Üxtəlif müəlliflərin məlumatlarına əsasən, ilkin



Yüklə 46,17 Kb.
Pdf görüntüsü
tarix16.02.2017
ölçüsü46,17 Kb.
#9108

34

  

KONSİLİUM



 

 07/2010


konsilium

M

üxtəlif müəlliflərin 



məlumatlarına əsasən, ilkin 

revmokardit keçirmiş xəstələrin 

20-25%-də qapaq aparatının zədələnməsilə 

əlaqədar olaraq ürək qüsuru formalaşır. 

Lakin son zamanlar ürək-damar sistemi 

xəstəliklərinin ətraflı öyrənilməsi nəticəsində 

məlum olmuşdur ki, müxtəlif koronar 

patologiyalar zamanı yuxarıda qeyd olunan 

dəyişikliklərdən əvvəl ürək boşluqlarının 

və divarların həndəsi quruluşu dəyişilir. Bu 

proses «remodelləşmə» adlanır.

Klinik praktikaya «sol mədəcik 

remodelləşməsi» anlayışının daxil olması 

ürək çatışmazlığının inkişaf mexanizmi 

haqqında təsəvvürləri genişləndirməklə 

yanaşı, onun müalicəsinə yeni yanaşma 

tərzinin seçilməsində vacib rol oynayır. 

Məlum olmuşdur ki, müxtəlif patologiyalar 

zamanı ürəyin remodelləşməsinə 

hemodinamik amillərlə yanaşı, renin-

angiotenzin, simpatiko-adrenal 

sistemlər və bir çox hormonlar təsir 

göstərir. Bu baxımdan kəskin revmatik 

qızdırma zamanı (KRQ) yalnız qan 

dövranı çatışmazlığının  hemodinamik 

təzahürlərinə deyil, həmçinin onun 

patogenezinin neyrohumoral aspektlərinə 

təsir edən angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ) və  oynaqlarda 

poliartrit əlamətlərini aradan götürən 

xondroprotektor tərkibli preparatların 

təyini də xüsusi əhəmiyyət kəsb edir. 

AÇFİ-nin bir çox xəstəliklər zamanı 

effektivliyi təkcə renin-angiotenzin-

aldosteron sistemini (RAAS) blokadaya 

alması ilə əlaqəli deyil. Onlar kallikrein-

kinin sistemini fəallaşdıraraq toxumalarda 

azot oksidinin və prostosiklinin sintezini 

artırır ki, bu da AÇFİ-lərin orqanqoruyucu 

effektlərini təyin edir. Bu preparatlar arterial 

və venoz vazodilatasiya yaratmaqla ürəyin 

üzərinə düşən və ürəkdən çıxan yükü 

azaldaraq sol mədəcik (SM) miokardının 

hipertrofiyasını geriyə inkişaf etdirir və 

dilatasiyasının qarşısını alır, ürəkdə regionar 

qan dövranını yaxşılaşdırır.  

Müxtəlif kardioloji xəstəliklər 

zamanı SM remodelləşməsinə və onun 

funksional vəziyyətinə AÇFİ-nin bir çox 

nümayəndələrinin effektli təsirinə həsr 

olunmuş elmi-tədqiqat işləri mövcuddur. 

Nəşr olunan xarici və yerli elmi məqalələr 

arasında kəskin revmatik qızdırma (KRQ) 

keçirmiş xəstələrdə ürəyin morfofunksional 

vəziyyətinə AÇFİ-nin təsiri barədə tədqiqat 

işlərinə rast gəlinmir. Revmatik qızdırma 

nəticəsində formalaşan ürək qüsurlarının 

hələ də müasir səhiyyənin və tibb elminin 

nəzəri və praktiki problemlərindən biri 

sayıldığını nəzərə alsaq, KRQ zamanı ürək-

damar sistemində gedən remodelləşmə 

prosesinə AÇFİ-nin təsiri aktual hesab 

oluna bilər. Belə ki, revmokardit zamanı 

ürək çatışmazlığına ağır valvulit və 

onun nəticəsində formalaşan ürəkdaxili 

hemodinamika pozulmaları səbəb olur ki

bunun da qarşısının vaxtında alınmaması 

ciddi proqnozla nəticələnə bilər.

Problemin aktuallığını nəzərə alaraq, 

KRQ keçirmiş xəstələr arasında sol mədəcik 

miokardının yığılma qabiliyyətinə və 

SM-in struktur-funksional vəziyyətinə 

AÇFİ qrupundan olan  preparatların təsiri 

öyrənilmişdir. Müayinəyə 25 nəfər KRQ 

keçirmiş, II dərəcə mitral çatışmazlığı olan 

16-18 yaşlı yeniyetmələr cəlb olunmuşdur. 

Nəzarət  qrupunun  nəticələri  həmin yaş 

qrupundan olan 20 nəfər  praktiki  sağlam 

yeniyetmənin  məlumatları  əsasında  təşkil  

olunub.  Xəstələr 2 qrupa bölünmüşdür: 12  

nəfər  ümumi antirevmatik müalicə qəbul 

etmiş, digər  13  nəfər  xəstənin  müalicəsinə  

isə AÇFİ-qrupundan olan preparat əlavə 

olunmuşdur.    Xəstələr müalicədən  əvvəl  

və  müalicədən 1  il  sonrakı müddətdə  

müayinə  olunmuşlar.

Xəstələrə ümumi klinik, laborator-

instrumental müayinələrlə yanaşı standart 

EKQ və ExoKQ (M- və B-rejimli) 

tətbiq edilmişdir. ExoKQ-də aşağıdakı   

parametrlər   təyin edilmişdir:   SM-in bədən 

səthinə indeksləşdirilmiş son diastolik 

və sistolik ölçüsü (SMDÖİ, SMSÖİ), 

L.Teichholz düsturu ilə hesablanmış 

SM-in son sistolik və diastolik həcminin 

bədən səthinə indeksləşdirilmiş göstəricisi 

(SMSHİ, SMDHİ), miokard  liflərinin  

sirkulyar  qısalma  sürəti (Vsf),  SMAD-

nin  orta  yığılma  sürəti (Vor),  SMAD-

nin  orta normallaşmış  yığılma  sürəti 

(nVor),  SMAD-nin  sistolik   qalınlaşma   

dərəcəsi   (SQDsmad),  SMAD  miokardının  

KəsKİn revmatİK qızdırma 

keçirmiş xəstələrin müalicəsinə yeni yanaşmalar



Mədİnə Hacıyeva, 

ATU, Uşaq xəstəliklərinin 

propedevtikası kafedrasının assistenti

Professor İbraHİM İsayev, 

ATU, Uşaq xəstəliklərinin 

propedevtikası kafedrası,  

əməkdər elm xadimi, əməkdar həkim

Ürəyin qapaq aparatının üzvi 

mənşəli zədələnmələrinin əsas 

səbəbi sayılan kəskin revmatik 

qızdırma qan-damar sistemində 

buraxdığı izlərə görə bu sistemin 

digər xəstəliklərindən heç də geri 

qalmır. Kütləvi xəstəlik sayılmasa 

da, Krq ürək qüsurlarını 

formalaşdırmasına müvəqqəti 

və ya daimi olaraq əmək 

qabiliyyətini aşağı salmasına görə 

kardiorevmatologiyanın ciddi 

problemlərindən sayılır. 



07/2010

 

KONSİLİUM



  

35

 

konsilium



maksimal  yığılma  sürəti (MYS), qovma 

fraksiyası (QF%), SQ-nin sistolik ölçüsünün 

diastolik ölçüyə nisbətini ifadə edən 

boşalma fraksiyası (SQBF), “Devereux-

Penn-convention” düsturu ilə hesablanmış 

SM miokardının kütlə indeksi (SMMKİ)  və 

SMDH/SMMK öyrənilmişdir. 

Analiz zamanı məlum olmuşdur ki, həm 

ümumi antirevmatik müalicə qəbul edən, 

həm də müalicəsinə angiotenzinçevirici 

fermentlərin inhibitorları (AÇFİ) əlavə 

olunan xəstələrdə müalicədən əvvəl SM-

nin qeyd olunan bütün struktur-funksional 

parametrləri statistik dürüst olmaqla 

xeyli dərəcədə dəyişilmişdir. Revmatik 

qızdırmaya qarşı ənənəvi müalicə alan 

xəstələrin 1 ildən sonra təkrari müayinəsi 

zamanı onların subyektiv şikayətləri 

(təngnəfəslik, tez yorulma, zəiflik, 

ürəkdöyünmə, oynaq ağrıları) nisbətən 

azalsa da, öyrəndiyimiz göstəricilərin 

qiymətlərində yaxşılığa doğru nəzərə çarpan 

dinamika aşkar edə bilmədik.

Lakin,  KRQ  keçirən  xəstələrdə  

standart  antirevmatik  müalicə ilə 

yanaşı angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ)  əlavə  olunmuş  

müalicə  üsulunun  müqayisəli  təhlilindən  

bəlli  olmuşdur  ki,  ilk  növbədə  adı  

çəkilən  qrupdan olan preparatlar 

xəstənin  orqanizmi  tərəfindən  yaxşı  

mənimsənilməklə  heç  bir  narahatlıq  

törətməyib.  Angiotenzinçevirici 

fermentlərin inhibitorları (AÇFİ) 

qrupundan olan preparatı  qəbul  edənlərin  

sol   mədəciyinin  funksional  vəziyyətində  

yaranan  müsbət  dinamika  nəzərəçarpandır.  

Kəskin   revmatik  qızdırma  əleyhinə  

ənənəvi  müalicə  alan  uşaqlarda  sol  

mədəcik  funksiyasında  müsbət  dinamika  

izləmək  mümkün  olmamışdır.  Təklif  

olunan  üsulla  müalicə olunanlarda 

isə angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ)  hemodinamik  

yüklənməni  azaltmaqla,  ürəyin  fəaliyyətini  

asanlaşdıraraq funksional  parametrlərin  

də  yaxşılaşmasına  şərait  yaratmışdır.  

Angiotenzinçevirici fermentlərin 

inhibitorlarının (AÇFİ)  bu  effektini  həm  

də  onların  neyrohumoral  sistemə  təsirilə  

də  izah  etmək  olar.

Beləliklə, KRQ keçirmiş uşaqlarda 

ürəyin vəziyyətinə müsbət təsir göstərmək, 

patoloji prosesin gedişini yüngülləşdirmək, 

formalaşa bilən ürək çatışmazlığının 

qarşısını almaqla xəstəliyin proqnozunu 

yaxşılaşdırmaq və nəhayət, həyat 

keyfiyyətini artırmaq üçün erkən dövrlərdən 

etibarən ümumi antirevmatik müalicəyə 

AÇFİ qrupundan olan prearatların əlavə 

olunması məqsədəuyğundur.  

Kəskin revmatik qızdırmanın 5 əsas 

əlamətləri arasında rastgəlmə tezliyinə görə 

karditdən sonra 2-ci yerdə dayanan və bu 

cür xəstələrin həkimə müraciət etməsinə 

daha çox səbəb olan simptom revmatik 

poliartritdir. Klassik kəskin revmatik 

qızdırma hücumu miqrasiyaedici poliartritlə 

özünü biruzə verir. Əsasən ətrafların iri 

oynaqları prosesə məruz qalsa da nadir 

hallarda digər oynaqların da reaksiyasını 

müşahidə etmək mümkündür. Revmatik 

poliartritin spesifik xüsusiyyətlərindən biri 

də budur ki, bir oynaqda yaranmış ağrı 

və şişkinlik azalan kimi, başqa bir oynaq 

patologiyaya məruz qalmaqla diqqəti cəlb 

edir. «Miqrasiya» prosesi revmatik qızdırma 

üçün səciyyəvi sayılsa da, mütləq əlamət 

deyil. Yəni, bir neçə iri oynaq eyni zamanda 

dəyişikliyə uğraya bilər. Poliartriti revmaktik 

qızdırmanın diaqnostik kriteriyası hesab 

etmək üçün xəstədə oynaq zədələnməsilə 

yanaşı bu xəstəliyin ən azı 2 əlavə əlaməti 

(qızdırma, eritrositlərin çökmə sürətinin 

artması, antistreptolizin-O və ya digər 

streptokokk anticisminin titrinin yüksək 

olması və s.) olmalıdır. Revmatik poliartritin 

səciyyəvi xüsusiyyətlərindən biri 

qeyri - steroid iltihab 

əleyhinə preparatların 

təsirinə tez və effektli təbe 

olmasıdır. Bizim müşahidəmiz altında olan 

və ürəyində remodelləşmə prosesi inkişaf 

etmiş xəstələrin bir qrupunda yanaşı olaraq 

revmatik poliartit əlamətləri rast gəlindiyinə 

görə onların bəzilərinin müalicəsinə qeyri 

- steroid iltihab əleyhinə preparatlarla 

yanaşı xondroprotektor qrupundan olan 

preparatlar da təyin edilmişdir. Həm 

qeyri - steroid iltihab əleyhinə preparatlar 

kimi ağrıkəsici və iltihab əleyhinə həm 

də xondroprotektor xüsusiyyətinə malik  

olan 

“ArtroMag”

 preparatının müalicə 

kursunda təyin edilməsi məqsədəuyğundur. 

“ArtroMag”

 preparatı kapsul şəklində daxilə 

gündə 2 dəfə 1 kapsul və eyni zamanda krem 

şəklində gündə 2 dəfə oynağa çəkməklə 

təyin olunmuşdur. Təxminən 7-10 günlük 

qəbuldan sonra bu xəstələr, müalicəsinə 



“ArtroMag”

 daxil etmədiyimiz, lakin 

artritdən əziyyət çəkən xəstələrlə müqayisə 

olunmuşdur. Həm subyektiv, həm də 

obyektiv olaraq 

“ArtroMag”

 preparatının 

effektli təsiri diqqəti cəlb etmişdir. Belə 

ki, 


“ArtroMag”

 qəbul edən xəstələrimizin 

şikayətləri daha tez aradan qalxmış, oynağın 

şişkinliyi və ağrısı xəstələrin sözlərinə 

görə preparat qəbulundan 2-3 gün sonra 

keçmişdir. Revmatik artritdən əziyyət çəkən 

xəstələrdə   

“ArtroMag”

 preparatının əlavə 

təsirlərinin yaranmadığını (qastroprotektiv 

təsiri ilə əlaqədar) nəzərə alaraq onlara uzun 

müddətli  residiv əleyhinə aparılan müalicə 

kursunda ağrıkəsici - iltihab əleyhinə 

və xondroprotektor xüsusiyyətə malik 

“ArtroMag”

 preparatının təyin edilməsini 

məqsədəuyğun hesab edirik. 

“ArtroMag”

 İtaliyanın ESİ zavodunun 

istehsalı olan preparatdır. Həm ağrıkəsici və 

iltihab əleyhinə, həm də xondroprotektiv 

təsirə malikdir. Tərkibində xondroprotektiv 

təsirə malik komponentlərlə (qlükozamin 

sulfat, xondroitin sulfat, MSM, Mn) 

yanaşı  ağrıkəsici və iltihab əleyhinə təsirə 

malik 4 bitkinin quru ekstraktı vardır. 

“ArtroMag”

 preparatının tərkibində 

olan Şeytan caynağı , Aloe, Ağ söyüd, 

Dağlıq öküzotu bitkilərinin ağrıkəsici 

və iltihab əleyhinə təsiri  ilə yanaşı  

qastroprotektiv təsiri də vardır. Ona 

görə də 

“ArtroMag”

 preparatını həm 

uzunmüddətli müalicə kursunda, həm də 

müxtəlif patologiyalı oynaq xəstəlikərində 

geniş istifadə etmək olar. 

“ArtroMag” 

İtaliyanın ESİ 

zavodunun 

istehsalı olan 

preparatdır

“ArtroMag” zəngin tərkibə malik 

olduğuna görə geniş müalicəvi 

xüsusiyyətlərə malikdir:

Qığırdağın elastikliyini təmin edir, degenerasiyanın 

qarşısını alır, regenaerasiyanı stimulə edir.



Oynaqlarda ağrını aradan qaldırır.

Oynaq səthlərini qidalandırır və nəmləndirir.



Kalsiumun sümük toxumasına çökməsini təmin edir.

Oynağın hərəkətliliyini yaxşılaşdırır.



Oynaqlarda ağrı, şişkinlik və temperatur kimi iltihabi 



əlamətləri aradan qaldırır.



Yüklə 46,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin