Konteyner parkı. Qk yük axınını mənimsəmək üçün lazım olan konteynerlərin sayı konteynerin dövr vaxtından tkd asılı olaraq təyin olunur.
Ks = Qk tkd / qk yk
Burada Qk - vaxt vahidi ərzində bir istiqamətdəki yük axını
qk- konteynerin yük götürmə qabiliyyəti
yk- konteynerin yük götürmə qabiliyyətindən istifadə
Konteynerlərin texnik hazırlıq əmsalını nəzərə alsaq, onların lazım olan sayı aşağıdakı kimi olar.
Kis = Ks / atk
tkd kəmiyyəti tranzit konteynerlər üçün hesablandıqda ona konteynerin bütün nəqliyyat növlərində nəqliyyat prosesində, həmçinin anbarlarda olduğu vaxt aid edilir.
Konteynerlərin hərəkət tərkibinə verilmə ritmi.
Rk= tkd / Kk
Burada Kk - konteyner komplektlərinin (komplektə bir avtomo bilə yerləşdirilən bir neçə konteyner aiddir) sayıdır,
öz növbəsində
Kk = Kis / nk
Burada nk - bir avtomobilə yerləşdirilən konteynerlərin sayıdır.
Onda
Rk = tkd nk / Kis
Kis - nın yuxarıdakı ifadəsini burada nəzərə alsaq, alarıq
Rk = qk yk nk / Qk
Konteyner daşınması ilə məşğul olan avtomobillərin fasiləsiz iş şəıti konteynerlərin verilmə ritminin Rk avtomobillərin hərəkət intervalına ja bərabərliyidir.
ja= td / Am
Am= td / ja
Am= td Qk / qk yk nk
Sənaye nəqliyyatı
Ayrı-ayrı sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələrin normal iş funksiyalarını təmin edən ümumi təyinatlı olmayan nəqliyyat sisteminə sənaye nəqliyyatı deyilir. Sənaye nəqliyyatı aşağıdakı kimi təsnif edilir:
Sexdaxili texnoloji nəqliyyat. Bu nəqliyyat növü ilə sex daxilində material, xammal və yarımfabrikatların daşıma prosesi yerinə yetirilir.
Sexlər arası texnoloji nəqliyyat. Bu nəqliyyat növü
vasitəsilə sexlər arası nəqletmə prosesi yerinə yetirilir.
Xarici sənaye nəqliyyatı. Xarici sənaye nəqliyyatı
magistral nəqliyyat vasitəsilə müəssisəyə daxil olan müxtəlif
növ yüklərin daşınma prosesini yerinə yetirmək və hazır
məhsulları ümumi təyinatlı nəqliyyat növünə vermək üçün
istifadə edilir.
Müxtəlif müəssisələrdə sənaye nəqliyyatı vasitəsi müxtəlif ola bilər. Məsələn, sənaye nəqliyyatı kimi dəmir-yolu, avtomobil, dəniz, çay, hava, konveyer və s. istifadə edilir. Bu vasitələr birlikdə və ya sərbəst şəkildə istifadə olunur. Bu gün əksər müəssisələrdə xüsusi texnoloji konveyerlər, lentli və diyircəkli transporterlardan, habelə elektrokar, avtokar, asılı kanat yollarından istifadə edirlər. Bu hər şeydən əvvəl sex daxili nəqliyyata aid edilir.
Sexlərarası nəqliyyat növü kimi qeyd edilən növlərdən başqa, avtomobil, daha iri müəssisələrdə isə dəmiryol nəqliyyatından istifadə edilir.
Xarici nəqliyyat növü kimi isə dəmiryol nəqliyyatından (xüsusən kütləvi surətdə və iri həcmdə yük alan müəssisələrdə) və avtomobil nəqliyyatından istifadə edilir. Bilavasitə göl, çay və dəniz sahillərində yerləşən müəssisələrdə xarici nəqliyyat kimi çay və dəniz nəqliyyatından istifadə edilir. Dəmiryolu və avtomobil nəqliyyatı vasitəsilə sənaye məhsullarının 80% -i daşınılır.
Ümumiyyətlə sənaye nəqliyyatı çərçivəsində böyük miqdarda material və əmək ressursları, insan əməyi cəmləşmişdir. Sənaye nəqliyyatının səviyyəsi malların qiymət və maya dəyərinə əsaslı surətdə təsir edir. Hazırki, dövrdə sənaye dəmiryol nəqliyyatında paravozların teplovoz və elektrovozlarla dəyişmə prosesi başa çatmışdır. Lakin buna baxmayaraq əksər müəssisələrin lokomotiv parkının və yol təsərrüfatının texniki vəziyyəti kafi dərəcədə deyildir. Bunların da texniki vəziyyətini yüksəltmək üçün təkcə əsaslı vəsait qoyuluşu deyil, eyni zamanda nəqliyyatın istismarına da diqqət artırılmalıdır. Əksər sənaye müəssisələrində müxtəlif növlü hidravliki və elektrik ötü-rücülü, gücü 150 a.q.-dən 4000 a.q.-nə qədər olan tep-lovozlardan istifadə edilir. Eyni zamanda yeni növləri də yaranır.
Prinsipcə sənaye nəqliyyatının konstruksiyaları sürətləri məhdudlaşdırılmış və böyük dartıcı qüvvəyə malik olmalıdır. Bunların ilişmə əmsalları ümumi təyinatlı nəqliyyat növlərinə nisbətən 2 dəfə aşağı olur. Bununla yanaşı sənaye lokomotivləri kiçik radiuslu (40...60 metr) yollarda sərbəst hərəkət edə bilməlidirlər. Bundan başqa isti yük daşımaları ilə məşğul olan və isti sexlərdə işləyən maşınlar xüsusi istilik qoruyucu vasitələrilə təmin olunmalıdırlar.
Əksər müəssisələrdə teplovozlardan, açıq və bağlı şaxtalarda isə elektrik dartıcı qüvvələrindən istifadə edilir.
Dərin karxanalardan (dərinliyi 500 metr və daha dərin) yüklərin çüxarılması üçün xüsusi elektrovozlardan istifadə edirlər. Bu növə dartıcı aqreqatlar deyilir. Dartıcı aqreqat bir qayda olaraq 4 oxlu elektrovozdan və 2 ədəd dördoxlu dumkardan ibarətdir. Yüklənmiş aqreqatın ümumi kütləsi 368 tondur.12 mühərriki və gücü 5450 kvt olan dartıcı aqreqat kəskin yoxuşda 29 km/saat sürəti ala bilir.
Eyni zamanda elektrikləşdirilmiş yolda və kontaktı olmayan yollarda işləmək üçün hibrid lokomotivlər yaradılmışdır. Ayrı lokomotivlərlə yanaşı hibrid dartıcı aqreqatlar da yaradılır. Yeni lokomotivlərin yaradılması əmək məhsuldarlığını artırmaqla yanaşı parkların kiçildilməsinə və təmir briqadalarının azaldılmasına səbəb olur.
İri metallurgiya, maşınqayırma və digər müəssisələr-də böyük partiyalı spesifik yüklərin daşınılması üçün xüsusi vaqonlar konstruksiya edilir. Məsələn: çuqun daşıyan vaqonlar bu vaqonlar vasitəsilə maye metallar daşınılır. Vaqonun yükgötürmə qabiliyyəti 140...210 ton hədərindədir.
● şlak daşıyan vaqonlar – bu vaqonlar vasitəsilə
1400...1500 ℃ yə qədər əridilmiş şlaklar daşınılır.
● dumkarlar – özüboşaldan vaqonlardır.
Sənaye nəqliyyatı növü kimi avtomobil nəqliyyat vasitələrinin inkişaf etməsi ciddi problemlər yaratmışdır. Burada əsas məsələ nəqliyyat vasitələrinin texniki səviyyəsini yüksəltməklə yanaşı, onların yükgötürmə qabiliyyətlərinin də artırılmasıdır. Məsələn, Belarusiyanın Jodino zavodunda yükgötürmə qabiliyyəti 27, 40, 45, 65, 75, 110 və 180 ton olan özüboşaldan avtomobillər istehsal edilmişdir.
Yük götürmə qabiliyyəti 60 tondan yuxarı olan avtomobillərdə elektrik ötürmə sistemindən istifadə edilir.Belarusiya avtomobil zavodu baza modellərinə əsaslanaraq yükgötürmə qabiliyyəti 400 ton olan özüboşaldan avtomobillərin yaradılması üzərində çalışırlar. Bu yəqin ki, son hədd deyildir. Belə ki, dünya təcrübəsində yükgötürmə qabiliyyəti 600 ton olan «Titan» (Kanada) özüboşaldan avtomobili mövcuddur. Avtomobilin parametri aşağıdakı kimidir: uzunluğu –20,5 metr, eni –7,75 metr, kabinanın yer səthindən hündürlüyü – 4,5 metr, avtomobilin xüsusi çəkisi – 250 ton, mühərrikin gücü – 3300 a.q.-dir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarında istehsal olunmuş iki oxlu özüboşaldan «Katerpiller» avtomobilini də misal göstərmək olar. Avtomobilin yükgötürmə qabiliyyəti 350 ton, ümumi kütləsi 560 tondur. Avtomiobil 54 km/saat sürət ala bilir. Avtomobildə 24 silindrli dizel mühərriki qoyulmuşdur. Mühərrikin gücü 3400 a.q.- dir. Təkərin diametri təxminən 3,5 metrdir. Sürücünün oturduğu yer yol səthindən təxminən 3 mərtəbəli ev hündürlüyündədir.
Hazırda yükgötürmə qabiliyyəti 1000 ton olan özüboşaldan avtomobilin layihəsi hazırlanmışdır.
Sənaye avtomobil nəqliyyatının təkmilləşdirilməsi, ümumi avtomobil parkının inkişaf etməsilə yanaşı, yol və yol elementlərinin inkişaf etməsini də tələb edir. Bu prob-lem eyni zamanda kütləvi yük daşımalarının təşkilini və yük əməliyyatlarının maksimum dərəcədə mexanikləşdirilməsini tələb edir.
Yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsinin əsas istiqamətləri konteyner və paket daşıma sisteminin inkişaf etdirilməsidir.
Sənaye nəqliyyatının baş istiqamətləri konveyer sisteminin, o cümlədən lentli konveyer, rolqanq, kürəcikli konveyer, bərk yüklərin daşınması üçün hidro və pnevmo kəmərlərin yaradılmasıdır. Bəzi metallurgiya zavodlarında maqnit nasoslar vasitəsilə maye metalların nəql edilməsi üçün boru kəmərlərinin yaradılması da ehtimal edilir.
Hazırda lentli konveyerlərin inkişafına xüsusi diqqət verilir. Belə ki, lentli konveyerlər daha universal və etibarlıdır.Bu sahədə Hollandiyada dənələşdirilmiş və tozvari yüklərin nəqledilməsi üçün istifadə edilən hava yastıqlı lentli konveyerlərin tətbiqi böyük maraq doğurur. Konveyerlərin hərəkət sürəti 3,9 m/san, məhsuldarlığı isə 700 m3/saatdır.
Dostları ilə paylaş: |