958) Ümumi atrioventrikulyar kanalın tənzimlənməsinə nə aiddir?
A) Bütün sadalananlar
B) Ümumi atrioventrikulyar dəliyin arterial və venoz hissələrə ayrılması
C) Mitral qapağın ön tayının tamlığının bərpası
D) Mədəcik-qulaqcıq əlaqəsinin plastikası
E) Üçtaylı qapağın arakəsmə tayının tamlığının bərpası
Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
959) Anatomik hissəvi açıq atrioventrikulyar kanal üçün hansı xarakterikdir?
A) Qulaqcıqlar arası arakəsmənin ikincili deffekti
B) Bütün sadalananlar
C) Atrioventrikulyar qapaqların inkişaf pozğunluğu ilə keçən qulaqcıqlar arası arakəsmənin birincili deffekti
D) Açıq oval dəliyin olması
E) Mədəciklər arası arakəsmənin deffekti
Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
960) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunun kliniki-hemodinamik təsnifatına görə əməliyyat nə zaman göstəriş deyil?
A) I qrup (Sağ mədəcikdə təzyiqin 60 mm.c.süt.-na qədər olması)
B) I qrup və ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması
C) III qrup (təzyiqin 100 mm.c.süt.-dan çox olması)
D) Ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması
E) II qrup (təzyiqin 61-100 mm.c.süt. olması)
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
961) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda əməliyyatın icrası zamanı hansı üsula üstünlük verilməlidir?
A) Süni qan dövranına
B) Ürəyin kateterizasiyasında ballon dilatasiyasına
C) Hiperbarik oksigenasiyaya
D) Mülayim hipotermiyaya
E) Ürəyin kateterizasiyasında ballon dilatasiyasına, Süni qan dövranına
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
962) Aorta və ağ ciyər arteriyasının ikili ayrılmasında auskultativ olaraq nə təyin edilir?
A) III ton
B) Ağ ciyər arteriyasında II tonun aksenti
C) Bütün sadalananlar
D) Ürək zirvəsində mezodiastolik küy
E) Döş sümüyünün sol kənarı boyunca III-IV qabırğaarasında sistolik küy
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
963) Mədəciklərə axın yollarının azalması (əsasən sağda) çıxarıcı şöbələrin dəyişilməmiş ölçülərindənə nə zaman rast gəlinir?
A) Üçtaylı qapağın atreziyasında
B) Sağ mədəciyin hipoplaziyasında və üçtaylı qapağın atreziyasında
C) Sağ mədəciyin hipoplaziyasında
D) Mədəciklər arası arakəsmənin deffektində
E) Qulaqcıqlar arası arakəsmənin deffektində
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
964) Bir yaşa qədər uşaqlarda mədəciklər arası arakəsmənin deffektinin cərrahi bərpasına nə göstəriş deyil?
A) Artan ağ ciyər hipertenziyasının olması
B) Böyük arteriovenoz qan axınının olması
C) Sianozun olması
D) Qan dövranı çatmamazlığı
E) Tez-tez baş verən respirator xəstəliklər
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
Dostları ilə paylaş: |