Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?



Yüklə 1,02 Mb.
səhifə3/18
tarix06.02.2017
ölçüsü1,02 Mb.
#7783
1   2   3   4   5   6   7   8   9   ...   18

135) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?

A) Fiziki yüklənmənin məhdudlaşdırılması

B) Fizioterapiya

C) Masaj


D) Müalicəvi bədən tərbiyəsi

E) Adi həyat tərzi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
136) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı ağırlaşmalar aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Yanaşı qüsurlarla

B) Əməliyyatın gecikməsi ilə

C) Texniki kobudluqlarla

D) Əvvəlcə həyata keçirilmiş punksiyalarla

E) Uşağın yaşı ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
137) Göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?

A) Göbək ciyəsi damarlarının inkişaf qüsurları

B) Göbək həlqəsi aponevrozunun bitişməməsi

C) Göbək damarlarının iltihabı

D) Doğuş travması

E) Portal hipertenziya


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
138) 1 yaşı olan uşaqda göbək yırtığı var. Defekt təxminən 0,5 sm təşkil edir. Ümumi vəziyyətində dəyişiklik yoxdur. Ona nə məsləhət görülməlidir?

A) Dinamiki müşahidə

B) Təcili cərrahi müdaxilə

C) Qarnın masajı, gimnastika, qəbizliyin profilaktikası

D) Qarnın masajı, qəbizliyin profilaktikası, göbək həlqəsinin kənarlarının leykoplastırla yaxınlaşdırılması

E) 2 yaşa çatdıqdan sonra planlı əməliyyat


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
139) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?

A) 3 yaşdan sonra

B) 4 - 5 yaşında

C) 1 yaşa qədər

D) Diaqnoz qoyularkən

E) 2 yaşa qədər


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
140) Göbək yırtığına görə əməliyyatdan sonrakı erkən dövrdə hansı lazımdır?

A) Yataq rejimi

B) Bandaj gəzdirmə

C) Adi həyat tərzi

D) Fizioterapiya

E) Stulun yumşaq olması


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
141) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?

A) Tikişlərin aralanması

B) Residiv

C) Piyliyin eventrasiyası

D) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

E) Liqatura fistulu


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
142) Qarnın ağ xəttinin yırtığının formalaşmasının mümkün səbəbi hansıdır?

A) Qarnın ön divarı əzələlərinin zəifliyi

B) Qarnın ön divarının iltihabi xəstəlikləri

C) Birləşdirici toxumanın displaziyası

D) Doğuş travması

E) Qarındaxili təzyiqin yüksəlməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
143) Qarnın ağ xəttinin yırtığı üçün hansı daha xarakterikdir?

A) Hiperemiya və şişkinlik

B) Ürəkbulanma və qusma

C) Qarında tutmaşəkilli ağrılar

D) Orta xətt üzrə aponevrozda deffektin olması

E) Dispeptik hallar


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
144) Qarnın ağ xəttinin yırtığı zamanı təcili əməliyyata göstəriş hansıdır?

A) Diaqnozun qoyulması

B) Yanaşı dispeptik hallar

C) Fiziki inkişafdan qalma

D) Ağrı simptomu

E) Kosmetik deffekt


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
145) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?

A) 1 yaşa qədər

B) 1-3 yaşında

C) 10 yaşdan sonra

D) 3 yaşdan sonra

E) 5 yaşdan yuxarı


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
146) Bud yırtığı ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Pəhriz

B) Bir həftəlik yataq rejimi

C) İki həftəlik yüngül rejim

D) Fizioterapiya

E) Müalicəvi bədən tərbiyəsi


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
147) Bud yırtığı ilə əməliyyatda ən təhlükəli ağırlaşma hansıdır?

A) Sinir dəstəsinin zədələnməsi

B) Bud venasının zədələnməsi

C) Qasıq bağının zədələnməsi

D) Toxum ciyəsi elementlərinin zədələnməsi

E) Bud arteriyasının zədələnməsi


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
148) Şpigel xəttinin yırtığının əmələ gəlməsinə hansı əzələnin displaziyası səbəb olur?

A) Xarici çəp əzələnin

B) Köndələn əzələnin

C) Daxili çəp əzələnin

D) Köndələn fassiyanın

E) Düz əzələnin


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
149) Spigel xəttinin yırtığının xarakterik simptomu hansıdır?

A) İştahsızlıq

B) Hərarətin qalxması

C) Dispeptik əlamətlər

D) Epiqastral nahiyyədə elastik şişkinliyin olması

E) Fiziki gərginlikdən sonra göbəkdən yuxarı orta xətt boyunca ağrıların olması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
150) Yerli toxumalar hesabına plastikanın aparılması əks-göstəriş hansıdır?

A) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti

B) Kelloid çapıqlaşmaya meyilliyin olması

C) Amniotik bağın kəsilməsindən sonra dəri deffekti

D) Geniş dəri deffekti

E) Deffekt ətrafında hərəkətli dərinin olması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
151) Tamqatlı dəri loskutu ilə plastika nə zaman aparılır?

A) Dərinin ikincili yerdəyişməsinin qarşısını almaq məqsədilə

B) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti

C) Kiçik qranulyasiya edən yaralarda

D) Sindaktiliyada

E) Böyük qranulyasiya edən yaralarda


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
152) Uşaqlarda venaların inkişaf qüsurlarının etiopatogenezininə hansı daxildir?

A) Sadalananların hamısı

B) Venoz divarların anadangəlmə natamamlığı

C) İrsiyyət

D) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi

E) Venoz qapaqların anadangəlmə aplaziyası


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
153) Uşaqlarda səthi venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Ağrı


B) Yumşaq toxumaların atrofiyası

C) Flebolitlər

D) Venaların varikoz genişlənməsi

E) Qubka simptomu


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
154) Uşaqlarda dərin venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Trofiki pozğunluqlar

B) Xəstə ətrafın hipertrofiyası və qalınlaşması

C) Venaların varikoz genişlənməsi

D) Flebolitlər

E) Xəstə orqanın atrofiyası


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
155) Uşaqlarda səthi venaların inkişaf qüsurlarının effektiv müalicə üsulu hansıdır?

A) R-terapiya

B) Krioterapiya

C) Hormonoterapiya

D) Endovaskulyar okklüziya

E) Cərrahi müalicə


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
156) Uşaqlarda arteriya damarların anadangəlmə inkişaf qüsurlarının əsasında nə durur?

A) İrsiyyət

B) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi

C) Endokrin xəstəliklər

D) Venoz divarların anadangəlmə natamamlığı

E) İnfeksion proses


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
157) Arterio-venoz şuntların əsas diaqnostika üsulu hansıdır?

A) EKQ


B) R-qrafiya

C) Termometriya

D) Doppler USM

E) Angioqrafiya


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
158) Arterio-venoz anevrizmaların əsas müalicə üsulu hansıdır?

A) Cərrahi müalicə

B) Kriodestruksiya

C) Endovaskulyar okklüziya

D) Skleroterapiya

E) R-terapiya


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
159) Arterio-venoz fistula ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Hormon terapiya

B) Angioterapiya

C) R- terapiya

D) Müalicəvi bədən tərbiyəsi

E) Heparin terapiya


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
160) Arterio-venoz anevrizmaların əməliyyatdan sonra əsas ağırlaşmasına hansı aiddir?

A) Funksiyanın müvəqqəti pozulması

B) Yaranın irinləməsi

C) Tikişlərin çatışmazlığı

D) Tromboflebit

E) Limfostaz


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
161) Limfa damarların inkişaf qüsurlarının əsas diaqnostika üsulu hansıdır?

A) Limfoqrafiya

B) Angioqrafiya

C) Reovazoqrafiya

D) EKQ

E) Voldır sınağı


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
162) Bədənin hansı nahiyyəsində yara kənarları kəsilmədən yaraya tikiş qoyula bilər?
A) Kürəkdə

B) Budda


C) Əldə

D) Başın tüklü hissəsində

E) Üzdə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургия 1983, с- 74
163) Asfiksiyalı boğulma hansı dəbəlik üçün xarakterdir?
A) Parasternal dəbəlik üçün

B) Yalançı diafraqmal dəbəliyin xroniki forması üçün

C) Yalançı diafraqmal dəbəliyin kəskin forması üçün

D) Yemək borusu həlqəsinin dəbəliyi üçün

E) Həqiqi diafraqmal dəbəlik üçün
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 333
164) Anadangəlmə yalançı diafraqmal dəbəliyi aşağıdakı hansı xəstəliklə diferensasiya etməyə ehtiyac yoxdur?
A) Ağciyərin pay emfizeması

B) Ürək qüsuru

C) Ağciyərin sisti

D) Kəllə - beyin travması

E) Anadangəlmə pilorostenoz
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 332
165) Yoğun bağırsağın distal hissəsinin anadangəlmə olaraq simpatik və parasimpatik innervasiyasının pozulması nəticəsində həmin nahiyədə daralma, ondan yuxarıda olan hissənin isə genəlməsi nəticəsində müşahidə olunan patologiya nə adlanır?
A) İnvaginasiya

B) Dolixosiqma

C) Hirşprunq xəstəliyi

D) İntestinal neyronal displaziya

E) Anadangəlmə mexaniki bağırsaq keçməzliyi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
166) Hirşprunq xəstəliyinin klinik mənzərəsinin ağırlığı əsasən nədən asılıdır?
A) Uşağın cinsindən

B) Aqanqlionar zonanın uzunluğundan

C) Uşağın qidalanmasından

D) Uşağın yaşından

E) İlin fəslindən
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
167) Hirşprunq xəstəliyində paradoksal ishalın baş vermə səbəbi nədir?
A) Pəhrizin pozulması

B) Vitamin defisiti

C) Anemiya

D) Bağırsağın deşilməsi

E) Disbakterioz
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
168) Aşağıdakılardan hansı Hirşprunq xəstəliyində aparılan sifon imaləsinin vacib şərtlərindən deyil?
A) Sifon imaləni həkim nəzarəti altında etmək

B) Geniş mənfəzli rezin borunu aqanqlionar zonadan yuxarı keçirmək

C) Rezin borunu çıxarmazdan əvvəl bağırsağa 30 - 50 ml ilıq vazelin yağı yeritmək

D) Uşağın yaşı, ümumi vəziyyəti, imalə edilən və xaric olunan mayenin miqdarı nəzərə alınmalı

E) Sifon imaləsi həmişə ac qarına aparılmalıdır
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
169) Aşağıdakılardan hansı anadangəlmə bağırsaq keçməzliyinin səbəbi deyil?
A) Doğuş travması

B) Bağırsaq borusunun inkişaf qüsuru

C) Bağırsaq fırlanmasının pozulması

D) Bağırsaq divarının inkişaf qüsuru

E) Digər qarın boşluğu üzvlərinin inkişaf qüsurları
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008səh 398
170) Aşağıdakılardan hansı “xarici tipli” anadangəlmə bağırsaq keçməzliyinə aiddir?
A) Atreziyaya uğramış bağırsaq ucları bir - birindən aralı olur

B) Atreziyaya uğramış bağırsaq ucları bir - biri ilə qaytanabənzər bağla əlaqəli olur

C) Stenoz tipli qüsur

D) Nalvari mədəaltı vəzin onikibarmaq bağırsağın enən şaxəsini sıxması

E) Zarlı atreziya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 398
171) Aşağıdakı xəstəliklərdən hansı anadangəlmə yuxarı bağırsaq keçməzliyi ilə diferensasiya edilmir?
A) Anadangəlmə pilorostenoz

B) Anadangəlmə diafraqmal dəbəlik

C) Baş beyinin doğuş travması

D) Yemək borusunun atreziyası

E) Anadangəlmə qasıq dəbəliyi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 405
172) İnvaginasiya zamanı bağırsaq divarında nekroz baş verməsi üçün nə qədər vaxt keçməlidir?
A) 3 - 5 saat

B) 2 - 3 saat

C) 36 - 48 saat

D) 6 - 12 saat

E) 1 - 2 saat
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008səh 410
173) Soxulcanabənzər çıxıntının təcrid olunmuş invaginasiyasının diaqnozu əsasən necə qoyulur?
A) Düz bağırsaqdan axan qana görə

B) Qusma və nəcis ifrazının pozulmasına görə

C) Tutmaşəkilli ağrıya görə

D) Kəskin appendisitə görə aparılan əməliyyat zamanı

E) Əllənən invaginata görə
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 414
174) Aşağıdakılardan hansı invaginasiyanın konservativ üsulla müalicəsinə əks - göstəriş deyil?
A) Xəstəliyin başlanmasından 12 saatdan çox vaxt keçmiş olduqda

B) Nazik bağırsaq invaginasiyası

C) Xəstəliyin başlanğıcı haqqında düzgün anamnestik məlumat olmadıqda

D) Bir yaşdan yuxarı uşaqlarda invaginasiya

E) Bir yaşdan aşağı uşaqlarda invaginasiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 417
175) İnvaginasiyaya görə aparılan əməliyyat zamanı qarın boşluğunda hemorragik möhtəviyyatın olması nəyi göstərir?
A) Bağırsaq divarının deşilməsini

B) Nazik bağırsaq invaginasiyasının olmasını

C) İnvaginasiyaya cəlb olunmuş bağırsaq ilgəyində ağır mikrosirkulyator dəyişikliyin olmasını

D) Yoğun bağırsaq invaginasiyasının olmasını

E) İnvaginasiyaya cəlb olunmuş bağırsaq ilgəyində ağır mikrosirkulyator dəyişikliyin olmamasını
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 421
176) Aşağıdakılardan hansı obturasion bağırsaq keçməzliyinin əsas səbəbi deyil?
A) Şiş

B) Müsariqədə defektin olması

C) Koprostaz

D) Fitobezar

E) Qurdlar
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 425

177) Uşaqlarda irinli infeksiyanın yayılmağa meyilli olması nə ilə əlaqədardır?

A) Orqan və toxumaların nisbi qeyri - yetkinliyi ilə

B) Hipertermiyaya meyilli olması ilə

C) Anamnezində MSS - də travma ilə

D) Hamiləliyin I yarısının toksikozu ilə

E) Əmizdirmə xüsusiyyətləri ilə


Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
178) Uşaqlarda irinli - iltihabi proseslərin əsas törədicisi hansıdır?

A) Göy - yaşıl irin çöpləri

B) Streptokok

C) Protey

D) Bağırsaq çöpləri

E) Stafilokok


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
179) Uşaqlarda stafilokok infeksiyası üçün xarakterik nədir?

A) Kliniki əlamətlərin aydın olmaması

B) Antibiotiklərə qarşı yüksək həssaslıq

C) Ətraf mühitdə az yayılma

D) Dərmanlara tez öyrəşmə

E) Antibiotiklərə qarşı davamlılığın nadir hallarda inkişafı


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
180) İltihabi prosesin mərhələsi kimi eksudasiya neçə sutka davam edir?

A) İki


B) Altı

C) Bir


D) Dörd

E) Üç
Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


181) İltihabi prosesin mərhələsi kimi infiltrasiya neçə sutka davam edir?

A) 5 - 6


B) 5

C) 2 - 4


D) 1

E) 7 - 10


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
182) Nə vaxt irinli yaranın təmizlənməsi baş verir?

A) İkinci həftənin sonunda

B) İkinci-üçüncü sutkada

C) Yeddi-onuncu sutkada

D) Dördüncü-altıncı sutkada

E) İki həftədən sonra


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
183) İrinli yaranın reparasiyası nə vaxt baş verir?

A) İki həftədən sonra

B) İkinci həftənin sonunda

C) İkinci-üçüncü sutkada

D) Yeddi-onuncu sutkada

E) Dördüncü- altıncı sutkada


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
184) Qazlı anaerob infeksiyada ifraz olunan hemotoksin üçün hansı xarakterik deyil?

A) Beyinin ayrılıqda zədələnməsi

B) Miokard, qaraciyər və böyrəyin zədələnməsi

C) Birləşdrici toxuma və əzələlərin nekrozu

D) Damarların trombozu

E) Hemoliz


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
185) Uşaqlarda infeksion prosesin gedişində hansı əsas sayılmır?

A) Orqanizmin sensibilizasiyası

B) Orqanizmin immunooci reaktivliyi

C) Törədicinin antibiotiklərə qarşı davamlılığı

D) Mikrofloranın virulentliyi

E) Anamnezində MSS-nin natal travması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
186) Anaerob infeksiyada patogenetik müalicənin hansı əsas şərti sayılmır?

A) Ətrafın vacib immobilizasiyası

B) Lampas kəsiklər

C) Homeostazın tənzimlənməsi

D) Zədələnmiş toxumaların kəsilib götürülməsi

E) Dövr edən toksinlərin neytralizasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
187) Anaerob infeksiyada amputasiyanın hansı əsas xüsusiyyəti sayılmır?

A) Fassial futlyarların kəsilib açılması

B) Güdülün tikilməsindən imtina

C) Vizual təyin edilmiş zədələnmə sahəsindən yuxarı amputasiya

D) Yaranın drenajından imtina

E) Jqutsuz əməliyyat


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
188) Hospital infeksiya mənbəyinə hansı aid edilmir?

A) Xəstəyə baş çəkənlər

B) Şöbədəki yuyunma çanaqları

C) Məhlullar, kremlər və məlhəmlər

D) Personal-infeksiya daşıyıcısı

E) Xəstələr


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
189) Göy-yaşıl irinli infeksiyaya qarşı effektiv vasitə hansı sayılır?

A) Bor turşusu

B) Levomekol

C) Furasilin məhlulu

D) Hipertonik məhlul

E) Hidrogen peroksid


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
190) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir?

A) İntoksikasiyanın azalmasını

B) Yara infeksiyasının məhdudlaşmasını

C) Antibakterial təsiri

D) Prosesin generalizasiyasının əngəllənməisni

E) Sağalmanın sürətini


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
191) İrinli yaranın cərrahi işlənməsində hansı anesteziya üsulu məqsədəuyğun sayılır?

A) Ümumi anesteziya

B) Yerli keçirici

C) Yerli xloretil

D) Yerli infiltrasion

E) Fərdi olaraq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
192) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir?

A) 10-12 saat

B) 4-6 saat

C) Fərdi olaraq

D) 7-9 saat

E) 2-3 saat


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
193) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?

A) Hiqroskopik xüsusiyyət

B) Kapilyar xüsusiyyət

C) Passiv ötürmə

D) Aktiv aspirasiya

E) Müştərək xüsusiyyət


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
194) İrinli yaranın drenə edilməsi hansı mərhələdə aparılır?

A) Bütün mərhələlərdə

B) Fərdi olaraq

C) Regenerasiya

D) Reorqanizasiya

E) İtihablaşma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
195) İrinli yarada aktiv drenləmə zamanı əsas təsir amili hansıdır?

A) Mexaniki təmizlənmə

B) Antibakterial təsir

C) İltihabi prosesin generalizasiyasının məhdudlaşdırılması

D) Yerli prosesin məhdudlaşdırılması

E) İltihab əleyhinə faktor


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
196) İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır?

A) Passiv ötürmə üçün birmənfəzli boru

B) Tampon

C) Siqar üsullu

D) Rezin buraxıcı

E) Aktiv drenləmə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
197) İrinli yarada birincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 12-14 gün

B) 10-12 gün

C) 3-4 gün

D) 7-10 gün

E) 5-6 gün


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
198) İrinli yarada erkən ikincili tikişlər hansı müddət ərzində qoyulur?

A) 3 - 4 gün

B) 5 - 6 gün

C) 12 - 14 gün

D) 7 - 10 gün

E) 10 - 12 gün


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
199) İrinli yarada ikincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 3 - 4-cü həftəyə

B) 5 - 6 günə

C) 3 - 4 günə

D) Yaranın vəziyyətindən asılı olaraq

E) 2 - ci həftəyə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
200) İrinli yarada ikincili tikişlər nəyi təmin etmir?

A) İltihab mərhələlərinin müddətinin qısalmasını

B) Hospital infeksiyalaşma təhlükəsinin azalmasını

C) Kosmetik nəticələrin yaxşılaşmasını

D) Yara ifrazatı ilə itirilmənin azalmasını

E) Sağalma müddətinin azalmasını


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
201) İrinli yarada ikincili tikişlərin qoyulması üçün vacib şərt hansıdır?

A) Perifokal iltihabın keçməsi

B) Reparativ mərhələnin başlanması

C) Laborator göstəricilərin normallaşması

D) Xəstənin vəziyyətinin yaxşılaşması

E) Hərarətin olmaması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
202) On üç yaşlı uşağın boyun nahiyyəsində 1sm diametrli iltihabi infiltratın zirvəsində irinli nekroz sahəsi var. Vəziyyəti orta ağırdır. Diaqnoz hansıdır?

A) Furunkulyoz

B) Furunkul

C) Karbunkul

D) Psevdofurunkulyoz

E) Fleqmona


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
203) Uşağın aşağı dodağında absesləşən furunkul olarsa, ona nə etmək olmaz?

A) Radikal cərrahi müalicə

B) Məlhəmlə sarğı

C) Hospitalizasiya

D) Antibiotikoterapiya

E) Fizioterapiya


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
204) Cərrahi sepsislə xəstələrin artması nə ilə əlaqədar deyildir?

A) Hospitaldaxili infeksiyanın yayılmasıyla

B) Praktikaya yeni antibakterial dərmanların tətbiqiylə

C) İnvaziv diaqnostika və müalicə üsullarının artmasıyla

D) Makroorqanizmin müqavimətinin artmasıyla

E) Mikrofloranın antibiotiklərə qarşı davamlılığının artmasıyla


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin