E) Ətrafların kiçilməsi fiziki yük zamanı ağrının olması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
953) Osteomanın rentgenoloji əlamətlərinə hansı aiddir?
A) Şiş yumuşaq toxumalara nüfuz edərək inkişaf edir və dəqiq sərhədəlri var
B) Zədələnmə zonasında osteoporoz və destruksiyalar sümük üstlüyünün ayrılması
C) Şiş yumuşaq toxumalara nüfuz edərək inkişaf edir və dəqiq sərhədəlri yoxdur
D) Şiş sümük toxumasını ardı olub dəqiq və hamar sərhədi var- ətrafdakı toxumalarla
E) Şiş metaepifizar zonada yerləşir, diafizin mərkəzinə doğru inkişaf edərək göbələyə bənzər forma alır
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
954) Osteomanın müalicəsi hansıdır?
A) Operativ
B) Kimyaviterapiya
C) Müşahidə və operativ müalicə nəticəsində şiş tez inkişaf etdikdə və bədxassəliyə çevrildikdə
D) Operativ müalicədən sonra radio – rentgenoloji müalicə
E) Müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
955) Osteoma ilə oxşar rentgenoloji əlamətləri olan xəstəliklər hansıdır?
A) Xondrosarkoma
B) Osteogensarkoma,osteoxondroma
C) Osteoblastoklastoma,eozinofil qranuloma
D) Paraossalsarkoma, osteoid osteoma, ekzostoz
E) Ekzostoz xondrodispaziya, axondrodisplaziya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
956) «Osteoid - osteoma» nə deməkdir?
A) Osteogen mənşəli sümüyün xoşxassəli şişi
B) Osteogen mənşəli sümüyün bədxassəli şişi
C) Xroniki inkişaf edən iltihabi prosesin ağırlaşması
D) Sümüyün ossifikassiya prosesinin pozulması
E) Atipik osteomielit forması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
957) Osteoid – osteoma daha çox xarakter simptomlarına hansı aiddir?
A) Gecə ağrıları, xəstəliyin gedişi ilə əlaqədar ağrıların artması, xəstəliyin ocaq nahiyəsində şişkinlik
B) Zədələnmiş oynağa yığılan, kontraktura hərəkət zamanı ağrıların olması
C) Ətrafın qısalması uzunmüddətli fiziki işlərdə, sonra ağrıların olması
D) Kəskin pulsasiyaedici ağrılar, xəstə ətrafın şişkinliyi
E) Simptomsuz inkişaf edir, təsadüfi rentgenoloji müayinə zamanı aşkar edilir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
958) Osteoid – osteoma əlamətləri özündə rentgenoloji olaraq hansını birləşdirir?
A) Sümük konturlarını əhatə edən ocaqlı osteoporoz
B) Sümüyün metafizar hissəsini dəqiq sklerotik həşiyə və kortikal hissənin deffekti qeyd edilir
C) Yumru ocaq və ətraf sahənin ştampsız sklelozmış soğanaq periostiti
D) Metatizn qədəhə bənzər qalınlaşması, osteoporoz
E) Yuvada xırda «sekvestrlər», ətraf sahə sklerozlaşır, sümükdə patoloji ocaqlar qeyd edilir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
959) Osteoid – osteomanın əsas müalicə metodu hansıdır?
A) Müşahidə, cinsi yetişkənlik zamanı özü sağalma
B) Kimya terapiya və operativ müalicə
C) Cərrahi
D) Rentgenoterapiya
E) Şüa terapiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
960) Osteoid – osteoma ən çox hansı sümüklərdə rast gəlinir?
A) Kürək və əl sümükləri
B) Çanaq,incik sümükləri
C) Onurğa və pəncə sümükləri
D) Kəllə sümükləri
E) Bud, bazu,qamış sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
961) Osteogen sarkomanın tipik lokalizasiyası hansıdır?
A) Çanaq sümüyü
B) Said sümükləri
C) Pəncə və kəllə sümükləri
D) Budun yuxarı 1/3-i və baldırın aşağı 1/3
E) Budun aşağı 3/1-i və baldırın yuxarı 1/3-i
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
962) Osteogen sarkomaların başlanğıc mərhələsində klinik olaraq hansı əlamətlər meydana çıxır?
A) Zədələnmə nahiyyəsində patoloji hərəkətlik
B) Hərəkət zamanı ağrı,axsama
C) Ağrı yoxdur, şişkinlik,hiperemiya
D) Sakit vəziyyətdə ağrı,şişkinlik,ağrılı kontraktura
E) Yüksək bədən hərarəti, regionar limfa düyünlərin böyüməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
963) Osteogen sarkoma zamanı rentgenoloji şəkilin xarakteri hansıdır?
A) Yumşaq toxumaya inkişafının dəqiq sərhəddinin olmaması
B) Metafizin daxili konturlarını bərkiməsi, ləkəli yumuşalmış ocaqlar,”dimdik”simptomu
C) Sümüyün osteoporozu
D) Metafizin qədəhəbənzər genişlənməsi, ətrafların oxunun əyilməsi
E) Sümük üstlüyünün soyulmasının olmaması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
964) Osteogen sarkomanın müalicəsi hansıdır?
A) Kimya terapiya
B) Şüa terapiya və operativ müalicə
C) Şişin rezeksiyası
D) Ətrafın yuxarı amputasiyası
E) Şüa terapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
965) Xondromaların tipik lokalizasiyası hansıdır?
A) Kəllə sümükləri
B) Said sümüklər
C) Bud, qamış sümükləri
D) Bazu və çanaq sümükləri
E) Pəncə və əl sümükləri, qabırğa və döş sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
966) Xondromaların klinik əlamətləri hansıdır?
A) Patologiya nahiyyəsində şişkinlik,hiperemiya
B) Deformasiyanın olması
C) Patologiya nahiyyəsində şişkinliyin olmaması, patoloji sınıq
D) Ağrı, sümükdə narahatlıq
E) Şikayəti yoxdur
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
967) Sümüyün hemangioması harada daha çox rast gəlinir ?
A) Said sümüyü
B) Kəllə və onurğa sütunu
C) Bud sümüyü
D) Kürək sümüyü
E) Qamış sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
968) Mielom xəstəliyi zamanı daha çox kliniki simptomlara hansı aiddir?
A) Ətrafın kəskin böyüməsi, trofiki pozğunluq
B) Ümumi halsızlıq sindromu ilə kəskin pulsasiya edən ağrılar
C) Patoloji sınıqdır, revmoid ağrı
D) Çoxsaylı sınıqlar ətraf seqmentlərdə və mavi ckleralar
E) Ətraf nahiyyəsində kəskin gecə ağrıları
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
969) Yuinq xəstəliyinin lokalizasiyası hansıdır?
A) Pəncə sümükləri
B) Diafiz
C) Əl sümükləri
D) Epifiz
E) Metafiz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
970) Yuinq şişinin tam kliniki şəkli hansıdır?
A) Sakit vəziyyətdə kəskin daimi ağrılar
B) Şiş gec inkişaf edir, ağrı yoxdur
C) Baldırın qövsvari deformasiyası
D) Düz cavab yoxdur
E) Ağrılar daimi şəkil daşımır, şişkinlik nahiyyəsindəki hipertemiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
971) Yuinq xəstəliyinin rentgenoloji şəklinə nə xarakterdir?
A) Oval ocaqlı işıqlanma ilə ştamplı kənar
B) Metafizar sahədə yerləşmiş 2 sm-ə qədər ocaq
C) Seluloz sahəsinin osteoporozu
D) Sümük cisminin ləkəvari osteoporozu
E) Saçaqlı periosfil sümüküstlüyünün aralanması spikula
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
972) Coxa vara nədir?
A) Bud sümüyü başının aseptik nekrozu
B) Aşağı ətrafın “x” vari deformasiyası
C) Bud sümüyünün proksimal hissəsinin xəstəliyi olub,boyun – diafizar bucağın azalması ilə xarektizə olunur
D) Aşağı ətrafın “o” vari deformasiyası
E) Bud sümüyünün proksimol hissəsinin xəstəliyi olub , boyun - diafizar bucağın artması ilə xarakterizə olunur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 637
973) Bud -çanaq oynağının anadangəlmə çıxığının müalicəsinin nəticələrinə aşaıdakılardan hansı təsir göstərmir?
A) Müalicə metodundan
B) Baş vermiş ağırlaşmalardan
C) Müalicəyə başlarkən xəstənin yaşı
D) Xəstəliyin ağırlıq dərəcəsi
E) Xəstənin cinsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 634
Dostları ilə paylaş: |