948) Parodontda irin axmı ilə müşayət olunan iltihabi prosesin kəskinləşməsi zamanı hansı fizioterapevtik tədbirlər həyata keçirilir?
A) Kiçik spektrli ultrabənövşəyi şüalanma, lazer şüaları, flüktuorizasiya
B) Vitaminlərlə elektroforez və fonoforez
C) Massaj
D) UYT-terapiyası
E) Maqnitoterapiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
949) Fizioterapevtik müalicənin aparılmasına əks göstərişlər hansılardır?
A) Diş əti cibindən irin axma
B) Onkoloji xəstəliklər,vərəm,yüksək teperaturla müşayiət edilən infeksion xəstəliklər,hamiləlik
C) 50 yaşdan böyük xəstələr
D) 15 yaşadək olan xəstələr
E) Parodont xəstəliklərinin cərrahi müalicəsi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
950) Dişlər təmizləndikdən neçə saat sonra diş ərpi toplanaraq dişlərə və diş ətinə zərərli təsir göstərə bilir?
A) 24 saat
B) 1 saat
C) 3 saat
D) 12 saat
E) 6 saat
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
951) Ağız boşluğunu yaxşı gigiyenik vəziyyətdə saxlamaq üçün nə etmək lazımdır?
A) Çoxlu su içməli və ağızı yaxşı-yaxşı yaxalamalı
B) Diş ətini hər gün massaj etmək və eleksirlərlə yaxalamaq
C) Antiseptik qarqaralardan istifadə etməli
D) Mütəmadi olaraq ağız boşluğu gigiyenistinə müraciət etməli
E) Dişləri fırça ilə təmizləməli və gündə azı 1 dəfə flosslardan istifadə etməli
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
952) Parodontal cibin mövcudluğu hansı xəstəlik üçün xarakterikdir?
A) Parodontit
B) Parodontoz
C) Atrofik gingivit
D) Gingivostomatit
E) Hipertrofik gingivit
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |