Vahid nəqliyyat sistemi fənnindən Fərdi Fəaliyyət



Yüklə 81,33 Kb.
səhifə3/6
tarix16.12.2022
ölçüsü81,33 Kb.
#75598
1   2   3   4   5   6
Sənəd

KONTEYNER DAŞIMALARI
Son zamanlara qədər ədədi və taralı - qablaşdırılmış yüklərin çoxlu boşaldıb - yükləmə əməliyyatları ilə müşaiət olunan daşınması bir neçə nəqliyyat növünün iştirakı ilə yerinə yetirilir. Yüklərin qablaşdırılmasma və birdəfəlik taralann hazırlanmasına külli miqdarda meşə materialı, polad, qablaşdırılma parçası, bağlanma materialı, əmək məsrəfləri sərf olunur.
Yükləmə - boşaltma işlərinin kompleks mexanikləşdirilməsinə, avtomobillərin yükləmə - boşaltma məntəqələrində qeyri - məhsuldar dayanmalarının azalmasına, yüklərin (müxtəlif nəqliyyat növləri ilə) daşıma prosesi zamanı keyfiyyət və kəmiyyətinin saxlanılmasının təmin olunmasına imkan verən ən səmərəli vasitə konteyner daşımalarıdır. Konteynerlərin tətbiqi daşımada neçə nəqliyyat növünün iştirakından asılı olmayaraq yolda yükün çoxdəfəli yüklənmə, boşaltmı və boşaldıb - yüklənməsinə olan ehtiyacı aradan qaldınr. Taralann hazırlanmasına əmək və material sərfi kəskin azalır, yükün yük göndərən tərəfindən yerinə yetirilən yığılma formasının dəyişməməsi şərtilə yükləmə - boşaltma işlərinin mexanikləşdirilməsi üçün şərait yaranır. Konteyner daşımalarının tətbiqi konteynerlərin hazırlanmasına, onların yüklənib - boşaldılması üçün mexanizmlərin alınmasına sərf olunan məsrəflər, hərəkət tərkibinin faydalı yük götürmə qabiliyyətinin müəyyən hissəsinin itirilməsi, konteynerlərin geriyə (bəzən boş halda) daşınması və onların təmiri və xidməti ilə əlaqədar olduğuna baxmayaraq bu daşımaların özünü doğrultması qısa müddət (1 - 2 il) ərzində baş verir.
Konteyner nəqliyyat sistemi (KNS). Konteynerlərin geniş tətbiqi təkcə ayrı - ayrı nəqliyyat növlərinin və xalq təsərrüfatı sahələrinin deyil, bütün nəqliyyat növlərinin və bütünlüklə xalq təsərrüfatının marağına toxunur. Konteynerləşmə son zamanlar öz inkişafında sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və digər sahələrin bütün tərəflərini və əhalinin həyatını əhatə edərək «konteyner nəqliyyat sistemi» deyilən sistemə çevrilmişdir.
Konteyner nəqliyyat sistemi dedikdə konteynerlərin xalq təsərrüfatında səmərəli istifadə olunmasına yönəldilmiş plan, idarəetmə, təşkilati və texniki tədbirlərin qarşılıqlı razılaşdırılmış sistemi başa düşülür. Bu sistem aşağıdakı göstəricilərlə səciyyələnir:
Texniki vasitələrin (konteyner, altlıq, xüsusi hərəkət tərkibi, yükləmə - boşaltma işlərinin mexanikləşdirmə vasitələri) kompleks inkişafı;
Bütün nəqliyyat növlərindən istifadə etməklə daşımaların planlaşdırılmasmın vahid sistemi;
Vahid kommersiya - hüquqi nizamlanma (vahid daşıma qaydaları, konteynerlərin yüklənməsi və bərkidilməsinin texniki şərtləri, sənədlərin unifıkasiyası);
Konteynerlərlə daşımaların vahid iqtisadi nizamlanması (tariflərin razılaşdırılması, köməkçi xidmətlərdən ötrü yığımların unifıkasiyası, uçot və hesabatın unifıkasiyası);
İqtisadi və istismar göstəricilərinin vahid sistemi;
Nəqliyyat proseslərinin vahid texnologiyası (nəqliyyatda, boşaldıb - yükləmə anbarlarında, yük göndərən və yük alanlarda);
Ölkə miqyasında konteyner daşımalarının əməli idarə edilməsinin vahid sistemi.
KNS daşımaların təkcə universal konteynerlərlə yerinə yetirilməsini deyil, həm də xüsusiləşdirilmiş konteynerlərin, yükləmə - boşaltma mexanizmlərinin və bütün nəqliyyat növlərinin hərəkət tərkibinin yaradılması və səmərəli istifadə olunmasını nəzərdə tutur.

Yüklə 81,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin