944) Parodontitin əsas differensial-diaqnostik əlamətləri hansılardır?
A) Diş əti məməciyinə basdıqda diş əti cibindən irin və qan axması
B) Diş əti məməciyinin böyüməsi, hiperemiya, qanaxma, göyümtül rəngə çalma
C) Diş əti ciblərindən irin axması
D) Diş əti bağının zədələnməsi və diş əti cibinin əmələ gəlməsi
E) 5 mm-ə qədər dərinlikdə diş əti cibinin olması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
945) Parodontitin əsas klinik əlaməti hansıdır?
A) 5-7 mm dərinlikdə diş əti ciblərinin olması
B) Diş ətinin qanaxması
C) Diş ətindən qanaxma, diş əti altı daşlar, dişlərin laxlaması, diş əti ciblərindən irin axma, 3 mm və daha dərin ciblərin əmələ gəlməsi
D) Diş əti cibindən irin axma, diş boyunlarının həssaslığının artması
E) Diş əti məməciyinin böyüməsi, dişlərin boyunlarında hissiyyatın artması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
946) Parodontozun klinik əlamətləri hansılardır?
A) Diş əti cibindən irin axma, diş ətinin hiperemiyası
B) Diş boyunlarının açılması, diş ətinin retraksiyası, iltihabın olmaması, dişlərin laxlamaması, diş boyunlarında həssaslığın artması, diş ətində göynəmə
C) Diş əti ciblərinin və iltihabın olmaması
D) Şişkinlik, diş ətinin hiperemiyası, diş ətinin göynəməsi, 5 mm-dən çox dərinliyi olan diş əti cibləri
E) Diş ətinin qanaxması və ağrıları, dişlərin laxlaması, diş boyunlarının həssaslığının artması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
947) Parodontit zamanı dişlərin depulpasiyasına göstərişlər hansılardır?
A) Dişlərin II-III dərəcəli laxlamaları zamanı
B) Heç vaxt depulpasiya edilmir
C) 6 mm dərinlikdə diş əti cibləri olduqda
D) Dişlərin laxlaması və ciblərin dərinliyi heç bir əhəmiyyət kəsb etmir
E) Diş əti cibləri 6 mm-dən çox, dişlərin laxlaması II dərəcəli olduqda cərrahi əməliyyat keçirməzdən qabaq
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |