Vahid nəqliyyat sistemi fənnindən Fərdi Fəaliyyət



Yüklə 81,33 Kb.
səhifə6/6
tarix16.12.2022
ölçüsü81,33 Kb.
#75598
1   2   3   4   5   6
Sənəd

ŞƏHƏR NƏQLİYYATI
Demoqrafların apardıqları tədqiqatlar yer kürəsi üzrə əhali artımının təəccüblü fenomenini müəyyən etmiş-lər. Bu hadisəni müasir dövrdə əksər hallarda demoqrafik partlayış adlandırılır. Həqiqətən də uzun minilliklər ərzin-də əhalinin artım tempi 0,005% olmuş və bunun nəticəsində 20000 il ərzində yer kürəsi əhalisinin sayı 2 dəfə artmışdır.
Lakin yeni münbit torpaqların müəyyən edilməsi və qida məhsullarının istehsalı ilə əlaqədar məhsuldar torpaqların istifadəsi bu prosesə öz təsirini göstərmişdir. Eyni zamanda Nil, Evfrat çaylarının, habelə Cənubi Avropa, Hindistan, Qədim Çin, Mərkəzi Amerika və digər zonaların inkişafı ilə əlaqədar təxminən bir-iki min il ərzində əhalinin sayı 100 dəfə artmışdır.
Bizim eranın əvvəllərində əhalinin sayı təxminən 300 milyon nəfər qəbul edilirdi. Son iki min il ərzində əhalinin sayı 40 dəfə artaraq 1,5 milyard nəfərə çatmışdır. Hazırda yer kürəsində altı milyard əhali yaşayır.

XX əsr eyni zamanda urbanizasiya əsri də adlanır. Başqa sözlə desək şəhərlərin və şəhər əhalisinin gur artımı başlamışdır. Əgər 1900-ci ildə ümumi əhalinin 13,6 %-i şəhərlərdə yaşayırdırsa, hazırda bu nisbət 60%-i keçmişdir. Azərbaycan Respublikasında da əhalinin dinamikası eyni qanunauyğunluqla dəyişmişdir. İnkişaf etmiş əksər ölkələrdə şəhər əhalisinin sayı çoxluq təşkil edir.

Şəhərlərin inkişafı ilə əlaqədar olaraq onun üzvi hissəsini təşkil edən nəqliyyat sistemi də inkişaf etmişdir. Qədim şəhərlərdə ictimai nəqliyyat kimi faytonlardan istifadə edilirdi. XIX əsrin 40-50-ci illərində at ilə hərəkətə gətirilən açıq arabalardan istifadə edilməyə başlanmışdır. Yalnız 70-ci illərin sonunda ilk relsli yollar çəkilməyə başlamışdır. Rels üzərində yerləşdirilmiş vaqon-tramvaylar atlar vasitəsilə hərəkətə gətirilirdi. Elektrik tramvayları Rusiyanın nəqliyyat təsərrüfatına XIX əsrin sonunda daxil olmuşdur.

Müasir dövrdə şəhər nəqliyyatı vasitəsi kimi avtobus, taksi, tramvay, trolleybus, metro və monorelslərdən istifadə edilir. Şəhər nəqliyyatı vasitəsilə daşınılan sərnişinlərin əksəriyyəti avtobusların payına düşür. Öz mobil-liyinə və az vəsait qoyuluşu tələb edildiyinə görə avtobus nəqliyyatı daha geniş yayılmışdır. Hazırda şəhər nəqliyyatı kimi böyük sərnişin tutumu olan İkarus-260, İkarus-280 markalı avtomobillərdən istifadə edilir. Belə avtobusların geniş qapıları, pəncərələri və keçidləri olur. Son illər mikroavtobusların tətbiq edilməsi kütləvi hal almışdır. Metro şəhər nəqliyyatının ən cavan növüdür. Dünyada ilk metro 1863-cü ildə Londonda istifadəyə verilmişdir. Moskvada metro 1935-ci ildə, Bakıda isə 1967-ci ildə istifadəyə verilmişdir.


İctimai şəhər nəqliyyatı əhaliyə xidmət edən əsas sahələrdən biridir. Sənaye müəssisələrinin və digər istehsal sahələrinin işi və əhalinin məişətinin yaxşılaşdırılması bu nəqliyyat növünün fəaliyyətindən çox asılıdır. Nəqliyyat xidmətinin yüksək səviyyədə olmaması bir tərəfdən şəhər əhalisinin vaxt balansına mənfi təsir göstərir, digər tərəfdən isə zəhmətkeşlərin istirahət və şəxsi-mədəni təlabatının təmin edilməsi üçün lazım olan vaxtı azaldır.
İctimai şəhər nəqliyyatı növləri və şəhər nəqliyyatı ilə şəhərətrafı magistral nəqliyyat növləri arasında müvafiq əlaqənin yaranmaması onların inkişafının tam əlaqələndirilməsini təmin edə bilmir.
Qeyd olunan çatışmazlıqların tədricən aradan qaldırılması, şəhər nəqliyyatı sxeminin təkmilləşdirilməsi, lazım gələn istiqamətlərdə ekspres hərəkət sistemindən istifadə olunması, habelə müxtəlif nəqliyyat növləri arasında ahəngdar işin təşkili və başqa tədbirlər şəhər nəqliyyatı qarşısında duran vəzifənin uğurla yerinə yetirilməsinə müsbət təsir göstərir.
Şəhərlərdə sərnişin axınının mənimsənilməsi mürəkkəbdir. Ona görə ki, şəhər sərnişin daşımasının həcmi əhalinin artım tempindən irəli gedir. Sərnişin daşıma həcminin artması ilə yanaşı daşıma məsafəsi də artır. Daşıma məsafəsinin artması şəhərin və şəhərətrafı ərazinin genişlənməsi ilə əlaqəlidir. Mövcud nöqsanları və çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə aşağıdakı problemlərin həll edilməsi lazımdır:
1. Hərəkət tərkiblərinin nizamlı hərəkətini təmin etmək və tezliyini artırmaq;
2. Sərnişinlərin ünvana çatdırma sürətinin artırılması;
3. Havanın zəhərlənmə dərəcəsinin azaldılması;
4. Səs və küyün azaldılması və s.
Yuxarıda qeyd edilən problemlər tam və ya qismən bir-biri ilə əlaqəlidir. Bütün bunların həlli kompleks sistem ilə həll olunmalıdır.

Şəhər nəqliyyatının inkişafının baş istiqamətlərindən biri də ictimai nəqliyyat vasitələrin artırılmasıdır. Bu o deməkdir ki, avtobus, trolleybus, tramvay və digər hərəkət tərkiblərinin artırılması ilə yanaşı mövcud hərəkət tərkiblərindən və nəqliyyat şəbəkəsindən səmərəli istifadə edilməlidir. Nəqliyyat növünün seçilməsi sərnişin axınından və daşıma qabiliyyətindən asılı olaraq qəbul edilir. Fərdi avtomobillərə üstünlük verən dövlətlərin təcrübəsi onun tətbiqinin səmərəsiz olduğunu göstərmişdir. Fərdi minik avtomobillərinin sürətlə artması Amerikanın, Qərbi Avropanın, Yaponiyanın, Avstraliyanın və digər dövlətlərin iri şəhərlərinin problemlərlə üzləşməsinə səbəb olmüşdür. Belə ki, minik avtomobillərinin saxlanması üçün dayanacaqların kəskin surətdə çatışmaz-lıqları küçə və səkilərin avtomobillər ilə dolmasına səbəb olmuşdur. Nyu-York, LosAnceles, London, Paris, Brüssel, Roma, Tokio, Sidney və digər şəhərlərin mərkəzi küçələrində avtomobillər səkilərdə, keçid sahələrində, xüsusi estakadalarda, həyətlərdə, bəzən isə binaların damında saxlanılır. Bununla əlaqədar olaraq əksər dövlətlər ictimai nəqliyyata xüsusi diqqət etməyə başlamışlar. İctimai nəqliyyata diqqət edilməsinə əsas səbəblərdən biri də ətraf mühitin çirklənməsidir. Müəyyən edilmişdir ki, daha çox təhlükə törədən benzinlə işləyən avtomobillərin istismarı zamanı ətraf mühitə atılan CO karbon oksidi, NO azot oksidi, HC yanmamış karbohidrogenlər, habelə SO kükürdlü birləşmələr və qurğuşundur. Bu sahədə aparılan mübarizə tədbirlərindən biri karbürator mühərrikli avtomobillərin konstruksiyalarının təkmilləşdirilməsi, digər istiqamətlərdən biri də neytrallaşdırıcıların yaradılmasıdır. İki növ neytrallaşdırıcı vardır: termiki və katalitik.


Şəhər nəqliyyatında elektromobillərin tədbiq edilməsi bu problemi qismən aradan qaldıra bilər. Elektromobillərin istismarı zamanı atmosferə buraxılan zəhərli maddələrin miqdarı azdır. Eyni zamanda elektromobillər digər nəqliyyat vasitələrinə nisbətən səssiz işləyirlər. Bununla yanaşı elektromobillərin də öz çatışmazlıqları vardır. Əsas çatışmazlıq akkumulyator batareyalarının xüsusi enerji tutumunun az olması və qiymətinin baha olmasıdır. Əgər adi 5 yerlik minik avtomobili 40...60 litr benzin yanacağı ilə, 60...70 km/saat orta sürəti ilə 400...600 km yol qət edirsə və yeni yanacaq ehtiyatının doldurulması üçün 3...5 dəqiqiə vaxt sərf edirsə, müasir elektromobillərin eyni sürətlə istismarı zamanı 40...60 km yol qət edilir. Akkumulyator batareyaların çəkisi də 250...300 kq təşkil edir. Akkumulyator batareyalarının yenidən doldurulmasına sərf edilən müddət də bir neçə saat təşkil edir. Nəzərə almaq lazımdır ki, akkumulyator batareyaların çəkisinin böyük olması avtomobilin faydalı yükgötürmə qabiliyyətini də aşağı salır. Akkumulyator batareyalarının enerji tutumunun artırılması sahəsində bir sıra işlər aparılır. Bu sahədə Almaniyada yaradılmış elektrobusları göstərmək olar. Bu növ elektrobuslar 250...300 km yol qət edə bilirlər. Son illər hibrid elektromobillər də yaradılmışdır. Belə ki, belə maşınlar şəhər daxilində elektromobil kimi, şəhər kənarında isə daxili yanma mühərriki ilə işləyirlər. Bununla yanaşı bəzi tədqiqat işlərində yeni enerji mənbəyinin yaradılması üzərində işlərin aparılması mövcuddur. Bu yanacaq elementi adlanır. Yanacaq elementi xüsusi qurğu olaraq kimyəvi yolla oksigen və hidrogenin sintezi hesabına enerji alınmasını təmin edir.
Hesab edilir ki, XXI əsrdə yer kürəsinin əhalisinin əksəriyyətişəhərlərdə yaşayacaqlar. Bu proses də nəhəng urbanizasiyanın meqapolislərin yaranmasına səbəb olacaqdır. Başqa sözlə desək yaxın məsafədə yerləşən şəhərlərin birləşməsi və onun ölçüsünün 150...300 km və əhalisinin sayı 60...70 milyon nəfər olması gözlənilir. Belə meqapolislərin yaranma təhlükəsi Amerika Birləşmiş Ştatlarının Şimali - Şərq və Böyük göllər sahillərində (Pitsburq, Klivlend, Detroyt, Çikaqo, Miluoki), Almaniyada, Yaponiyada, İngiltərədə gözlənilir. Bir sıra tədqiqatçıların fikrincə əhalinin sayı 200...300 milyon nəfər olan meqapolis şəhərlərin yaranması reallaşacaqdır. Bu da şəhər nəqliyyatının köklü və əsaslı surətdə dəyişdirilməsini tələb edəcəkdir.


Yüklə 81,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin