Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Peritonla örtülməyən daxili orqanların təbii dəliklər vasitəsi ilə xaricə çıxmasına nə deyilir?



Yüklə 1,04 Mb.
səhifə12/18
tarix14.01.2017
ölçüsü1,04 Mb.
#5583
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

730) Peritonla örtülməyən daxili orqanların təbii dəliklər vasitəsi ilə xaricə çıxmasına nə deyilir?
A) İnvaginasiya

B) Prolaps

C) Eventrasiya

D) Eveginasiya

E) Qarın xarici dəbəlik
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 332
731) Aşağıdakılardan hansı qarınxarici dəbəliyin ağırlaşmalarına daxil deyil?
A) Təngnəfəslik

B) Yerinə düzəlməmək

C) Koprostaz

D) İltihablaşma

E) Boğulma
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 354, 355
732) Aşagıdakılardan hansı qarındaxili dəbəliklər qrupuna aiddir?
A) Bud dəbəliyi

B) Treitz dəbəliyi

C) Ağ xətt dəbəliyi

D) Spigel xətti dəbəliyi

E) Qasıq dəbəliyi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 380
733) Göstərilən dəbəliklərdən hansı nadir halda rast gəlinən dəbəliklər qrupuna aid deyil?
A) Bel dəbəliyi

B) Oturaq dəbəliyi

C) Bud dəbəliyi

D) Aralıq dəbəliyi

E) Qapayıcı dəbəlik
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 353 354
734) Sürüşkən dəbəliklərə aşağıdakılardan hansı aiddir?
A) Tez - tez boğulan dəbəlik

B) Yerinə düzələ bilməyən dəbəlik

C) Dəbəlik kisəsi olmur

D) Dəbəlik kisəsinin bir divarını mezoperitonal yerləşmiş orqan təşkil edir

E) Asanlıqla yerinə düzələ bilən dəbəlik
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 384
735) Aşağıda göstərilən orqanlardan hansı dəbəlik kisəsinin möhtəviyyatı ola bilməz?
A) Mədəaltı vəz

B) Piylik

C) Yumurtalıq

D) Nazik bağırsaq

E) Sidik kisəsi
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 333
736) Qarınxarici dəbəliklərin boğulmasının hansı növləri var?
A) Divaryanı boğulma

B) Göstərilənlərin hamısı

C) Nəcis boğulması

D) Retroqrad boğulma

E) Elastiki boğulma
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 354 355
737) Uşaqlarda dəbəliklərin boğulmasının hansı növünə daha çox rast gəlinir?
A) Qarışıq tip boğulma

B) Nəcis boğulması

C) Retroqrad boğulma

D) Divaryanı boğulma

E) Elastiki boğulma
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 388
738) Göbəyin tam fistulu olan uşaqlarda qarındaxili təzyiq artdığı zaman bağırsağın selikli qişası çevrilərək göbəkdən xaricə çıxır. Buna nə deyilir?
A) Qarın daxili dəbəlik

B) Eventrasiya

C) Eveginasiya

D) Prolaps

E) İnvaginasiya
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 370
739) Hirşprunq xəstəliyinin əsas aparıcı simptomu nədir?
A) Qurbağa qarnı

B) Meteorizm

C) Taxikardiya

D) Xroniki qəbizlik

E) Təngnəfəslik
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh səh 439
740) Yenidoğulmuş və bağça yaşlı uşaqlarda mədə və onikibarmaq bağırsaq xorasının yeganə əlaməti nədir?
A) Qanaxma

B) Mədədə ağrı

C) Perforasiya

D) Mədə qıcqırması

E) Qusma
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 396
741) İnvaginasiyanın hansı növündə bağırsaq divarında nekroz daha tez başlayır?
A) Yoğun bağırsaq invaginasiyasında

B) Nazik bağırsaq invaginasiyasında

C) Qalça - çənbər bağırsaq invaginasiyasında

D) Retroqrad invaginasiyada

E) Kor - çənbər bağırsaq invaginasiyasında
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 410
742) Kəskin invaginasiyada Rum simptomu nədir?
A) Reflektor qusma

B) Qarının palpasiyada yumşaq olması

C) Tutmaşəkilli ağrının olması

D) Düz bağırsaqdan qan ifrazı

E) İnvaginat əllənən zaman uşağın narahat olması
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 415
743) Bilavasitə invaginasiyanın olmasını göstərən Dans simptomu hansıdır?
A) Palpasiya zamanı sağ qalça çuxurunun boş olması

B) İnvaginat əllənən zaman uşağın narahat olması

C) Tutmaşəkilli ağrının olması

D) Qarnın palpasiyada yumşaq olması

E) Düz bağırsaqdan qan gəlməsi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 414
744) İnvaginasiyaya şübhə olarsa, palpasiyadan sonra mütləq hansı müayinəni aparmaq lazımdır?
A) Əsnəyin müayinəsi

B) Auskultasiya

C) Temperaturu ölçmək

D) Qarının ön divarının perkusiyası

E) Düz bağırsağın barmaqla müayinəsi
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 415
745) Qapalı exinokokkektomiya zamanı 1 % - li yodfiksonal məhlulundan istifadə edərkən, yodemiyanın qarşısını almaq üçün nədən istifadə olunur?
A) Sol. Natrii thiosulfat 30 % - li vena daxilinə

B) Sol. Dimedrol 1 % - li əzələ daxilinə

C) Sol. Calcii chloridi 10 % - li vena daxilinə

D) Sol. Hemodez vena daxilinə

E) Sol. Prednizolon əzələ daxilinə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 529
746) Aşağıdakılardan hansı qaraciyər exinokokkozu zamanı aparılan qapalı exinokokkektomiya zamanı icra edilmir?
A) Exinokokk sisti punksiya edilib, exinokokk mayesi xaric edilir

B) Exinokokk sisti açılır və içərisindəki xitin qişa xaric edilir

C) Exinokokk sistinin ətrafı 1 % - li yodfiksonalla isladılmış tamponla örtülür

D) Exinokokk sisti içərisinə 1% - li yodfiksonal məhlulu vurulur

E) Exinokokk sistini yerləşdiyi payla birlikdə rezeksiya etmək
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 529

747) Körpücükaltı venanın punksiyası ücün əlverişli nöqtə hansı sayılır?

A) Körpücük sümüyünün xarici və orta 1/3 arasındakı nöqtə

B) Körpücük sümüyünün daxili və orta 1/3 arasındakı nöqtə

C) Vidaci çuxurda

D) Döş sümüyü korpücük sümüyü bitişən hissənin yuxarısından

E) Döş sümüyü korpücük sümüyü bitişən hissənin aşağısından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
748) Daxili vidaci vena harada yerləşir?

A) Yuxu arteriyasının arxasında

B) Yuxu arteriyasının bayır səthində

C) Vidaci çuxurda

D) Yuxu arteriyasının önündə

E) Yuxu arteriyası ilə əlaqəsi yoxdur


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
749) Oksigen hüceyrəyə nəyə görə lazımdır?

A) Aminturşuların dezaminləşməsi üçün

B) Krebs dövranında qlikozanın tam oksigenləşməsi üçün

C) Süd turşusunun yaranması üçün

D) Piroüzüm turşusunun yaranması üçün

E) Aminturşusunun qaralması üşün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
750) Yenidoğulmuşda ən çox nə müşahidə olunur?

A) Bədən çəkisinin fizioloji azalması

B) Orqanizimdə mayenin ləngiməsi

C) Plazmada natriumun yüksəlməsi

D) Tənəffüsün mərkəzdən zəifləməsi

E) Qanda qlükozanın miqdarının azalması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
751) Ürəyin sağ mədəciyinin çatışmazlığının göstəricisinə hansı aiddir?

A) Mərkəzi venoz təzyiqin azalması

B) Anemiya

C) Mərkəzi venoz təzyiqin artması

D) Arterial təzyiqin azalması

E) Polisifemiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
752) Nəzərəçarpan damar kollapsı zamanı nəbz təzyiqi necə dəyişilir?

A) Variyasiya edir

B) Azalır

C) Artır


D) Azalır, sonra artır

E) Dəyişməz qalır


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
753) Mikrosirkulyasiyanın pozulmasının kliniki simptomlarına hansı aiddir?

A) Taxikardiya

B) Qıcolma

C) Bradikardiya

D) Bəbəklərin daralması

E) "Ağ ləkə" simptomu


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
754) Uşaqlarda kaliuma normal tələbat nə qədərdir?

A) Yenidoğulmuşlarda -0.5mekv/kq sutkaya

B) 1 yaşa qədər uşaqlarda -1mekv/kq sutkaya

C) Kaliuma tələbat variasiyalıdır

D) Bütün yaşlarda -0.5mekv/kq sutkaya

E) 3 yaşa qədər uşaqlarda -3mekv/kq sutkaya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
755) Hansı qeyd olunan preparatlar qlükokortikoidlərə aiddir?

A) Kortizon

B) Butadion

C) Adrenalin

D) Vitamin

E) Aminazin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
756) Körpücükaltı venanın kateterizasiyasının ağırlaşmalarına hansı aid deyil?

A) Kateterizasion sepsis

B) Körpücükaltı venanın trombozu

C) Sol göz qapağının ptozu

D) Pnevmotoraks

E) Körpücükaltı arteriyanın zədələnməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
757) Uşaqlarda şokun simptomlarına hansı aiddir?

A) Akrosianoz, dəri örtüyünün avazıması

B) Yüksək AT, taxikardiya, ağ ciyər ödemi

C) Leykositoz, anemiya, taxikardiya

D) Koma, qıcolma, taxikardiya

E) Taxikardiya, AT-in azalması, aşağı hemoqlobin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
758) Hipovolemik koma zamanı təcili korreksiya üçün nə yeridilir?

A) Kristalloidlər

B) Kolloidlər

C) Qlükoza

D) Yağ emulsiyası

E) Qan
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


759) Sağlam yenidoğulmuşun doğuşdan sonrakı ilk sutkada maye tələbatı nə qədər təşkil edir?

A) 10 - 20 ml/kq sutkaya

B) 0 - 5 ml/kq sutkaya

C) 40 - 60 ml/kq sutkaya

D) 10 ml/kq saatda

E) 5 ml/kq saatda


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
760) Çəkisi 3500 q olan yenidoğulmuşda qanın miqdarı təqribən neçə ml olur?

A) 1000 ml

B) 850 ml

C) 600 ml

D) 300 ml

E) 750 ml


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
761) Uşaqlarda yanıq şokunu inkişafı yanıq sahəsini ölçüsü neçə faiz olduqda inkişaf edir?

A) 10 %


B) 40 %

C) 5 %


D) 20 %

E) 30 %
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


762) Hipovolemik şokda mərkəzi hemodinamika necə xarakterizə olunur?

A) Sol mədəcik çatmamazlığı ilə

B) Periton boşluğu damarlarında qanın depolaşması hesabına

C) Qaraciyər qan dövranının aşağı düşməsi ilə

D) Kiçik qan döranı sistemi damarlarında qanın depolaşması hesabına

E) Sağ mədəcik çatmamazlığı ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
763) Hipovolemik şokda mikrosirkulyasiyanın xarakter dəyişikliyinə hansılar aiddir?

A) Qanaxma müddətinin artması

B) Metobolik asidoz, arterio-venoz şuntlama

C) Kapilyarların genəlməsi

D) Hemoqlobin və hemotakritin yüksək olması

E) Kapilyar qan dövranın sürətlənməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
764) Xüsusi müayinə olmadan ürək dayanmasının kliniki ələmətləri hansı sayılır?

A) Ürək tonlarının itməsi, A/t=0, sianoz

B) Tənəffüs dayanması, ümumi sianoz, yuxu arteriyasında nəbzin olmaması

C) Tənəffüsün dayanması, periferik nəbzin olmaması, A/t=0

D) Tənəffüs ritminin pozğunluğu, anizokariya, sianoz, A/T=0

E) Anizokariya, qıcolma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
765) Ürəyin dayanması zamanı beyin qan dövranını neçə dəqiqə ərzində bərpa etmək lazımdır?

A) 6


B) 5

C) 8


D) 4

E) 7
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


766) Qəfləti ürək dayanmasında dərhal nəyi korreksiya etmək lazımdır?

A) Azan sinirin tonusunu

B) Metabolik asidozu

C) Tənəffüs alkolozu

D) Metabolik alkalozu

E) Ürək həyacanını


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
767) Ürəyin işin bərpa etdikdən sonra, xəstə komatoz vəziyyətdə qalırsa, ona nə məsləhətdir?

A) Vena daxilinə mərkəzi sinir sistemini stimulyasiya edən preparatlar vurmalı

B) Oksigenin konsentrasiyasın 30% aşağı salmaq

C) Narkotik vurmaq

D) Sünü tənəffüsə başlamaq, hipotermiya, kortikosteroid, antihipoksant vurmaq

E) Traxeostomiya qoymaq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
768) Qəfləti ürək dayanmasında korreksiya etmək o qədər əhəmiyyət daşımır?

A) Ürək həyacanını

B) Metabolik asidozu

C) Metabolik alkolozu

D) Tənəffüs alkolozun

E) Azan sinirin tonusunu


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
769) Beyin ödemi daha çox nə vaxt əmələ gəlir?

A) Uzun müddətli hipoksemiyada

B) Beyin travmasında

C) Asmatik statusda

D) Hipoalbuminemiyada

E) Ürək-ağciyər reanimasiyasında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
770) Laparotomiyada yeni doğulmuşun bədəninin soyuması daha çox hansılardan asılıdır?

A) Termorequlyasiya mərkəzinin tam formalaşmaması ilə

B) Soyuq mayeləri köçürtməklə

C) Soyuq qanı köçürtməklə

D) Açıq yaradan istiliyi itirməklə

E) Yarımaçıq kontrol zamanı tənəffüslə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
771) Yeni doğulmuş uşaqda nə vaxt ağ ciyər tam açılır?

A) Dünyaya gəldiyi ilk 1 dəqiqədə

B) 1 saatdan sonra

C) Bir neçə gündən sonra

D) Uzun qipoksemiya fonunda 1 sutkadan sonra

E) 6 saatdan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
772) Düzgün olmayan süni tənəffüsdən istifadə etdikdə hansı əlamətlər daha çox müşahidə olunur?

A) Ağ ciyərin mexaniki zədələnməsinə şərait yaradır

B) Normal ağ ciyər qan dövranına maneəçilik törədir

C) Ürək və böyük damarlara təzyiq edir

D) «Döş qəfəsi nasosu» funksiyası pozulur

E) Ola bilər pnevmomediasinum əmələ gəlsin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
773) Yenidoğulmuşlarda narkozun aparılması üçün hansı preparat istifadə edilir?

A) Ftoratan

B) Heksenal

C) Efir


D) Trilen

E) Neyroleptik


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
774) 3 kq çəkiyə malik olan yenidoğulmuş uşağa medikamentoz preparat böyüklərə düşən hissənin hansı həcmində təyin edilir?

A) 1/8 - i

B) 1/10 - i

C) 1/5 - i

D) 1/20 - i

E) 1/15 - i


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
775) Xəstəyə şok zamanı dərman preparatları haradan yeridilməlidir?

A) Vena - daxilinə

B) Dərialtı

C) Rektal

D) Ağızdan

E) Əzələ - daxilinə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
776) Vitamin B1-lə B6-nı bir şprisdə xəstəyə vurduqda aşağıdakılardan hansı təzahür edir?

A) Oyanıqlıq

B) Yuxululuq

C) Hiperemiya

D) Heç nə təzahür etmir

E) Anesteziya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
777) Fentanilin morfinden analgetik aktivliyi neçə dəfə çoxdur?

A) 130


B) 60

C) 10


D) 200

E) 15
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


778) İnhalyasion narkoz zamanı hansı axırda keçir (itir)?

A) Faringeal refleks

B) Korneal refleks

C) Peritoneal refleks

D) Qırtlaq refleksi

E) Traxeyanın bifurkasiyası, refleksi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
779) Ümumi anesteziyanın tez-tez rast gələn ağırlaşmasına hansı aiddir?

A) Tənəffüs yolu keçiriciliyinin pozulması

B) Sianoz

C) Taxikardiya

D) Ürək ritmini pozulması

E) Tənəffüsün sayının aşağı düşməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
780) Südəmər uşağın anesteziyasında tez-tez rast gələn xoşagəlməz hal hansıdır?

A) Laxtalanmanın enməsi

B) 90 - 60 mm c. süt. olan arteriyal təzyiq

C) Requlyar olmayan tənəffüs

D) Dəqiqədə 160 qədər olan taxikardiya

E) Dəqiqədə 50 dəfəyə qədər olan bradikardiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
781) Peridural anesteziyadan sonra tez-tez olan şikayət hansıdır?

A) Baş ağrısı

B) Ürəkbulanma

C) Beldə ağrı

D) Ürək döyünməsi

E) Sidik ləngiməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
782) Respirator xəstəliyi olan xəstənin planlı əməliyyatı neçə vaxta təxirə salınmalıdır?

A) 2 həftəyə

B) 1,5 aya

C) 1 həftəyə

D) 2 aya

E) 1 aya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
783) Təcili korreksiya üçün xəstəyə nə qədər maye köçürülməlidir?

A) 1500 ml/m²/sutka

B) 20 ml/kq

C) 200 ml

D) 5 ml/kq

E) 10 ml/kq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
784) Peritonitin 3 - cü dərəcəsi olan 3 yaşlı uşağa əməliyyətönü nə qədər maye köçürtmək lazımdır?

A) 300 ml

B) 20 ml/kq/saat

C) 100 ml

D) 10 ml/kq

E) 1500 ml


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
785) Peritonitli xəstəni effektiv terapiya etmək hansı məqsədi daşıyır?

A) Diurezin bərpa olması, mərkəzi venoz təzyiqin normallaşması, bədən hərarətin 38° C-dən aşağı etmək, mərməri bədən örtüyün azaltmaq üçün

B) Bədən hərarəti, tənəffüsü normallaşdırmaq məqsədi daşıyır

C) Qusmanın itməsi, sərbəst nəcis ifrazı, leykositozu 15-20 min etməkdən ötürü

D) A/T-i 120/80 mm.c.süt, nəbzi 120/dəq, leykositozu 10-12 min, diurezi 50ml etməkdən ötürü

E) Leykositozun aşağı enməsi, hemoqlabinin qalxması, qarında olan ağrının


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
786) Mərkəzi venaların Seldinher üsulu ilə punksiya və kateterizasiyasının üstünlüyü hansıdır?
A) Böyük həcmdə mayenin və qatı məhlulların köcürülməsinin mümkünlüyü

B) Venapunksiya və venaseksiya mümkün olmadiqda aparılmasi

C) Infuzion terapiyanın bir neçə gün aparılmasının mümkünlüyü

D) Sadalananlardan hamısı

E) Mərkəzi venoz təzyiqi təyin etməyin mümkünlüyü
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
787) Mərkəzi venaların punksiyasina və kateterizasiyasına əks göstərişlər hansıdır?

1. ”Yuxarı boş vena” sindromu

2. Körpücükaltı, vidaci venalar nahiyyəsinin iltihabi prosesləri

3. Qaşıq və bud venaları nahiyyəsinin yanığı

4. Yüksək temperaturu olan xəstələr

5. Arterial təzyiqi aşağı olan xəstələr
A) 1, 5

B) 3, 4, 5

C) 4, 5

D) 1, 2, 3



E) 2, 3, 4
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14.
788) Körpücükalti vena hansı nahiyələrdən punksiya və kateterizasiya oluna bilər?

1. Döş sümüyünün sol tərəfindən

2. Döş sümüyünün üst tərəfindən

3. Körpücükaltı nahiyə

4. Körpücüküstü nahiyə
A) 3, 4

B) 2, 3


C) 1, 2

D) 1, 4


E) 2, 4
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
789) Körpücükaltı venanın Seldinger üsulu ilə körpücüküstü nahiyədə punksiyası zamanı iynə haradan və dəriyə hansı bucaq altında yeridilməlidir?
A) Körpücük sümüyünün orta hissəsindən 15 - 20 °-li bucaq altında yeridilir

B) Körpücük sümüyünün icəri kənarından 25° - 30°- li bucaq altinda yeridilir

C) Döş sümüyünün yuxari kənarindan 10 °- 15° -li bucaq altinda yeridilir

D) Iynə döş-körpücük məməyəbənzər əzələnin lateral ayaqciği ilə körpücük sümüyünün yuxarı kənarı arasından,15-20 °- li bucaq altinda yeridilir

E) Döş - körpücük məməyəbənzər əzələnin ayaqcıqları arasından 10 °- 20 ° - li bucaq altında yeridilir
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
790) Daxili vidaci venanın punksiyasi zamanı iynə haradan yeridilir?
A) Körpücük sümüyünün aşagı kənarından

B) Döş körpücük məməyəbənzər əzələnin medial ayaqcığı kənarından

C) Döş sümüyünün üst kənarından

D) Döş körpücük birləşməsindən 1,5 - 2 sm yuxarı,döş - körpücük - məməyəbənzər əzələnin ayaqcıqları arasından

E) Körpücük sümüyünün bayır üçdə birindən
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16.
791) Aşağıdakı hansı halda retroqrad boğulmadan şübhələnmək olar?
A) Boğulmuş yırtıq möhtəviyyatı piylikdən ibarət olarsa

B) Boğulmuş yırtıq möhtəviyyatı iki və daha artıq nazik bağırsaq ilgəyindən ibarət olarsa

C) Boğulmuş yırtıq möhtəviyyatı sidik kisəsindən ibarət olarsa

D) Boğulmuş yırtıq möhtəviyyatı bir bağırsaq ilgəyindən ibarət olarsa

E) Boğulmuş yırtıq möhtəviyyatı yumurtalıq və uşaqlıq borusundan ibarət olarsa
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 358


792) Az yaşlı uşaqlarda kəllə tağı sümüklərinin travması zamanı hansı əlamət sümük üçün xarakter sayılır?

A) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədinin olmaması

B) Travma zamanı sümüyün daxili səhfəsinin soyulmaması

C) Travma zamanı sümüyün daxili səhfəsinin soyulması

D) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədi

E) Sümüyün parçalanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
793) Qeyd olunan xəstəliklər nəticəsində inkişafın disfunksiyasına səbəb hansılardır?

A) Gənclik epifiziolizi

B) Anadangəlmə çox barmaqlılıq

C) Yastıayaqlıq

D) Sindaktiliya

E) Notta xəstəliyi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
794) Xəstəliyin inkişafının III yolunun mahiyyətini hansılar təşkil edir?

(S.Y.Doletskiyə görə)

A) Qazanılmış xəstəliklər

B) Genetik xəstəliklər

C) Yetişkənliyin diskfunksiyası

D) İnkişafın disfunksiası

E) Strukturunun inkişafını və böyüməsini


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
795) Uşaqlarda inkişafın rasional yolla idarə olunmasına hansı aiddir?

A) Cərrahi palliativ

B) Cərrahi medikamentoz

C) Ortopedik üsullar

D) Cərrahi rekonstruksiya

E) Qidalanma, funksional yol, yetişkənliyə uyğun tədbirlər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
796) Uşaq yaşlarda travmatizm formalarından hansı üstünlük təşkil edir?

A) Başqaları

B) Məişət

C) Küçə


D) Məktəb

E) İdman
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


797) Məişət travmatizmi arasında uşaq yaşlarında üstünlüyü hansılar təşkil edir?

A) Zədələnmələr

B) Odlu silah yaralanmaları

C) Zəhərlənmələr

D) Yanıqlar

E) Yad cism


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
798) Travma zamanı aşağı ətrafların kiçik seqmentinin ayrılması distal səviyyədə haradan hesab olunur?

A) Aşıq baldır oynağı səviyyəsində

B) Daraq-falanqa oynağı səviyyəsində

C) Baldırın orta və aşağa 1/3-i səviyyəsində

D) Səviyyə əhəmiyyət kəsb etmir, əgər ətrafın 15 %-nə qədərini qopmuş seqment təşkil edirsə

E) Diz oynağı səviyyəsində


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin