Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Bud - çanaq oynağının anadangəlmə çıxığının müalicəsində hansı halda 100% müsbət nəticəyə nail olmaq mümkündür?



Yüklə 1,04 Mb.
səhifə16/18
tarix14.01.2017
ölçüsü1,04 Mb.
#5583
1   ...   10   11   12   13   14   15   16   17   18

974) Bud - çanaq oynağının anadangəlmə çıxığının müalicəsində hansı halda 100% müsbət nəticəyə nail olmaq mümkündür?
A) Əgər müalicə 1 yaşından sonra aparalırsa

B) Əgər xəstə qız olarsa

C) Əgər xəstə oğlan olarsa

D) Əgər cərrahi əməliyyat aparılarsa

E) Əgər müalicə uşağın həyatının ilk ayından başlarsa
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 634
975) Bud - çanaq oynağının anadangəlmə çıxığının müalicəsinə 1 yaşda başlanarsa ağırlaşma neçə % ola bilər?
A) 30%

B) 60%


C) 40%

D) 5%


E) 80%
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
976) 7 yaşa kimi uşaqlarda diafizar sınıqlar zamanı bucaqvari yerdəyişmənin buraxılan hüdudu hansıdır?
A) 22 - 25 º

B) 25 - 30 º

C) 30 - 35 º

D) 10 – 15 º

E) 18 - 20 º
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 130
977) 7 yaşa kimi uşaqlarda diafizar sınıqlar zamanı boylama yerdəyişmənin buraxılan hüdudu hansıdır?
A) 9 – 10 sm

B) 3 – 4 sm

C) 5 – 6 sm

D) 1 – 2 sm

E) 7 – 8 sm
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 130
978) Aşağıdakılardan hansı uşaqlara xas olan sınıqlara aid deyil?
A) Mil sümüyünün distal epifizeolizi

B) Mil sümüyünün tipik yerdən yerinidəyişən sınığı

C) Mil sümüyünün sümüküstlüyüaltı sınığı

D) Mil və dirsək sümüklərinin diafizar hissədə bucaqvari yerdəyişmə ilə qırılması

E) Qamış sümüyünün distal osteoepifizeolizi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 130
979) Bud sümüyünün hansı nahiyəsinin sınığında immobilizasiya müddəti daha artıqdır?
A) Diafizar sümüküstlüyüaltı sınıqda

B) Aşağı metafizar sınıqda

C) Diafizar nahiyənin çəp sınığında

D) Diafizar nahiyənin köndələn sınığında

E) Boyun nahiyəsi sınığında
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 159
980) Qırılma tipli natamam sınığın digər adı nədir?
A) Apofizeoliz

B) Osteoepifizeoliz

C) Yaşıl ağac budağı kimi sınma

D) Subperiostal sınma

E) Epifizeoliz
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 130
981) Subperiostal sınığın səciyyəvi klinik xüsusiyyəti hansıdır?
A) Yerdəyişmə bucaqvari olur

B) Sümük fraqmentləri yerini eninə dəyişir

C) Qəlpəli sınıq olur

D) Rotasion yerdəyişmə olur

E) Sümük fraqmentləri yerini dəyişmir
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 130
982) Epifizeoliz nədir?
A) Travma nəticəsində epifizin metafizdən qopub ayrılması

B) Travma nəticəsində əmələ gələn epifizar osteomielit

C) Sümüyün epifizar nahiyəsinin şişi

D) Sümüyün epifizar nahiyəsinin inkişaf qüsuru

E) Dərinin infeksion xəstəliyi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 131
983) Osteoepifizeoliz dedikdə nə başa düşülür?
A) Travma nəticəsində əmələ gələn metaepifizar nahiyənin osteomieliti

B) Travma nəticəsində metafizin bir hissəsinin epifiz qığırdağı ilə birlikdə qopması

C) Metaepifizar nahiyənin şişi

D) Metaepifizar nahiyənin inkişaf qüsuru

E) Metaepifizar nahiyənin əzilməsi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 131
984) Uşaqlarda epifizeolizə və ya osteoepifizeolizə səbəb olan travmalar, böyüklərdə nəyə səbəb olur?
A) İnkişaf qüsuruna

B) İltihaba

C) Şişə

D) Natamam çıxığa



E) Çıxığa
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 132
985) Aşağıdakılardan hansı sınıqlar üçün ümumi klinik əlamətlərə aid deyil?
A) Qusma

B) Krepitasiya

C) Lokal ağrı

D) Travmatik şişkinlik

E) Patoloji hərəkət
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 131
986) Hansı yerdəyişmə sınıqlar zamanı əmələ gələ bilməz?
A) Perpendikulyar yerdəyişmə

B) Eninə yerdəyişmə

C) Bucaqvari yerdəyişmə

D) Boylama yerdəyişmə

E) Rotasion yerdəyişmə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 133
987) Diafizar sınıqlarda öz - özünə korreksiya neçə yaşa kimi baş verə bilər?
A) 15

B) 14


C) 12

D) 7


E) 10
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 133
988) Aşağıdakı hansı halda uşaqlarda sınıq zamanı cərrahi müdaxilə tələb olunmur?
A) Düzgün bitişməyən və gələcəkdə deformasiya vermə qorxusu olan sınıqlarda

B) İki və ya üç dəfə qapalı repozisiya nəticəsiz olduqda

C) Yumşaq toxumaların nisbətən böyük zədələnmələri ilə olan açıq sınıqlarda

D) İnterpozisiya olduqda

E) Sümüküstlüyü altı sınıqlarda
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 134
989) Aşağıdakılardan hansı uşaqlarda sınıqların gips vasitəsilə ilkin immobilizasiyasının prinsipinə daxil deyil?
A) Sirkulyar gips sarğısı qoymaq

B) Ətrafa orta fizioloji vəziyyət vermək

C) Sınıq nahiyəsinin üçdə iki hissəsini tutmaq şərtilə gips longeti qoymaq

D) Azı iki oynağı əhatə etmək

E) Gips longeti yumşaq tənzif bintlə bərkitmək
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 132
990) Konsolidasiya nədir?
A) Sümük döyənəyinin əmələ gəlməsi

B) Fraqmentlərin repozisiyası

C) Oynaqdaxili sınıq

D) Oynağa qan yığılması

E) Sümüküstlüyüaltı sınıq
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 134
991) Oynaqətrafı və oynaqdaxili sınıqda immobilizasiya müddəti başa çatdıqdan sonra ətrafın funksiyasını bərpa etmək üçün nə təyin edilir?
A) Fizioterapiya, müalicəvi gimnastika

B) Vitaminoterapiya

C) Ağrıkəsici müalicə

D) Əzələlərin massajı

E) Antibakterial müalicə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 134
992) 8 - 15 yaşlı uşaqlarda körpücük sümüyünün sınığı zamanı immobilizasiya müddəti nə qədərdir?
A) 7 gün

B) 21 gün

C) 10 gün

D) 28 gün

E) 14 gün
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 135
993) 10 yaşlı uşaqda daxili topuğun sınığı olduğu halda immobilizasiya müddəti nə qədər olmalıdır?
A) 60 gün

B) 14 gün

C) 30 gün

D) 90 gün

E) 50 gün
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 135
994) 12 yaşlı uşaqda bazu sümüyünün cərrahi boyununun sınığı təyin edildikdə immobilizasiya müddəti nə qədər olmalıdır?
A) 14 gün

B) 28 gün

C) 60 gün

D) 21 gün

E) 90 gün
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 135
995) Daxili orqanların normal yerləşdiyi boşluqdan təbii və ya patoloji dəliklər vasitəsi ilə bədən örtükləri altına və ya digər boşluqlara keçməsinə nə deyilir?
A) Dəbəlik

B) Eveginasiya

C) Eventrasiya

D) Prolaps

E) İnvaginasiya
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 331 332
996) Flebektaziya nədir?
A) Venoz təzyiqin enməsi

B) Travma nəticəsində əmələ gələn dərialtı hematoma

C) Venoz təzyiqin artması

D) Venoz durğunluq

E) İnkişaf qüsuru nəticəsində venaların genəlməsi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 339
997) 1 yaşa qədər olan uşaqlarda kəllə sümüklərinin sınıqları əsasən nə ilə birgə müşahidə olunur?
A) Mədəciklər daxili qanaxma

B) Subaraxnoidal qanaxma

C) Beyin sərpməsi

D) Subaponevrotik hematoma

E) Subdural hematoma
Ədəbiyyat: Ç. Quluyev:”Uşaq cərrahlığı”2008 səh 91
998) 3 - 5 yaşlı uşaqlarda adətən kəllə sümüklərinin hansı sınığına daha çox təsadüf olunur?
A) Qəlpəli

B) Kompression

C) Çatlama

D) İmpression

E) Xətti
Ədəbiyyat: Ç. Quluyev:”Uşaq cərrahlığı”2008 səh 93
999) Məktəb yaşlı uşaqlarda kəllə sümüklərinin hansı sınığına daha çox təsadüf olunur?
A) Kəllə tikişlərinin aralanması

B) ”Rezin top” batığı şəklində sınıq

C) Xətti

D) Depression

E) İmpression
Ədəbiyyat: Ç. Quluyev:”Uşaq cərrahlığı”2008 səh 93


1000) Ümümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən inkişaf qüsuru yenidoğulmuşların neçə faizində rast gəlinir?
A) 1 %

B) 20 %


C) 11, 2 %

D) 5 %


E) 25 %
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 20
1001) Aşağıdakılardan hansı təbii penisillinlərə aid deyil?
A) Aminopenisillinlər

B) Fenoksimetilpenisillin

C) Benzilpenisillin prokain (penisillinin prokain (novokain) duzu)

D) Benzatin benzilpenisillin

E) Benzilpenisillinin natrium və kalium duzları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protocol-Bakı-2009
1002) Yarımsintetik penisillinlərin nümayəndəsi hansıdır?
A) Benzilpenisillin prokain (penisillinin prokain (novokain) duzu)

B) Benzatin benzilpenisillin

C) Oksasillin

D) Benzilpenisillinin natrium duzu

E) Fenoksimetilpenisillin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1003) Amoksisillin hansı qrup preparatlara aiddir?
A) İnhibitordan müdafiə olunmuş penisillinlərə

B) Aminopenisillinlərə

C) Karbenipenisillinlərə

D) Ureidopenisillinlərə

E) Təbii penisillinlərə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1004) Aşağıdakılardan hansı inhibitordan müdafiə olunmuş penisillinlərə aid deyil?
A) Ampisillin

B) Tikarsillin/klavulanat

C) Amoksisillin/klavulanat

D) Piperasillin/tazobaktam

E) Ampisillin/sulbaktam
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1005) Ampisillin haqqında aşağıdakı ifadələrdən hansı doğru deyil?
A) Bütün β-laktamazaların tısirindən hidrolizə uğrayır

B) Qida qəbulundan asılı olmayaraq qəbul etmək lazımdır

C) Haemophilus spp.-yə qarşı aktivdir

D) Aminopenisllinlərin nümayəndəsidir

E) H.Pylori-yə qarşı aktivdir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1006) Yüngül və orta ağırlıqda olan streptokokk infeksiyalarının (tonzillofaringit, qızılyel) müalicəsində hansı preparata üstünlük verilməlidir?
A) Benzatin benzilpenisillin

B) Oksasillin

C) Fenoksimetilpenisillin

D) Amoksisillin

E) Tikarsillin/klavulanat
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1007) I nəsil sefalosporinlərin nümayəndəsi hansıdır?
A) Sefotaksim

B) Seftriakson

C) Seftazidim

D) Sefazolin

E) Sefoperazon
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1008) II nəsil sefalosporinlərə hansı aiddir?
A) Sefotaksim

B) Seftriakson

C) Sefuroksim

D) Seftazidim

E) Sefoperazon
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1009) Aşağıdakılardan hansı III nəsil sefalosporinlərə aid deyil?
A) Seftriakson

B) Sefepim

C) Sefoperazon/sulbaktam

D) Sefotaksim

E) Seftazidim
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1010) Aşağıdakılardan hansı I nəsil aminoqlikozidlərə aiddir?
A) Tobramisin

B) Netilmisin

C) Streptomisin

D) Amikasin

E) Gentamisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1011) Taunun spesifik terapiyası hansı preparatla aparılır?
A) Sefotaksimlə

B) Sefotaksimlə

C) Tobramisinlə

D) Amikasinlə

E) Streptomisinlə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1012) Aşağıdakılardan hansı II nəsil flüörxinolonlara aid deyil?
A) Siprofloksasin

B) Nalidiks turşusu

C) Lomefloksasin

D) Nefloksasin

E) Ofloksasin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1013) Aşağıdakılardan hansı təbii makrolidlərə aiddir?
A) Spiramisin, Cozamisin, Midekamisin

B) Nalidiks turşusu, Oksalin turşusu, Piperin turşusu

C) Siprofloksasin, Nefloksasin, Norfloksasin

D) Klaritromisin, Roksitromisin, Azitromisin


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1014) Makrolidlərin istifadəsi nə zaman əks göstərişdir?
A) Hamiləlik və laktasiya dövründə

B) Dərinin və yumşaq toxumaların infeksiyaları

C) Yuxarı tənəffüs yollarının infeksiyalarında:streptokokk tonzillofaringiti, kəskin sinusit

D) Göyöskürək, difteriya

E) Toksoplazmoz, Kriptosporidioz
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1015) Aşağıdakılardan hansı yarımsintetik makrolidlərə aid deyil?
A) Azitromisin

B) Eritromisin

C) Midekamisin asetat

D) Klaritromisin

E) Roksitromisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1016) Hansı antibiotik monobaktamlara aiddir?
A) Aztreonam

B) İmipenem

C) Piperasillin

D) Meropenem

E) Azlosillin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1017) Aşağıdakı qrup preparatlardan hansı qaraciyərdə sitoxrom fermentinə ləngidici təsir göstərir?
A) Xinolonlar/Flüorxinolonlar

B) Penisillinlər

C) Makrolidlər

D) Sefalosporinlər

E) Linkozamidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1018) Hansı makrolid preparatlar qida qəbulundan asılı olmayararaq qəbul edilə bilər?
A) Sefotaksim, Seftriakson, Sefoperazin

B) Linkomisin, Klindamisin, Azitromisin

C) Lomefloksasin, Norfloksasin, Siprofloksasin

D) Klaritromisin, Spiramisin, Cozamisin

E) Amikasin, Vankomisin, Teykoplanin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1019) Aminoqlikozidlərdən istifadə zamanı əsasən hansı əlavə təsirlər meydana çıxır?
A) Ağız boşluğunun kandidozuna səbəb olur

B) Bakterial konyunktivit, keratit törədir

C) Onlar nefrotoksik, ototoksik təsir göstərir

D) Ginekomastiyaya, dismenoreyaya səbəb olur

E) Psevdomembranoz kolitin yaranmasına səbəb olur
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1020) Aşağıdakı preparatlardan hansılar qlikopeptidlərə aiddir?
A) Lomefloksasin, Norfloksasin

B) Vankomisin, Teykoplanin

C) Sefotaksim, Seftriakson

D) Linkomisin, Klindamisin

E) Benzatin benzilpenisillin, Oksasillin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1021) Aşağıdakı preparatlardan hansı nitrofuran qrupuna aid deyil?
A) Ornidazol

B) Furazolidon

C) Nifuroksazid

D) Nifuratel

E) Nitrofurantoin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1022) Aşağıdakılardan hansı vərəməleyhinə I sıra dərman vasitələrinə aid deyil?
A) Etambutol

B) Streptomisin

C) Kanamisin

D) Pirazinamid

E) İzoniazid
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1023) Aşağıdakı preparatlardan hansı vərəməleyhinə II sıra dərman vasitələrinə aiddir?
A) Klaritromisin

B) Etionamid

C) İzoniazid

D) Rifampisin

E) Amoksisillin/klavulan turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1024) Aşağıdakılardan hansı vərəməleyhinə III sıra dərman vasitələrinə aiddir?
A) Sikloserin

B) Amoksisillin/klavulan turşusu

C) Kanamisin

D) Etionamid

E) PAST
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1025) Aşağıdakı reseptorların hansının qıcıqlanması nəticəsində böyrək damarlarında genişlənmə baş verir?
A) D1-dopamin reseptorlarının

B) α2-adrenoreseptorların

C) β1-adrenoreseptorların

D) D2-dopamin reseptorlarının

E) α1-adrenoreseptorların
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1026) 61 yaşı dializə gedən kişidə Pseudomonas aeruginosa septisemiyası inkişaf edir. Bu xəstəyə yalnız aerob qrammənfi bakteriyalara qarşı təsirli olan, qrammüsbət bakteriyalara təsir etməyən bir antibiotik təyin edilmişdir. Bu xəstəyə hansı antibiotik təyin edilmişdir?
A) Seftriakson

B) Gentamisin

C) İmipenem

D) Sefaleksin

E) Aztreonam
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1027) Hansı sırada klaritromisinin eritromisindən fərqi duzgün göstərilməyib?
A) Daxilə qəbul zamanı biomənimsənilməsi yaxşıdır

B) Toxumalarda daha yüksək konsentrasiyası yaranır

C) 6 aylığa qədər uşaqlara təyin olunmur

D) H.pylori-yə və atipik mikobakteriyalara münasibətdə daha aktivdir

E) Hamiləlik və laktasiya dövründə istifadə edilir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1028) Azitromisin daxilə necə qəbul edilməlidir?
A) Qida qəbulundan asılı olmayaraq

B) Yeməkdən 1 saat əvvəl

C) Yemək vaxtı

D) Yeməkdən 20 dəqiqə sonra

E) Yeməkdən 1 saat sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1029) 1 aylıqdan 12 yaşa qədər uşaqlara amoksisillin daxilə hansı dozada təyin olunmalıdır?
A) 3 qəbula bölünməklə, 60-70 mq/kq gündəlik dozada

B) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada

C) 3 qəbula bölünməklə, 30-60 mq/kq gündəlik dozada

D) 4 qəbula bölünməklə, 25-35 mq/kq gündəlik dozada

E) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1030) Ampisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara daxilə hansı dozada təyin olunmalıdır?
A) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada

B) 3 qəbula bölünməklə, 55-65 mq/kq gündəlik dozada

C) 8 qəbula bölünməklə, 10-15 mq/kq gündəlik dozada

D) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada

E) 4 qəbula bölünməklə, 30-50 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1031) Benzilpenisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara parenteral yolla necə təyin olunur?
A) gündə 1 dəfə 250-300 TV/kq

B) gündə 2 dəfə 50-100 TV/kq

C) gündə 4 dəfə 100-200 TV/kq

D) gündə 4 dəfə 50-150 TV/kq

E) gündə 3 dəfə 50-100 TV/kq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1032) Nə üçün yaşlı şəxslərə aminoqlizkozidlərin təyini arzuolunmazdır?
A) Bakteriostatik təsirə malik olmasına görə

B) Hemolitik anemiya yaratmasına görə

C) Yüksək neyrtropeniya yartmasına görə

D) Yaşlı şəxslərdə nefrotoksik və ototoksik təsirinin daha güclü olmasına görə

E) Ağız boşluğunun kandidozuna səbəb olmasına görə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1033) Ko-trimoksazol sulfametoksazol və trimetoprimin hansı nisbətdə kombinasiyasından ibarətdir?
A) 5/1

B) 2/3


C) 10/4

D) 2/1


E) 3/2
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1034) Ko-trimoksazol necə qəbul edilməlidir?
A) yeməkdən 10 dəqiqə sonra 25ml su ilə

B) acqarına 1 stəkan su ilə

C) yeməkdən 25 dəqiqə sonra 1 stəkan turş meyvə şirəsi ilə

D) yemək vaxtı 0,5 stəkan su ilə

E) acqarına 1 stəkan süd ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1035) Streptokokk tonzillofaringiti zamanı sefaleksin neçə gün təyin edilir?
A) 5

B) 7


C) 1

D) 3


E) 10
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1036) Furazolidon böyüklərə necə təyin olunmalıdır?
A) 5 saatdan bir 3 q

B) 6 saatdan bir 5 q

C) 6 saatdan bir 100 mq

D) 2 saatdan bir 1q

E) 4 saatdan bir 1 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1037) Aşağıdakılardan hansı əzələdaxili yeridilən peyvəndlərə aid deyil?
A) Hepatit B-yə qarşı peyvənd

B) Pnevmokokka qarşı peyvənd

C) Poliomielitə qarşı peyvənd

D) AGDT-yə qarşı peyvənd

E) Antirabik peyvənd
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1038) Aşağıda hansı antibiotikin əlavə təsiri düzgün göstərilməyib?
A) Eritromisin - xolestatik hepatit törədir

B) Doksisiklin- baş beynin psevdotumorunu (Pseudotumor Cerebri) törədir

C) Amikasin - aplastik anemiya törədir

D) Klindamisin - psevdomembranoz enterokolit törədir

E) Xloramfenikol-“boz bəbək” sindromu törədir
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1039) Tetrasiklin neçə yaşdan etibarən uşaqlara təyin edilə bilər?
A) 1

B) 8


C) 4

D) 10


E) 3
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1040) Aşağıdakılardan hansı oral yolla (per os) qəbul edilən dərmanın biomənimsənilməsinə təsir etmir?
A) Dərman maddəsinin böyrəklər vasitəsilə orqanizmdən xaric olan miqdarı

B) Preparatın dərman forması

C) Dərman maddəsinin bağırsaqda və bağırsaq divarında metobolizmə uğraması

D) Dərman maddəsinin portal yolla və ya qaraciyərdə metabolizmə uğraması

E) Dərman maddəsinin bağırsaqlardan sorulan miqdarı
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1041) Bakterial meningitlərin müalicəsində penisillinin natrium duzu hansı dozada və neçə gün müddətinə təyin edilir?
A) 10 gün müddətinə gündə 4 dəfə 5 mln. TV

B) 3 gün müddətinə gündə 6 dəfə 20 mln. TV

C) 5 gün müddətinə gündə 3 dəfə 3mln. TV

D) 14 gün müddətinə gündə 6 dəfə 4 mln. TV

E) 7 gün müddətinə gündə 3 dəfə10 mln. TV
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin