672) Uşaqda stranqulyasion bağırsaq keçməməzliyi varsa ona nə vacibdir?
A) Təcili cərrahi əməliyyat
B) Barium ilə yoxlama və 3-6 saat müddətində konservativ müalicə
C) Müşahidə
D) Konservativ müalicə etmək
E) Əməliyyatönü hazırlıqdan sonra əməliyyat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
673) Əməliyyatın 4-cü sutkasında uşaqda erkən bağırsaq keçməməzliyi yaranarsa, ona hansı tədbir vacibdir?
A) Təcili cərrahi əməliyyat
B) Barium vermək və müşahidə
C) Planlı şəkildə cərrahi əməliyyat
D) Barium vermək, konservativ tədbirlər
E) Müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
674) Bitişmə mənşəli paralitik bağırsaq keçməməzliyində konservativ müalicəni ən çox neçə saat uzatmaq olar?
A) 24-48 saat
B) 12-24 saat
C) 6-12 saat
D) 48-72 saat
E) 3-6 saat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
675) Uşağın 10 yaşı var. Appendikulyar peritonit münasibəti ilə 1 il əvvəl cərrahi əməliyyata məruz qalıb. Qarında tutmaşəkilli ağrı, qusma, defekasiyanın gecikməsi kimi şikayətləri var. Stasionarda əsas olaraq aşağıdakı hansı müayinələrdən başlanılmalıdır?
A) Rektal barmaq müayinəsi
B) Mədəni zondlamaq
C) Qarın boşluğunun təsviri rentgenskopiyası
D) Barium içirtmək
E) Hava ilə iriqoskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
676) Nazik bağırsağın invaginasiyasına hansı daha çox səbəb olur?
A) Dispepsiya
B) Qida qəbulunun və ya rejiminin pozulması
C) Respirator-virus infeksiyası
D) Yaşla əlaqəli diskordinasiyalı peristaltika
E) Orqanik olaraq (divertikul, polip, şiş, qanaxma)
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
677) 10 aylıq uşaqda tutmaşəkilli qarında ağrı və 1 dəfə qusma olub. Temperatura normaldır. Sağ qalça çuxurunda girdə, şişəbənzər törəmə əllənir. Rektal müayinədə patologiya tapılmadı. İlkin diaqnoz bağırsaq invaginasiyasıdır. Klinik qiymətləndirmə necə olmalıdır?
A) Bağırsaq keçməməzliyi kimi
B) Başlanğıc mərhələ kimi
C) Fəadlaşma kimi
D) Peritonit əlamətlərinin təzahürü kimi
E) Parlaq kliniki əlamətlərin təzahürü kimi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
678) Uşaqda bağırsağın invaginasiyasının başlanğıc mərhələsidir. Rasional müalicə üsulu hansı sayılır?
A) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək
B) Operativ müalicə
C) Kolanaskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək
D) Narkoz altında palpator olaraq invaginantı düzəltmək
E) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
679) 8 aylıq uşaq bir dəfə qusub. Qarında tutmaşəkilli ağrı var. Sağ qalça çuxurunu palpasiya etdikdə yumru törəmə əllənir. Rektal müayinədə aşkar qanaxma var. Xəstəlik 10 saat bundan əvvəl başlamışdır. Daha çox ehtimal edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Qarın boşluğunun şişi
B) Bağırsaq infeksiyası
C) Kəskin appendisit
D) Bağırsağın invaginasiyası
E) Appendikulyar infiltrat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
680) 8 aylıq uşaqda bağırsağın invaginasiyasının klinikası var. Uşaqda 8 saat bundan qabaq narahatçılıq başlamışdır. Optimal müayinə üsulun hansıdır?
A) Laparoskopiya
B) Rektal təzyiqin yoxlanması
C) Hava ilə iriqoskopiya
D) Barium ilə irriqoskopiya
E) Kolonoskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
681) İnvaginasiya diaqnozu ilə hospitalizasiya edilmiş xəstədə hansı müayinə metodu ilə əməliyyata göstəriş və ya əks göstəriş olmasını müəyyən etmək olar?
A) Barium ilə iriqoskopiya
B) Hava ilə iriqoskopiya
C) Kolonoskopiya
D) Narkoz altında qarnın palpasiyası
E) Laparoskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
682) İnvaqinasiya ilə 12 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. İnvaqinat epiqastral nahiyyədə əllənir. Hansı məqsədəuyğundur?
A) Pfanenşteyn kəsiyi ilə
B) Orta laparotomiya
C) Sağ qalça çuxurundan kəsik etmək
D) Pararektal kəsiklə
E) Köndələn laparotomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
683) İnvaqinasiya ilə 24 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. Bağırsaq keçməməzliyi əlamətləri meydana çıxıb. Hansı məqsədəuyğundur?
A) Sağ qalça çuxurundan kəsik etmək
B) Pararektal kəsiklə soldan
C) Orta laparotomiya
D) Pararektal kəsiklə sağdan
E) Köndələn laparotomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
684) Uşağın gecikmiş bağırsaq invaginasiyası münasibəti ilə cərrahi əməliyyatı zamanı məlum olmuşdur: Yoğun bağırsağın distal hissəsi nekrozlaşıb və bağırsaq daxilinə keçmiş 50 sm həyati qabiliyyəti şübhəlidir. Cərrahın taktikası hansı olmalıdır?
A) Hal-hazırda dəqiq nekrozlaşmın nahiyyəni rezeksiya etmək, ileostoma və xəstəni 12 saatdan sonra planlı əməliyyata hazırlamaq
B) Nekrozlaşmış nahiyyəni rezeksiya etmək və bağırsaq anastamozu qoymaq
C) Prosesə uğramış bağırsaq ilgəyin hamısın dəriyə çıxartmaq
D) Prosesə uğramış bütün yoğun bağırsağı rezeksiya etmək və nazik-yoğun bağırsaq arasında anastamoz qoymaq
E) Bütün yoğun bağırsağı rezeksiya edib, ileostoma qoymaq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
685) İnvaginasiya ilə xəstələnmiş 3 aylıq uşaqda bağlı ileostomanın müddəti nə qədərdir?
A) 6 ay
B) 5-7 gün
C) 1 ay
D) 3 ay
E) 1 il
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
686) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq xətti partlayıb və zəif qanaxma var. Cərrahın rasional taktikası olmalıdı:
A) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq
B) İmplantasiya etməklə splenektomiya
C) Dalaq arteriyasının bağlanması
D) Defektin tikilməsinə səy göstərmək
E) Splenektomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
687) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq dalaq qapısı da daxil olmaqla massiv partlayıb və aktiv qanaxma var. Cərrahın rasional taktikası hansı olmalıdır?
A) Defektin tikilməsinə səy göstərmək
B) Splenektomiya
C) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq
D) Dalaq arteriyasının bağlanması
E) İmplantasiya etməklə splenektomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
688) 7 yaşında uşaq hündürlukdən yıxıldıqdan sonra orta ağır vəziyyətdə stasionara qəbul olub. Şikayəti qarında olan ağrıdandır. Qarnın ön divarında daimi olmayan ağrı var, perkusiyada qarın ağrılıdır. İlk növbədə hansı müayinə başlanmalıdır?
A) Laparoskopiyadan
B) Qarın boşluğunun rentgenoqrafiyasından
C) Laparosintezdən
D) USM-dən
E) Venadaxili uroqrafiyadan
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
689) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabildir. Cərrahın məqsədəuyğun taktikası hansı olmalıdır?
A) Laparotomiya, periton boşluğunun reviziyas
B) Dinamiki müşahidə və konservativ müalicə
C) Laparosientez
D) Laparoskopiya, uzun müddətli drenajın qoyulması
E) Laparoskopiya, periton boşluğunun müayinəsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
690) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlamasına şübhə var diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti getdikcə ağırlaşır. Cərrahın məqsədəuyğun taktikası hansdır?
A) Dinamiki müşahidə və konservativ müalicə
B) Laparoskopiya, periton boşluğunun müayinəsi
C) Laparoskopiya, uzun müddətli drenajın qoyulması
D) Laparosintez
E) Laparotomiya, periton boşluğunun reviziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
691) 10 yaşında olan uşaqda qaraciyərin zədələnməsinə şübhə var. Qarında daimi olmayan ağrılar var. Qarında perkusiya ağrılıdır, çox olmayan sərbəst maye var. Orta ağır vəziyyətdədir. Hemodinamika stabildir. Uşağa nə məsləhət görülməlidir?
A) Laparoskopiya
B) Müşahidə və konservativ müalicə
C) Laparosintez
D) Laparotomiya
E) Müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
692) 7 yaşında olan uşaq hündürlükdən yıxılıb. Qarın əzələsində daimi olmayan ağrılar var. Qarın perkusiya da ağrılıdır. Orta ağır vəziyyətdədir. Uşağın müayinəsini hansından başlamaq məqsədəuyğun olardı?
A) Laparoskopiyadan
B) Qarın boşluğunu təsviri rentgenoqrafiyasından
C) Venadaxili uroqrafiyadan
D) USM-dən
E) Laparosintezdən
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
693) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti orta ağırlıqdadır. Uşağa hansı vacibdir?
A) Laparotomiya, periton boşluğunun reviziyası
B) Uzun müddətli drenajın qoyulması
C) Laparoskopiya
D) Laparosintez
E) Dinamiki müşahidə və konservativ müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
694) Uşaq qarnından küt travma alıb. Daxili qanaxması var. Dalağın partlamasına şübhə var. Xəstənin müşahidəsi zamanı vəziyyətində pisləşmə var. Stabil olmayan hemodinamika. Uşağa nə məsləhət görülür?
A) Laparoskopiya
B) Laparotomiya
C) Uzun müddətli drenajın qoyulması
D) Laparosintez
E) Dinamiki müşahidə və konservativ müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
695) Dalağın partlaması zamanı rasional əməliyyat hansı sayılır?
A) Pararektal kəsiklə
B) Orta laparotomiya
C) Sol tərəfdən qabırğaarası kəsiklə
D) Köndələn laparotomiya
E) Transrektal kəsiklə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
696) Qarnından travma almış uşağın qaraciyərinin zədələnməsinə şübhə var. Vəziyyəti ağırdır. Hemodinamika stabil deyil. Hansı məqsədəuyğun müalicə taktikası sayıla bilər?
A) Laparosintez
B) Laparoskopiya
C) Konservativ müalicə
D) Müşahidəni davam etdirmək
E) Laparotomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
697) Müştərək travma almış uşaqda: Baş beyin silkələnməsi, II tip koma, peritondaxili qanaxma, stabil olmayan hemodinamika. Məqsədəuyğun müalicə taktikası hansıdır?
A) Laparosintez
B) Müşahidəni davam etdirmək
C) Konservativ müalicə
D) Laparoskopiya
E) Laparotomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
698) Uşaqda qaraciyər nahiyyəsindən daxilə nüfuz etmiş yara var. Vəziyyəti nisbi kafidir. Hemodinamika stabildir. Peritonial əlamətləri təzahür etməyib. Cərrahlara nə məsləhət görülür?
A) Laparoskopiya
B) Laparotomiya
C) Laparosintez
D) Müşahidəni davam etdirmək
E) Konservativ müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
699) 7 yaşlı uşağın əməliyyatı zamanı mədəaltı vəzin zədələnməsi tapılıb. Daha rasional taktikaya hansı aiddir?
A) Kontraperturadan tənzif tampon
B) Laparotom yaradan tənzif tampon
C) Iki uclu drenajın vəzi boyu qoyulması
D) Periton boşluğun yumaq, kiçik çanağın drenə edilməsi
E) Vəzin quyruq, cisminin rezeksiyası, tamponada
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
700) 7 yaşından travma almış uşağda perkutor olaraq qaraciyər kütlüyü itib. Sonrakı müayinə hansı olmalıdır?
A) Angioqrafiya
B) Qarın boşluğunun təsviri rentgenskopiyası
C) USM
D) Laparoskopiya
E) Laparosintez
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
701) Qarnından travma almış uşağın təsviri rentgenoskopiyasında qarın boşluğunda sərbəst qaz tapıldı. Ona hansı müayinə vacibdir?
A) Laparaskopiya
B) Laparotomiya
C) Laparosintez
D) Müşahidə
E) USM
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
702) Onikibarmaq bağırsağın peritonarxası sahəsinin partlamasına şübhə olduqda informativ müayinə üsulu hansı sayılır?
A) Təsviri rentgen şəkli
B) Laparoskopiya
C) Mədənin barium ilə müayinəsi
D) Qastroduodenoskopiya
E) USM
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
703) Qarnından küt travma almış xəstənin, mədə və bağırsağında subserroz hematoma aşkarlanıb. Belə halda daha rasional hansı hesab olunur?
A) Hematomaya əl dəyməməli
B) Punksiya edərək hematomanın evakuasiyası
C) Seroz-əzələ tikişləri ilə hematomanın basılması
D) Zədələnmiş nahiyyənin rezeksiyası
E) Hematomanın açılması və orqanın divarının təftişi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
704) Uşaq odlu silahla qarın boşluğundan xəsarət alıb. Rentgenoloji olaraq yad cisim təsdiq olunub, lakin əməliyyat zamanı yad cisim tapılmadı. Belə halda daha rasional hansı hesab olunur?
A) Axtarışı dayandırmaq
B) Təkrar rentgen müayinə
C) İnadkarlıqla yad cismi tapmaq
D) Əməliyyat zamanı rentgendən istifadə edərək yad cismi tapmaq
E) Xəstəni rentgen otağına apararaq axtarışın istiqamətini dəqiqləşdirmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
705) 5 yaşında olan uşaq 40 mm uzunluğunda mismar udub. Təsviri rentgenoskopiyada mismar mədədə tapıldı. Belə halda hansı daha rasionaldı?
A) Qastrostomiya
B) Qastroskopiya
C) Barium verib müşahidə etmək
D) Müşahidə
E) Bağırsağın motorikasını stimulyasiya etmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
706) 3 gün qabaq uşaq 40 mm uzunluğunda mismar udub. Şikayəti yoxdur. Təsviri rentgenoskopiyada mismarın mədədə fiksə olduğu aşkarlanıb. Belə halda hansı daha rasionaldı?
A) Qastrostomiya
B) Müşahidə
C) Bağırsağın motorikasını stimulyasiya etmək
D) Barium verib müşahidə etmək
E) Qastroskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
707) Uşaq periappendikulyar absess münasibəti ilə cərrahi əməliyyata məruz qalıb. Appendektomiya və irinliyin drenə edilməsi icra edildi. 5 sutka əməliyyat yarasından bağırsaq möhtəviyyatı gəlir. Belə halda hansı məqsədəuyğundur?
A) Yaranı genişləndirib, reviziya etmək
B) Laparotomiya və qapalı terminal stoma
C) Konservativ müalicə
D) Orta laparotomiya və reviziya
E) Laparotomiya, ötürücü anastomoz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
708) Appendektomiya, absesin drenə edilməsi münasibəti ilə cərrahi əməliyyata məruz qalmış uşağın ileosekal bucağında borulu fistula əmələ gəlmişdir. Ne zaman cərrahi müdaxilə etmək məqsədəuyğundur?
A) 3 ay
B) 1,5 il
C) 6 ay
D) Individual baxılmalı
E) 1 il
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
709) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha rasionaldır?
A) Bağırsağı geniş mobilizə edib, defekti tikmək
B) Qapalı dövrələmə anastamoz
C) Yaradan bağırsağı tikmək
D) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastamoz
E) İndividual seçim etmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
710) Kəskin appendisitə şübhə ilə cərrahi əməliyyata məruz qalmış uşağın appendikulyar çıxıntısı dəyişikliyə uğramayıb, periton boşluğunda duodenal möhtəviyyat var. Cərrah hansını icra etməlidir?
A) Elə sağ çəp kəsikdən nazik bağırsağı yoxlamaq
B) Orta laparotomiyaya keçmək
C) Pararektal kəsiyə keçmək
D) Yaranı genişləndirib qarın boşluğunu təftiş etmək
E) Appendektomiya etməli
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
711) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı taktikası məsləhətdir?
A) Bilrot-2
B) Xoranı közəmək
C) Xoranın kəsib, defekti ləğv etmək
D) Hofmeyster-Finsterer
E) Bilrot-1
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
712) «Təsadüfi» appendektomiyaya rasional münasibət hansıdır?
A) Atipik olaraq appendiks yerləşərsə
B) Appendiksin saxlanmasına qorxu varsa
C) Mütləq appendektomiya edilməli
D) Xəstənin yaşından asılı olaraq
E) İnvaginal appendektomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
713) 13 yaşında uşaqda cüzi qanla qarışıq qusuntu, qətranrəngli nəcis ifrazı. Anamnezində ac qarına və gecələr epiqastral nahiyyədə ağrı var. Qarın yumşaq və ağrısızdır. Daha inandırıcı diaqnoz hansıdır?
A) Qeyri spesifik xoralı kolit
B) Qastroduodenit
C) Mədə və ya 12 barmaq bağırsaq xorası
D) Qida borusunun genəlmiş venalarından qanaxma
E) Mekkel divertikulu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
714) 12 yaşında olan uşaqda mədə bağırsaq qanaxması olarsa, xəstəyə ilk olaraq hansı müayinəni başlamaq lazımdır?
A) Laparoskopiyadan
B) Qastroduodenoskopiyadan
C) Kontrast rentgen müayinəsindən
D) Laparotomiya və periton boşluğunun reviziyasından
E) Kolonoskopiyadan
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
715) Əməliyyat vaxtı uşağın fleqmanoz dəyişikli appendiksin appendektomiya edərkən dəyişikliksiz Mekkel divertikula aşkarlanıb. Hansı məqsədəuyğundur?
A) Cərrahın özündən asılıdır
B) Mekkel divertikulunu ektomiya etmək
C) Divertikulu saxlamaq
D) 2-3 aydan sonra planlı olaraq Mekkel divertikulun rezeksiya etmək
E) Müşahidə üçün drenaj saxlayıb özüvü sığortalamaq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
716) Appendikulyar peritonit münasibəti ilə cərrahi əməliyyat zamanı təsadüfən dəyişikliksiz Mekkel divertikul aşkarlanıb. Cərrahın rasional taktikası hansıdır?
A) 3 aydan sonra planlı olaraq Mekkel divertikulun götürmək
B) Divertikula yaxın hissədə stoma çıxartmaq
C) İndividual vaxtda Mekkel divertikulunu rezeksiya etmək
D) Mekkel divertikulunu ektomiya etmək
E) Divertikulu saxlamaq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
717) Mekkel divertikulunun fleqmanoz formasında onun əsasının infiltratlaşması aşkarlanarsa, hansı məsləhət görülür?
A) Pazvari rezeksiya
B) Bağırsağı rezeksiya edərək yan-yana anastomoz
C) Hər bir cərrahın öz taktikası var
D) 45 dərəcəli bucaq altında rezeksiya
E) Bağırsağı rezeksiya edərək uc-uca anastomoz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
718) Birincili peritonit mənzərəsini aşkarlayan cərrah rasional olaraq hansı ilk addımdan başlanmalıdır?
A) Laparotomiya
B) Antibakterial terapiya
C) Laparosintez
D) Laparoskopiya
E) Müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
719) 7 yaşlı uşağın qarın boşluğunu palpasiya edərkən kistoz törəmə əllənir. İlk növbədə hansı müayinədən başlamaq daha yaxşı olar?
A) Qarın boşluğunun təsviri rentgenskopiyasından
B) Narkoz altında qarnın palpasiyasından
C) USM-dən
D) Venadaxili uroqrafiyadan
E) Laparoskopiyadan
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
720) Yumurtalığın burulması simptomu üçün daha çox hansı xarakterikdir?
A) Yumşaq qarın və peritonial ələmətlərlə
B) Rektal müayinədə yumşaq, elastik törəmənin əllənməsi
C) Temperatura normaldır, amma leykositoz var
D) Narahat hərəkətlər və tez tez sidik ifrazı hissi
E) Qarnın aşağı şöbəsində kəskin başlayan, aralığa irradiasiya edən ağrı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
721) Qaraciyər ilə ələqəsi olmayan portal hipertenziyada daimi simptom hansıdır?
A) Qanlı qusma
B) Splenomeqaliya
C) Hepatomeqaliya
D) Qarnın ölçülərinin böyüməsi
E) Assit
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
722) Portal hipertenziya xəstəliyinin qanaxma ilə ağırlaşan xəstədə hansı tədbiri etmək olmaz?
A) Mədəni zondlama
B) Parenteral qidalanma
C) İnfuzion-hemostatik terapiya
D) Ağızdan qidalanma
E) Yataq rejimi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
723) Uşaqlarda xolesistitə (xoledoxolitiaza) daha çox hansı faktorlar səbəb ola bilər?
A) Xroniki hepatit
B) Öd kisəsini qidalanma pozğunluğu
C) İrsi
D) Maddələr mübadiləsinin pozğunluğu
E) Hormonal pozğunluq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
724) 5 yaşında olan xəstə xəstələnəndən 4 saat sonra klinikaya kəskin xolesistit diaqnozu ilə daxil olub. Ona nə məsləhət görülməlidir?
A) 24-48 saat konservativ müalicə
B) 6-8 saat konservativ müalicə effekt verməzsə cərrahi əməliyyat
C) 72 saatlıq konservativ müalicə effekt verməzsə cərrahi əməliyyat
D) Dinamiki müşahidə
E) Təcili cərrahi əməliyyat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
725) Qaraciyər exinokokkozunda nə göstərişdir?
A) Hormonal terapiya
B) Kimyəvi terapiya
C) Rentgenoterapiya
D) Cərrahi müdaxilə
E) Dinamik müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
726) Aşağıdakı xəstəliklərdən hansına mütləq cərrahi müdaxilə göstərişdir?
A) Ağxətt dəbəliyi
B) Kəskin appendisit
C) Polidaktiliya
D) Göbək dəbəliyi
E) Sindaktiliya
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 29
727) Soxulcanabənzər çıxıntının qarın boşluğundakı normal lokalizasiyası hansıdır?
A) Sağ qalça çuxuru nahiyəsi medial vəziyyət
B) Qaraciyəraltı nahiyədə
C) Sağ qalça çuxuru nahiyəsi lateral vəziyyət
D) Sol qalça çuxuru nahiyəsi
E) Retrosekal vəziyyət
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 475
728) Qarın boşluğu orqanlarının parietal periton qişası ilə birlikdə qarın boşluğundan, qarın divarında olan təbii və ya süni dəliklər vasitəsi ilə dəri altına çıxması necə adlanır?
A) Qarın daxili dəbəlik
B) İnvaginasiya
C) Eventrasiya
D) Prolaps
E) Qarın xarici dəbəlik
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 332 333
729) Qarın boşluğu orqanlarının qarın divarında olan süni dəlikdən parietal periton qişasız dəri altına və ya dəri səthinə çıxmasına nə deyilir?
A) Qarın daxili dəbəlik
B) Prolaps
C) Qarın xarici dəbəlik
D) Eventrasiya
E) Eveginasiya
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 332
Dostları ilə paylaş: |