Konteynerlər. Yük konteyneri dedikdə nəqliyyat avadanlığının sabit texniki xarakteristikaya, çoxdəfəlik istifadə üçün kifayət qədər möhkəmliyə, yükün aralıq boşaldıb - yükləmə əməliyyatları olmadan bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasını təmin edən xüsusi konstruksiyaya, sürətli yükləmə - boşaltma və bir nəqliyyat növündən digərinə boşaldıb - yükləməni təmin edən avadanlığa, özünün tez yüklənib boşaldılmasına imkan verən konstruksiyaya, 1 m3 və daha böyük daxili həcmə malik elementi başa düşülür.
Təyinatına görə konteynerlər universal və xususiləşdirilmiş olmaqla iki yerə bölünürlər. Xüsusiləşdirilmiş konteynerlər spesifik xüsusiyyətli yüklərin
daşınması üçündür. Onlar açılan tavanlı, tavansız, açılan divarlı və ya dibli, təbii və ya məcburi ventilyasiyalı, izotermik, sistem şəkilli və s. olurlar.
Konteynerləri ağacdan, poladdan, alüminium ərintisindən (xəlitəsindən), rezinləşdirilmiş parçadan, plastmasdan və s. hazırlayırlar.
Konstruksiyasına görə konteynerlər bütöv, sökülən və elastik olurlar. Bütöv konteynerlərin üstünlüyü onların möhkəmlik və sərtliyidir. Ona görə də onlar daşıma zamanı yükün mühafizəsini çox gözəl təmin edirlər.
Sökülən konteynerlər sökülmüş (qatlanmış) vəziyyətdə xeyli az yer tuturlar və boş konteynerlərin geri qaytarılması zamanı hərəkət tərkibindən daha yaxşı istifadə etməyə imkan verirlər.
Elastik konteynerləri rezinləşdirilmiş parçadan və sintetik materiallardan hazırlayırlar. Onlar maye, qazşəkilli, xırdalanmış və toz şəkilli yüklərin daşınmasına xidmət edirlər. Elastik konteynerlərin üstünlüyü aşağıdakılardır: kiçik tara əmsalı; yükün atmosfer çöküntülərindən və çirklənmədən yaxşı qorunması; boşaltmadan sonra həcmin həddindən artıq kiçilməsi və boş vəziyyətdə geri qaytarılarkən yaxşı komfortabelliyi.
Konteyner daşımalarının təşkili. Birbaşa konteyner avtomobil daşımalarının təşkilində müxtəlif sxemlər tətbiq oluna bilər:
A) yükün qabaqcadan konteynerə yüklənməsi, mexanikləşdirilmiş üsulla konteynerin avtomobilə yüklənməsi və yükün boşaldılması üçün konteynerin avtomobildən yerə qoyulması;
B) konteyner avtomobildən yerə qoyulmadan yükün boşaldılması və boş konteynerin geri qaytarılması.
Qarışıq daşımalarda ən geniş yayılan avtomobil - dəmir yolu daşımaları aşağıdakı sxemlər üzrə yerinə yetirilir (şəkil 5.3):
A) yüklü konteynerin stansiyada yüklənməsi, alıcıya çatdırılması, avtomobildən yerə qoyulmadan konteynerin boşaldılması və ya yüklü konteynerin alıcı məntəqəyə qoyulması, boş konteynerin stansiyaya daşınması;
B) yüklü konteynerin alıcıya çatdırılması və digər yüklü konteynerin geriyə stansiyaya daşınması;
C) yüklü konteynerin alıcıya çatdırılması, boş konteynerin həmin alıcıdan yük göndərənə daşınması və qabaqcadan yüklənmiş digər konteynerin stansiyaya daşınması.
Konteynerin avtomobildən yerə qoyulmaması ilə aparılan iş sxemi (şəkil 5.3.A) kiçik yük axınlarında və alıcıda konteynerlərin boşaldılması üçün mexanizmlər olmadıqda həyata keçirilir. Daşıma üzərində kran olmayan avtomobildə aparılır. Belə istifadə konteynerlərin əsas üstünlüyünü - avtomobilin yükləmə - boşaltma altında dayanmasının azalması və konteynerlərin dövriyyəsinin sürətlənməsi - həyata keçirməyə imkan vermir. B və C sxemləri daha təkmildir.
Dostları ilə paylaş: |