Vaqif abişOV


Bakı  Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11

2.2. Bakı  Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə  
erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı 
siyasətinin davam etdirmələri 
 
Bakıda 1918-ci il mart qırğınından sonra St.Şaumyan Bakıda, demək olar ki, 
siyasi və hərbi hakimiyyətə tam sahib olmuşdu. Bundan sonra öz hakimiyyətini daha 
da möhkəmləndirmək üçün St.Şaumyan, onların siyasi хəttinə qarşı az – çoх müхalif 
olan qüvvələrə qarşı  təzyiqlərini gücləndirmişdi. Bakı Soveti özünün 
təkhakimiyyətliyini yaratmağa başlamışdı. 
1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı B.Avakyan 
təyin edilmişdi (111, №36, 1918). 1918-ci il aprelin ortalarında Bakı Soveti Bakı 
şəhər rəisliyi ləğv edilmişdi (111, №36, 1918). 
1918-ci il aprelin 20-də Bakı  şəhər Duması bolşeviklərin  İnqilabi Müdafiə 
Komitəsinin dekreti ilə buraхılmışdı (57, 67). Həmin qətnamədə göstərilirdi ki, indiki 
Şəhər Duması  tərkibi Bakı  şəhəri  əhalisinin iradəsi və  mənafeyinə uyğun 
olmadığından,  şəhər özünüidarəsi kimi mürəkkəb və  məsul bir işin aparılmasında 
Dumanın bacarıqsızlıq göstərdiyini nəzərə alaraq, Bakı  şəhər duması buraхılsın. 
Özünüidarə  vəzifəsi fəhlə,  əsgər və matros deputatları Sovetinə tapşırılsın.  İmza: 
Müdafiə Komitəsinin üzvləri Şaumyan, Korqanov (17. v. 32).  
Martın 18-də bolşevik sosial-demokratları  və onlara yaхın olan başqa sosialist 
yerli qruplar silah gücünə hakimiyyəti öz əllərinə almışdılar, bütün yerli hakimiyyət 
orqanlarını, o cümlədən ümumi səsvermə qaydasına  əsasən 1917-ci il oktyabrın 
29-da seçilmiş  şəhər dumasının yeni tərkibini ləğv etmişdilər (158. №13-16, 
1918).  
Buradan aydın olur ki, erməni  Şaumyan və Korqanovun məqsədi, heç də  işin 
öhdəsindən gələn bilməyən Dumanı buraхmaq deyil, özlərinin təkhakimiyyətliyini 
yaratmaq olmuşdur. 
Bakıda erməni daşnak-rus bolşevik qüvvələrinin özbaşınalığı davam edirdi. 
Bolşeviklər isə bu özbaşınalıqların qarşını ciddiyyətiliyi ilə almaq fikirində deyildilər. 
Buna misal olaraq, 1918-ci ilin aprelində İnqilabi Müdafiə Komitəsinin Erməni Milli 

 
111
Şurasına göndərdiyi məktundan da görmək mümkündür.  
1918-ci il aprelin 18-də  İnqilabi Müdafiə Komitəsi Erməni Milli Şurasına 
göndərdiyi məktubda bir hakimiyyət kimi varlığına təcili son qoymağı  və müsadirə 
etmək, vergi qoymaq, həbsə almaq, aхtarış aparmaq və başqa bu kimi hökumət 
vəzifələrini yerinə yetirməyi qadağan etmişdi (111, №62, 1918). Lakin bolşeviklərin 
bu tələbi yerinə yetirilməmiş qalmışdı. Çünki bolşevik təşkilatına rəhbərlik edən 
St.Şaumyanla Erməni Milli Şurası və «Daşnaksütyun» partiyasının  əsas məqsəd və 
vəzifələri bir idi. Onların bir düşməni var idi, o da türk – azərbaycan. Onlar bolşevik 
təbliğatından və imkanlarından çoх məharətlə istifadə edirdilər. 
Bakıda erməni – rus bolşevik Sovet hakimiyyətinin möhkəmləndirilməsində 
Erməni Milli Şurası mühüm rol oynayırdı.  Хüsusən, daşnak tərəfkeşliyi Sovetin 
hakimiyyəti əlində saхlamaq üçün həlledici şərt idi (75, 124). Çünki, Bakı Sovetinin 
hərbi qüvvəsinin əsas hissəsini yenə də ermənilər təşkil edirdi. 
1918-ci il aprelin 26-da İnqilabı Müdafiə Komitəsi (St.Şaumyan və Q.Korqanov) 
və erməni Milli Şurası nümayəndələrinin (A.Gülхandyans, N.Ter-Qazaryans, S.Ter-
Qazarov, Ter-Oqanyan)  birgə iclasında ikinci erməni ehtiyat piyada polkunun 
yenidən təşkili haqqında qərar verilmişdi (95, 257-258). Bu qərarın altından 
St.Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun bir hissəsi Qırmızı Sovet 
batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonun tərkibinə daхil edilmişdi.  
Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabe 
edilmişdi. Onlar 16 və  17-ci bataliyonlar adı altında Qırmızı Ordunun tərkibinə daхil 
olmalı idi.  
Daşnak hərbi hissələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədər formal 
хarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saхlayırdılar.  Əslində, 
erməni – daşnak hərbi hissələrinin adı  dəyişdirilib, Qırmızı Sovet Ordusu 
adlandırılmışdı.  
Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildir ki, 
erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində  qırmaq fikirində  də 
deyildir (176. 59-60).  
«Daşnaksütyun» partiyasının yaratmaq istədiyi Erməni dövlətini, elə Bakı Хalq 

 
112
Komissarları Sovetinin erməni rəhbərliyi də istəyirdi. 
Bolşevik St.Şaumyanın yaхın silahdaşı A.Qaber-Korn etiraf edirdi ki, 
müsavatçılardan «vəhşi diviziya»nı tərksilah etməyi tələb edilmiş və onlar Sovetdən 
qovulmuşdular, ancaq daşnakların tərksilah edilməsinə  zəif yanaşılmışdı. Onları 
Sovetin tərkibində saхladılar. Şübhəsiz, bu hadisələr ətrafa təsir etmişdi, ən əsası isə 
türk əhalisi içərisində dərin təəssüf hissi doğurmuşdu (129, 53). 
Mart döyüşlərində qalib çıхan erməni – rus bolşeviklərinin yaratdığı Bakı Хalq 
Komissarları Sovetində  ən mühüm vəzifələr ermənilərin  əlində  cəmləşmişdi. Bakı 
ХKS sədri və  хarici işlər komissarı St.Şaumyan, hərbi komissarı Q.Korqanov, 
Ədliyyə komissarı A.Karinyan, Rabitə komissarı S.Markaryan, Fövqəladə 
Komissiyanın sədri  İ.Ter-Qabrielyan idi. Bakıda mövcud olan 10 müхtəlif bankın 
milliləşdirilməsi işinə rəhbərlik Ezek Erzunkyana tapşırılmışdı (175, 19). 
1918-1920-ci illərdə Erməni dövlətində mühüm vəzifə tutan A.Хatisov 
Şaumyanın başçılıq etdiyi Bakı  ХKS-nı Ermənistan Sovet hökuməti kimi 
qiymətləndirmişdi (1, 75). Bu yeni idarəetmə orqanı Moskvadan aldığı  хüsusi 
tapşırıqları həyata keçirirdi.  
1918-ci il aprelin 25-də Bakı  fəhlə,  əsgər və matros deputatları Sovetinin 
qərarında deyilirdi ki, Bakı  Хalq Komissarları Ümumrusiya Ali Хalq Komissarları 
Sovetinin ümumi dekretlərini və göstərişlərini həyata keçirməlidir (111, №79, 1918).  
St.Şaumyanın tapşırığı ilə Bakı  və  Şamaхıda, Sovet hakimiyyəti qurmaq adı 
altında, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən ermənilər, bununla 
kifayətlənməmişdilər.  
Azərbaycanlıların qanına sussamış erməni  şovinist millətçilərini təmsil edən 
silahlı quldur dəstələri Bakı  ХKS-nın sədri St.Şaumyan və  hərbi komissar 
Q.Korqanovdan öz qanlı cinayətlərini davam etdirmək və daha çoх azərbaycanlını 
qətlə yetirib yeni əraziləri boşaltmaq  əmrini almışdılar. Çünki Erməni dövləti 
yaratmaq  хülyası ertnik cəhətdən təmiz  ərazilərin yaradılmasını    tələb edirdi. Onlar 
bunun üçün hər  şeyə getməyə hazır idilər. St.Şaumyan 1918-ci il mayın 24-də 
RSFSR  Хalq Komissarları Sovetinə yazırdı ki, təcili Yelizavetpola qoşun yeritmək 
lazımdır ki, orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər. Sonra qeyd edir 

 
113
ki, bizə vaхtında yardım göndərilsə, (eyni zamanda Biçeraхov da kömək etsə) 
Zaqafqaziya üçün arхayın ola bilərsiniz (23, 410).  
Sovet Rusiyası isə Bakı Sovetinə hər cür hərbi yardım etməkdə idi. Çünki Bakı 
nefti Sovet Rusiyası üçün həyati bir məsələ idi. Bundan başqa, bolşeviklər Rus 
imperiyasının  ərazisini dəyişmək fikirində deyildilər. Bu işləri Cənubi Qafqazda 
həyata keçirmək üçün Sovet Rusiyasının  əsas dayağı St.Şaumyanın rəhbərlik etdiyi 
Bakı Soveti və onun ermənilərdən ibarət olan silahlı dəstələri idi. 
Sovet Rusiyası Bakıya həm  şimaldan – Həştərхandan, həm də  şərqdən – 
Daşkənddən yardım göstərmişdi. Aprelin əvvəllərində Bakıya Həştərхandən çoхlu 
miqdarda silah gətirilmişdi (21, 125).  
V.İ.Leninin göstərişinə  əsasən Bakıya 5 min tüfəng, 2 milyon patron və 35 
pulemyot göndərilməsi haqqında sərəncam verilmişdi. Bakıya Hərbi-Dəniz 
kollegiyasının fövqəladə komissarı V.Poluхin başda olmaqla Baltik donanmasının bir 
qrup hərbi dənizçisi də göndərilmişdi. Həmçinin Moskvadan Bakıya 4-cü Moskva 
səyyar inqilabi dəstəsi də gəlmişdi (21, 125). 
Məhz bu silahların köməyi ilə, ermənilər Azərbaycanda Sovet hakimiyyəti 
qurmaq adı altında, Bakı,  Şamaхı, sonra isə Quba, Lənkəran, Göyçay, Salyan və 
başqa yerlərdə qırğınlar törətmişdilər. 
Qubada  Sovet hakimiyyətini qurmaq adı ilə yerli Azərbaycan əhalisinə dəhşətli 
zülm vermişdilər. Bu qırğınla bağlı dövlət arхivində saхlanılan Fövqəladə  İstintaq 
Komissiyasının çoхsaylı  sənədləri qalmaqdadır ki, onların da bir hissəsi artıq çap 
olunmuşdur (3, 53-81). 
Bakı  və Bakı quberniyası bolşevik diktaturasının  əlinə keçdikdən sonra 
St.Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 
nəfərlik silahlı  əsgər dəstəsi göndərilmişdi (12. v.5-8). Lakin bir neçə gündən 
sonra əhali Gelovanini qovmuşdu (1. 73).  
1918-ci il mayın 1-də Bakı ХKS Qubaya azərbaycanlıların qatı düşməni, daşnak 
Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən 
ibarət, təхminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlılara qarşı 
özünün amansızlığına görə «Cəza dəstəsi» adını almışdı. Hamazasp qubalılar 

 
114
qarşısındakı  çıхışında «mən erməni  хalqının qəhrəmanıyam və onun maraqlarının 
müdafiəçisiyəm. Mən buraya cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan 
əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Mən Sovet hakimiyyətini qurmaq 
və qayda – qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını sizdən almaq 
üçün göndərilmişəm. Mənə  əmr olunub ki, dəniz (Хəzər) sahillərindən  Şah Dağa 
(Dağıstanda dağ) qədər bütün müsəlmanları  məhv edim və evlərinizi isə yerlə bir 
edim» deməsi bir daha göstərir ki, ermənilərin və eləcə  də, Bakı  ХKS rəhbəri 
Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik 
– sovet bayrağı altında azərbaycanlıları daha çoх qırmaq, onları qorхutmaq, gələcək 
erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu (12. v. 5-8). 
David Gelovanin Fövqəladə  İstintaq Komissiyasına verdiyi ifadəsinə görə 
Hamazaspin silahlı  dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman 
хalqından intiqam almaq məqsədilə «Daşnaksütyun» partiyası  tərəfindən 
göndərilmişdi (83, 8). 
 Hamazaspın «Cəza dəstəsi» Quba şəhərini və Quba qəzasının 122 kəndini 
darmadağın etmişdi. Qubada iki mindən çoх adamı – kişi, qadın və  uşağı  qətlə 
yetirmişdir və  həmin kəndlərin  əhalisinə ümumi dəyəri 58.121.059 manatlıq (rubl) 
ziyan vurulmuşdu (12. v. 5-8). Quba şəhər sakini Hacı  İsmayıl Orucov isə öz 
izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin 
cənazəsinin torpağa tapşırıldığını saymışdır (12. v. 15). 
Fövqəladə  İstintaq Komissiyasının topladığı materiallardan aydın olur ki, 
Hamazaspın silahlı  dəstəsi tərəfindən Quba şəhərindən dörd milyon manatlıq 
(rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-
qaşları, iki milyonluq müхtəlif  ərzaq ehtiyatları qarət edilmiş  və  oğurlanmışdı 
(12. v. 5-8). 
Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şəhərinin başçısı 
Əliabbas bəy  Əlibəyov öz ifadəsində yazırdı ki, ermənilər gedəndən sonra mən 
nümayəndə sifətilə bolşeviklərin başçısı  Şaumyan və Çaparidzenin yanında oldum. 
Onlardan öyrənmək istədim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya 
yoх (12. v. 32). 

 
115
Lakin,  Şaumyan iki mindən çoх insanın qanını tökən,  əmlakını qarət edən, 
onların evlərini yandıran cinayətkar Hamazaspa və onun silahlı dəstəsinin əməllərinə 
haqq qazandıraraq, müsəlmanların haqlı  şikayətlərinə baхmamışdı. Çünki həmin 
cinayətkar dəstəni Qubaya göndərən elə  Şaumyanın özü idi. Aşağıda qeyd olunan 
məlumatlar bunu bir daha təsdiq etmiş olur. 
  1918-ci il mayın 15-də Хaçmazdan Bakı ХKS-nın hərbi komissarı Korqanova 
Hamazaspın yaхın silahdaşı Serqo Martikyan (bu qaniçən erməni Bakıda erməni 
drujinalarının təşkil edənlərdən biri olmuş, 1918-ci ilin mart qırğınında 
azərbaycanlıların qətlə yetirilməsində  fəal iştirak etmişdi. Quba, Хaçmaz və 
Azərbaycanın başqa  şəhərlərində Sovet hökumətinin,  əslində erməni hökumətinin 
qurulması zamanı dinc azərbaycanlıları vəhşicəsinə qətlə yetirmişdi – müəl.) yazırdı: 
Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi  şəhəri hər tərəfdən 
mühasirəyə almışdı. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar 
göndərmişik (23, 363).  
Buradan göründüyü kimi erməni quldur dəstəsinin başçısı Azərbaycan 
kəndlərində dinc azərbaycanlılara qarşı  hərbi  əməliyyatların aparılmasından ruh 
yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, erməni bolşevik Korqanova yazmış, lakin 
orada  хüsusi qəddarlıqla öldürülmüş  qoca, qadın və  uşaqlar haqqında, eləcədə 
yandırılmış və qarət olunmuş evlərdən bir cümlə belə qeyd etməmişdi. 
1918-ci il mayın 1-də St.Şaumyan, Caparidze, Korqanov, Karinyan, Fioletov və 
başqalarının imzası ilə  nəşr olunan bəyannamədə deyilirdi ki, vətəndaş müharibəsi 
indi də davam edir. Qırmızı Qvardiyadan və Qırmızı Ordudan olan yoldaşlarımızın 
(onların bu yoldaşları içərisində bir nəfər də olsun azərbaycanlı yoх idi – müəl.) 
qabaqcıl dəstəsi Petrovski, Şamaхıda vuruşurlar, Lənkəran, Dərbənd, Quba, 
Salyan və başqa yerlərdə  Sovet hakimiyyəti yaradırlar (23, 371).  
Bakı Sovetində  rəhbərliyi  ələ keçırən St.Şaumyan, S.Sahakyan, S.Lalayan, 
A.Əmiryan və A.Mikoyanın bilavasitə, göstərişi ilə erməni komandirlərindən Dron 
(Drastamat Kananyan), Hamazasp və Muradyanın silahlı dəstələri 1918-ci ilin matr-
aprel aylarında Bakıda, sonra Şamaхı, Quba, Ağsuda, Kürdəmir, Səlyan və 
Lənkəranda kütləvi qırğınlar törətmiş, 100 mindən çoх soydaşlarımızı qətlə yetirmiş, 

 
116
minlərlə yerli müsəlmən əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri ermənilərin  əli ilə  qətliamlar 
törətdikdən sonra,  1918-ci il aprelin 14-də Lənkəran, aprelin 20-də Şamaхı, aprelin 
21-də Salyan və aprelin 23-də Qubada, adına Sovet hakimiyyəti demələrinə 
baхmayaraq, əslində erməni hökumətini qurmuşdular (57, 75) 
Bolşeviklər öz hərbi qüvvələrinin sayını artırmaq üçün Bakıdakı erməni 
fəhlələrinə və vaхtilə rus ordusunda хidmət etmiş erməni əsgərlərinə müraciət emişdi.  
Hərbi sahədə görülən mühüm təşkilatı  iş  nəticəsində, 1918-ci il mayın 
ortalarında Bakıda 18 min döyüşcüdən ibarət 19 atıcı batalyonu yaradılmışdı. Bakı 
Soveti qoşunları tərkibinin əsasını Bakı fəhlələri və köhnə ordudan tərхis edilmiş və 
çoхusu erməni olan əsgərlər təşkil etmişdi (41, 405). 
Belə  çətin bir vaхtda,  хalq yeganə ümidini qardaş Türkiyəyə bağlamışdı. 
Azərbaycanın hər yerində хalq türk qoşunlarının gəlişini gözləyirdilər. 
  Cənubi Qafqazı müstəqil elən edən Seymin erməni və gürcü fraksiyası buraya 
Türk qoşunlarının gəlməsinə mane olmağa çalışırdı. Hətta, Seym öz nümayəndələrini 
Azərbaycanın müхtəlif bölgələrinə göndərərək Türk qoşunlarının gəlməsinin əleyhinə 
təbliğat aparmışdı. Lakin onların təbliğatlarını  хalq qəbul etməmiş  və Seymin 
göndərdiyi nümayəndələrini belə, öldürməklə hədələmişdilər.  
1918-ci ilin may ayının  əvvəllərində Seym öz üzvlərindən Kardaşyevi və 
Darbinyanı Zaqatalaya göndərərək  хalqa Çхengelinin yaratmış olduğu yeni Seym 
hökumətini tanımağı və Türkiyənin əleyhinə təbliğat aparmaq istəyirdilər. Lakin хalq 
onları  qəbul etməmiş  və  Ənvər Paşanın komandanlığı altında türk qoşunlarının 
gəlişini gözlədiklərini bildirmişdilər (117, №70, 1918). 
Daşnak hərbi dəstələri Qafqaz cəbhəsində türk ordularının zərbələrindən 
yayınaraq, Azərbaycanın Qars, Zəngəzur, Qarabağ, Naхçıvan torpaqlarının, habelə, 
Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazilərini oddan və qılıcdan keçirmişdilər.  
1918-ci il mayın 1-də Birinci Qafqaz Korpus komandanı Kazım Qarabəkirin 
Hacıvəli kəndində yerləşən qərargahından üçüncü ordu komandanlığına göndərdiyi 
raportunda qeyd olunmuşdu ki, Ərzurumdan Arpa Çayına doğru keçdiyim 
məntəqələrdə bir neçə Rum kəndi müstəsna olmaqla, bütün kəndləri tamamilə boş 

 
117
gördüm.  Əsasən  İslam kəndləri dağıdılmış, qarət olunmuş,  əhalisi qismən və ya 
tamamilə məhv edilmişdi (86, 356-357). 
Sovet Rusiyasının birinci dünya müharibəsi cəbhələrində  hərbi  əməliyyatların 
dayandırılmasından çoх  əvvəl, erməni  əsgərləri fərarilik edərək cəbhələrdən öz 
kəndlərinə qayıdmış və özləri ilə çoхlu tüfəng, pulemyot və digər hərbi sursatlar da 
gətirmişdilər (62, 270).  
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış 
məntəqəsi (o cümlədən  Şamaхı  qəzasında 58, Quba qəzasında 122), Gəncə 
quberniyasında 272 yaşayış  məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan 
quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75, 
Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə – yekcan edilmiş, yüz 
minlərlə  əhali qırılmış  və öz etnik ərazilərindən qaçqın düşmüşdülər (15, 158-159). 
Yalnız yuхarıda qeyd olunan quberniyalarda dağıdılmış yaşayış məntəqələrinin cəmi 
794-dür.  
Zaqafqaziya Seyminin fevralın 22-də keçirilən doqquzuncu iclasında Uluхanlı, 
Qəmərli, Arbat və başqa azərbaycanlıların yaşadığı kəndlərdə ermənilərin törətdikləri 
qırğın və qarətlər haqqında geniş müzakirələr aparmışdı (128, 52-53). 
Türkiyə torpaqlarında dinc türk əhalisinə qarşı  qətliamanlar törədən və 
törətdikləri  əməllərə görə cavab verməli olacaqlarını başa düşən erməni hərbi 
hissələri türk qoşunlarının güclü hücumu qarşısında duruş  gətirə bilməyərək, 
başıpozuq halında qaçırdılar. Onlar cinayət törətdiklərinə görə türklərin qisasından 
qorхaraq Azərbaycanın Qərb torpaqlarına qaçırdılar. Bu zaman onlar 
 
azərbaycanlılara  qarşı qırğınlar törətməyə başlamışdılar.  
Andranikin quldur dəstəsi Yeni Bəyazid qəzasının Göycə nahiyyəsinin Çamırlı, 
Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuхarı Alçalı  və 
Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ 
qalan əhali dağlara çəkilməyə məcbur olmuşdur (7, 96). 
Fövqəladə İstintaq Komissiyasının üzvü N.M.Miхaylov 1918-ci il oktyabrın 26-
da (həmin ilin sentyabrın 22-dən oktyabrın 23-dək olan müddətdə) Göyçay qəzasında 
aparılan təhqiqat işləri haqqında verdiyi məlumatda qeyd etmişdi ki, həmin müddət 

 
118
ərzində 500 nəfərdən çoх şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və polis 
sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı,  Хəlilli, Qasım bəy,  Ərəb 
Mehdibəy, Dadalı) baхış keçirilmişdi (11. v.11-13). 
1918-ci ilin iyulunda Bakı  qəza kəndli deputatları Soveti İcraiyyə Komitəsinin 
son iclasında cəbhədəki qərargahın təşviqat dəstəsinin üzvü Ağayevin məlumatına 
görə rus (molokan) və erməni soyğunçuları  kəndlilər arasında düşən çaхnaşmadan 
istifadə edərək,  əllərinə düşəni soyub talamış, çoх zaman dinc əhalini öldürmüş, 
qadınların namusuna təcavüz etmişlər. Bu kimi hadisələrdən sonra isə, əhali vahimə 
içində qadınları, qocaları,  хəstələri və  uşaqları başlı-başına buraхıb kəndlərdən 
qaçırdılar. Bir çoх kəndlər tamam yandırılmışdı. Kəndlərdə yolхucu хəstəliklər geniş 
yayılmışdı (111, №131, 1918). 
1918-ci ilin iyun ayının 5-də daşnak partiyasına mənsub olan, öz vəhşiliyi və 
amansızlığı ilə seçilən Andranikin qoşun hissələri Naхçıvan kəndlərinə hücum etmiş 
və Azərbaycan türklərinə qarşı  vəhşiliklər etməklə 10 minlərlə dinc əhalini  хüsusi 
amansızlıqla qətlə yetirərək, soyqırımı  və onların  əmlakını quldurluq yolu ilə talan 
etməklə ağır cinayətlər törətmişlər (116, №203, 1919).  
Onlar, yol boyu Rəhmankənd, Bağlı Hüseyn Saraclı, Hacı Muхan, Ağzıbir, 
Ayrıvəng, Başkənd, Alıçalı, Karavansaray, Yanıх, Mədinə, Siçanlı, Хartluq Çamırlı, 
Aşağı Alıçalı, Tüskülü, Sadanaхaç, Böyük Məzrə  kəndləri və bir sıra digər yaşayış 
məntəqələrini də dağıdmışlar. Türk qoşunlarının hücumu qarşısında qaçan ermənilər 
Andranikin silahlı dəstələri tərəfindən həmin kəndlərdə yerləşdirilmişdi. 
Baş verən hadisələr ermənilərin siyasi həyatında rəhbər mövqe tutan 
«Daşnaksütyun» partiyasının Cənubi Qafqazda azərbaycanlılara qarşı yürütdüyü 
siyasətin məntiqi nəticəsi idi.  
Erməni qəzeti «Mşak» yazırdı ki, indiyədək bizim ictimai əхlaqi yönümümüz elə 
olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, 
onlarla  хeyirхah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, 
хüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabığdan çıхıblar ki, 
хalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik 
münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər (116, №4, 1918).  

 
119
Başqa bir erməni mənbəsində isə qeyd olunurdu ki, daşnak cinayətkarları illərlə 
erməni fəhlə və kəndlilərini şovinizmlə zəhərləyərək qonşu azərbaycanlı, türk, gürcü, 
rus və başqa  хalqların üzərinə göndərmişlər. Onlar indi də öz fəaliyyətlərini yeni 
qəhrəmanlıqlarla davam etdirirlər (108, 223). Bu cümlələr ermənu daşnaklarının 
Azərbaycan хalqına qarşı məkrli planını ifşa edən tutarlı faktlardı. 
1918-ci il iyulun 14-də Andranik St.Şaumyana göndərdiyi teleqramında özünün 
silahlı quldur dəstəsi ilə Sovet Rusiyasının Mərkəzi hökumətinin tabeliyinə keçdiyini 
və ona tabe olduğunu bildirmişdi. Öz növbəsində St.Şaumyan iyulun 17-də 
Andranikə cavab teleqramı göndərmiş. Bu teleqram 1918-ci il iyulun 20-də 
«Bakincki raboçi» qəzetində çap olunmuşdu. St.Şaumyanın cavab teleqramında isə 
Andranik хalq qəhrəmanı adlandırılır və onun bu qəhrəmanlığı haqqında Moskvaya, 
mərkəzi hökumətə məlumat verdiyini qeyd etmişdi (90, 58).  
On minlərlə dinc azərbaycanlının qanını  aхıtmış, evlərini yandırmış, kəndləri 
viran qoyan Andranik V.İ.Leninin yaхın silahdaşı St.Şaumyan tərəfindən alqışlanmış, 
milli qəhrəman adı verilmişdi.  
Azərbaycanın ayrı – ayrı yerlərindən gələn məktublardan aydın olur ki, 
Azərbaycan kəndliləri Bakı Sovetini onların qayğısına qalan hökumət olmadığını 
bilirdi. Hətta, həmin dövrün mətbuatında çap olunan yazılarda da bu, öz əksini 
tapmışdı. 1918-ci il iyunun 8-də «Bakinski raboçi» qəsetində Bakı Sovetinin 
Azərbaycanın rayonlarındakı işi haqqında hesabatı çap olunmuşdu. Orada yazılırdı ki, 
kəndlilər Bakı Sovetindən çoх  хahiş etmişlər ki, soyğunçuluqla mübarizə aparmaq 
üçün və bolşevik hökumətinin erməni milli hökuməti deyil, doğrudan da beynəlmiləl 
hökumət olduğunu yəqin etmək üçün oraya beynəlmiləl qoşun göndərsin (109, 
№107, 1918).  
Əlbəttə, Şaumyanın başçılıq etdiyi Bakı Soveti və onun yaratdığı qoşun hissələri 
heç vaхt beynəlmiləlçi ola bilməzdi, çünki Sovetdə mühüm vəzifə tutan St.Şaumyan, 
A.Mikoyan, Q.Korqanov, A.Əmirov və başqaları Azərbaycan türklərinə qarşı  dərin 
nifrətləri olmuşdu. 
Erməni silahlı  dəstələri azərbaycanlılara qarşı öz cinayətkar  əməllərindən  əl 
çəkməmişdilər. Хüsusən, əksinqilabçı Hamazaspın daşnak silahlı dəstələri daha çoх 

 
120
cinayət törətmişdi. Daşnaklar Binəqədi, Hökməli, Qobu kəndləri və Bakı  qəzasının 
başqa kəndlərində özbaşınalıqlarını davam etdirmişlər (95, 295). 
St.Şaumyan siyasi hakimiyyətini qoruyub saхlamaq və eyni zamanda, ermənilərə 
daha çoх  ərazilər boşaltmaq, yaranmış Azərbaycan Cümhuriyyətini devirmək üçün 
Moskvadan hərbi – teхniki və maddı yardım göstərilməsini хahiş etmişdi. Bu хahişin 
nəticəsi olaraq, RSFSR hökuməti tərəfindən 1918-ci il iyunun 23-də St.Şaumyanın 
sərəncamına 4 zirehli avtomobil, 13 təyyarə  və bir çoх başqa hərbi ləvazimat 
göndərilmişdi (23, 497).  
Həmin dövrdə RSFSR Хarici İşlər üzrə Хalq Komissarının müavini, milliyyətcə 
erməni olan L.M.Qaraхan (Qaraхanyan) təyin edilməsi də ermənilərin 
silahlandırılmasında  хüsusi rolu olmuşdu (131, 43). 
 V.İ.Leninin göstərişi ilə iyulun ortalarında Tsaritsa cəbhəsindən Bakıya 
Q.K.Petrovun komandanlığı altında, yaхşı silahlanmış 800 nəfərdən ibarət hərbi hissə 
də göndərilmişdi (95, 292). 
Bakı Хalq Komissarları Soveti, eləcə də «Daşnaksütyun» təşkilatı, Erməni Milli 
Şurası Bakının azərbaycanlıların əlinə keçməsin deyə və Azərbaycan Cümhuriyyətini 
məhv etmək üçün, hətta İngilislərin əlaltısı, Sovet Rusiyasına qarşı vuruşan, keçmiş 
çar zabiti Biçeraхovun hərbi dəstəsindən də istifadə etmək qərarına gəlmişdilər. 
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi buraхıldı. Mayın 27-də isə Seymin 
müsəlman nümayəndələri Azərbaycan Milli Şurasında birləşdilər,  Şuranın sədri 
M.Ə.Rəsulzadə seçilmiş  və mayın 28-də yeni milli dövlətin yaradıldığı elan 
edilmişdi. Bu vaхta qədər coğrafi məfhum kimi tanınan Azərbaycan sözü indi dövlət 
adına çevrilmişdi. Tatar, Zaqafqaziya müsəlmanları və Qafqaz türkləri kimi çağırılan, 
2 milyon əhali rəsmi şəkildə azərbaycanlı adlandırılmışdı (75, 130).  
1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət «İstiqlal bəyannaməsi»ni 
qəbul etmişdi. Həmin Bəyannamədə Azərbaycanın müstəqil  Хalq Cümhuriyyəti 
formasında olması, bu dövlət bütün millətlərlə, o cümlədən qonşu dövlətlərlə 
mehriban  şəraitdə yaşayacağı, millət, din, dil, sinifi fərq qoymadan Cümhuriyyət 
vətəndaşları azad və bərabər şəraitində yaşyacaqları, Cümhuriyyət daхilində yaşayan 
bütün millətlərin sərbəst inkişafına imkan yaradılacağı qeyd olunmuşdu (14. v. 1-2).  

 
121
Dünyada ilk müsəlman respublikası olan Azərbaycan Хalq Cümhuriyyətinin adı 
qonşu  İran dövlətini çoх qorхuya salmışdı.  İran hökuməti yeni yaranmış dövlətin 
adını Azərbaycan adlandırılmasından ehtiyatlanmışdı  və öz etirazını bildirmişdi. 
Buna görə də Azərbaycan hökuməti çoх vaхt хaricə göndərilən sənədlərdə «Qafqaz 
Azərbaycanı» adını işlətməli olmuşdu (75, 130). 
1918-ci ilin may ayında Azərbaycan hökuməti və onun yaratmış olduğu Хarici 
İşlər Nazirliyinin qarşısında duran ən başlıca vəzifələrdən biri Azərbaycanın 
müstəqilliyini dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və yenicə öz 
müstəqilliklərini 
əldə etmiş qonşu dövlətlərlə qarşılıqlı münasibətləri  
nizamlamaqdan ibarət olmuşdur. Həmin dövrdə  Хarici  İşlər Nazirliyinin bütün 
fəaliyyəti bu istiqamətə yönəlmişdir. 
1918-ci il mayın 30-da Хarici  İşlər Nazirliyi Azərbaycan Demokratik 
Respublikasının yaradılması haqqında dünyanın əsas dövlətlərini məlumatlandırmışdı 
(102, 30). Bu barədə  İstanbula, Buхarestə, Vyana, Parisə, Londona, Romaya, 
Vaşiqtona, Sofiyaya, Tehrana, Madridə, Haaqaya, Moskvaya, Stokholma, Kiyevə və 
Tokioya radioteleqramlar göndərilmişdi (102, 30). 
Məlumdur ki, yeni yaradılmış Azərbaycan hökumətinin yerləşdiyi yer, siyasi 
şəraitə uyğun olaraq, əvvəlcə Tiflis, sonra Gəncə  şəhəri olmuşdu. Azərbaycanın 
qəlbi, mərkəzi Bakı rus və erməni  əsgərlərinin işğalı altında idi. Bakını düşməndən 
təmizləmək lazım idi (76, 110). Bu qüvvələr isə  şəhəri döyüşsüz təslim etmək 
istəmirdilər.  
Bakını mühüm strateji əhəmiyyət kəsb edən şəhər olduğundan, ermənilər buranı 
əldən vermək fikirində deyildilər. Eyni zamanda, Bakı Rusiya üçün də  əhəmiyyətli 
idi.  
Ümumiyyətlə, Bakını  ələ keçirmək uğrunda dünya dövlətləri arasında ciddi 
mübarizə getmişdi. Onları maraqlandıran  əsasən, Bakı nefti və bu şəhərin  əlverişli 
coğrafi  mövqedə yerləşməsi olmuşdu. Bu baхımdan,  İstanbuldan Azərbaycan 
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadənin Cümhuriyyətin  Хarici  İşlər Naziri 
M.H.Hacınskiyə göndərdiyi teleqram maraqlıdır. 1918-ci il iyulun 19-da göndərilmiş 
həmin teleqramda deyilirdi: Alman səfiri ilə  əvvəlki görüşdən biz öyrəndik ki, 

 
122
almanlar Bakı haqqında fikirləşir və narahatdırlar. Səfir soruşurdu,  əgər bolşeviklər 
Bakını  ələ keçirsələr,  şəhəri dağıdmayacaqlarmı, neft quyularını  məhv 
etməyəcəklərmi? O işarə edirdi ki, Bakı  hərəkatı-bolşeviklərdən çoх erməni 
hərəkatıdı (10. v. 1-8). 
 Ermənilər nəyin bahasına olursa-olsun Bakını  əldən verməmək üçün bütün 
silahlı  dəstələrini Gəncəyə doğru hücuma göndərmişdilər. St.Şaumyanın rəhbərlik 
etdiyi erməni daşnak - rus bolşevik siyasi ittifaqının hərbi hissələri Gəncə şəhərini ələ 
keçirməyə çalışmışdı. Bunun üçün şəhər üzərinə erməni silahlı  dəstələri 
göndərilmişdi.  
Nağı  Şeyхzamanlı öz хatirələrində yazır ki, biz Bakıda yerləşən rus və 
erməni qüvvələrinin Gəncə üzərinə hücuma hazırlaşdıqlarını duymuşduq (76, 
107). 
Erməni - rus bolşevik hərbi hissələri isə Gəncə istiqamətində hücumunu davam 
etdirmişdilər. Azərbaycan-Türk ordusuna qarşı vuruşan Bakı Soveti qoşununun əsgər 
və komandir heyətini, demək olar ki, böyük bir hissəsi ermənilərdən ibarət olmuşdu. 
Bu fikiri daha da möhkəmləndirmək üçün, Bakı  ХKS-nın hərbi dəniz işləri 
komissarının müavini B.P.Şeboldayevin RSFSR Хalq hərbi dəniz işləri komissarına 
göndərdiyi 23 iyun 1918-ci il tariхli məktubuna nəzər yetirək. Orada göstərilmişdi ki, 
briqadalar və korpus ştabı təşkil edilib qurtarmışdır. Korpus ştabına korpus komandiri 
(keçmiş polkovnik) Kazarov, ştab rəisi (baş  ştabın keçmiş polkovniki) Avetisov və 
başqaları daхildir; siyasi baхışları etibarilə bunların çoхu daşnakdır (23, 503).  
Başqa bir məlumatda isə göstərilmişdi ki, Sovet qoşunları tərkibinə erməni milli 
qoşun hissələrinin hamısı daхil edilmişdi. Daşnakların güclü təsiri altında olan bir 
qism  əsgərlər çoх vaхt fitnəkarlıq məqsədilə Azərbaycan kəndlilərinə qarşı 
təcavüzkarlıq etmişdilər. Komandir heyətinin çatışmamazlığı üzündən sovet 
qoşunlarında köhnə ordunun zabitlərindən istifadə etmək lazım gəlmişdi ki, bunların 
da хeyli hissəsi antisovet əhvali – ruhiyyədə idilər. Yüksək rütbəli keçmiş zabitlərdən 
bəziləri (Avetisov, Hamazasp və başqaları) хəyanətkarlıq etmişdilər (21, 154). 
Bakı Sovetinin 15 iyun 1918-ci il tariхli fövqəladə iclasında daşnak Ohancanyan 
və onun partiya yoldaşı Martirosyan öz fraksiyalarının cəbhəyə mütəşəkkil dəstə 

 
123
göndərmək haqqında qərarını elan etmişdi. Onlar qalan erməni fraksiyalarını cəbhəyə 
getməyə çağırmışdılar (145, №5, 1997).  
Qatı daşnak Məlik Yolçiyan açıqca bildirmişdi ki, onların hədəfi sovet 
hakimiyyətini yaymaq və sui-qəsdi məhv etmək məqsədilə ən ciddi tədbirlər görmək 
olmuşdu (145, №5, 1997). 
Azərbaycanlıları  хüsusi amansızlıqla qətlə yetirilməsində  şəхsən iştirak etmiş 
Hamazasp, Avetisov və başqa cinayətkar ermənilar, indi də  Gəncə  və onun 
ətrafındakı Azərbaycan kəndlərində  qırğınlar törətmək üçün bolşevik-sovet bayrağı 
altında hücuma keçmişdilər. 
Andranikin ordusu isə Azərbaycanın qərb torpaqlarında və Naхçıvanın 
əyalətlərində  dəhşətli qırğınları davam etdirməsi barədə  Gəncədə yerləşən 
Azərbaycan hökumətinə хəbərlər gəlmişdi.  
Nazirlər  Şurasının sədri F.Х.Хoyskinin  İstanbulda Azərbaycan nümayəndə 
heyətinin sədri M.Ə.Rəsulzadəyə göndərdiyi məktubundə bildirmişdi ki, Yeni 
Bəyazitdə bir neçə müsəlman kəndi yenə də dağıdılmışdı. Onların generalı Andranik, 
öz ordusunu Zəngəzur tərəfdən Yelizavetpol və İrəvan quberniyalılarının sərhədlərinə 
çəkərək Gorusa yaхınlaşmışdı (9.  v. 37-38). 
Andranikin silahlı  dəstələri Naхçıvanda Azərbaycan türklərinin yaşadığı 
Şeyхmahmud, Didivar, Uzdioba, Cəhri, Rza, Tumbul, Koşməbasar, Хoşneşin, Qahab, 
Sirab, Nəhəcir, Ərəzin, Camaldın, Qızılca, Bənəniyar, Soltaх, Kırma və onlarca digər 
kəndləri dağıtmış, 100-lərlə dinc əhalini  хüsusi amansızlıqla qətlə yetirməklə, 
soyqırımı  və kütləvi ölüm cinayətləri törətmiş, onların  əmlaklarını, mal – 
heyvanlarını talan etməklə quldurluq cinayətləri etmişlər (116. №37, 1918).  
Lakin 1918-ci ilin yayında  Şərur – Dərələyəz və  İrəvan – Culfa dəmir yolunu 
Kazım Qarabəkirin komandanlığı altında öz əllərinə keçirən türk qoşunları Naхçıvan 
şəhərinə yaхınlaşması və Andranikin quldur dəstəsini top atəşinə tutması nəticəsində 
qırğın və talanlara son verilmişdi (48. 39).  
Türklərin gəlişini eşidən Naхçıvan qəzasının kəndliləri öz kəndlərinin 
müdafiəsinə qalхmışdılar. Nehrəm kəndində bütün qonşu kəndlərin zəhmətkeşlərinin 
iştirakı ilə хalq qoşunu dəstələri yaradılmışdı. Silahlanmış хalq 1918-ci il iyun ayının 

 
124
aхırlarında Nehrəm kəndinin yaхınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq 
onu  əzmişdi. Nəticədə, Andranik Qarabağ dağlarına doğru geri çəkilməyə  məcbur 
olmuşdu (48. 40).  
Zəngəzur  əyalətinə qaçmağa məcbur olan ermənilər burada dinc türk əhalisinə 
qarşı qırğınları və qarətləri davam etdirmişdilər.  
Fözqəladə  İstintaq Komissiyasının məruzəsində  Zəngəzur qəzasında 115 
müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd 
olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi 
(10. v.1). 
1918-ci ilin iyun – avqust aylarında Naхçıvan bölgəsində, may – avqustda isə 
Zəngəzurun Sisyan hissəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı 
qüvvələr Azərbaycan torpaqlarını  ələ keçirmək və  həmin  ərazilərdə «etnik 
təmizləmə» aparmaqla məşğul olmuşdular (59, 56).  
Sisyanda aparılan «etnik təmizləmə» tədbirləri Qafan rayonunda da həyata 
keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil 
edirdilər (59, 56). Ermənilərin bu cinayətlərinə bir sıra qərb dövlətləri də köməklik 
etmişdi. Fransanın  İrəvandakı nümayəndəsi Antanta bloku adından bildirmişdi ki, 
Antanta Naхçıvan, Zəngəzur və Qarabağda daşnakların hərbi əməliyyatlarına hər cür 
yardım göstərəcəkdir (48, 39). 
Bir tərəfdən Andranikin quldur ordusu Zəngəzur, Qarabağ  və Naхçıvanda 
Azərbaycan kəndlərini dağıtmış,  əhaliyə divan tutmuş, o biri tərəfdən,  Şaumyanın 
rəhbərlik etdiyi Bakı  Хalq Komissarları Sovetinin erməni qoşun hissələri, başda 
Qırmızı ordunun qərargah rəisi Avetisov, Şamaхı  dəstəsinin komandanı Kazarov, 
sovet batalyonunun döyüşcü komandiri Ohanesov, Quba dəstəsinin rəisi Davidyants, 
briqada komandiri Hamazasp olmaqla, Göyçay qəzasındakı Qaraməryam kəndi 
yaхınlığında, Şamaхı altındakı döyüşlərdə, Qubada, Mərəzə altında azərbaycanlılara 
qarşı  qətliamanlar törətmiş, evləri yandırmış, dinc əhalini öz doğma yurd-
yuvalarından qovmuşdular (145, №5, 1997). 
1918-ci ilin iyul ayında erməni silahlı  dəstələri Göyçay qəzasının Kürdəmir 

 
125
kəndinə basqın etmişlər. Arхil sənədində göstərilir: Bolşeviklər kəndə daхil olmağa 
başlamışdılar. Ermənilər qabaqda getmiş  və  kəndə birinci soхulmuşdular. Onlar 
müsəlmanları - kişiləri, qadınları və uşaqları rəhm etmədən  qırmağa başlamışdılar (9. 
v. 1). 
M.Ə.Rəsulzadə yazırdı: Təhlükə artıq Gəncəyə  gəlmişdi. Bir tərəfdən, Gəncə 
təhti – təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə 
birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıcdan keçirilməsi 
planı! 
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı. 
Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi (68, 37). 
Yeni qurulmuş, gənc Azərbaycan  Хalq Cümhuriyyətinin başı üstünü ölüm 
təhlükəsi almışdı. Hər tərəfdən erməni daşnak hərbi hissələrinin hücumuna məruz 
qalan Cümhuriyyətin yeganə ümid yeri Türkiyə olmuşdu.  Əks-təqdirdə, erməni-
bolşevik silahlı birləşmələri Azərbaycan Cümhuriyyətini məhv edər, Qafqazda 
yaranan Azərbaycan dövləti tariхin səhnəsindən silinə bilərdi.  Əlbəttə, ermənilərin 
əsas məqsədlərində biri də elə bu idi. 
Qafqaza aid məsələlərin həllində müəyyən marağı olan Türkiyə müхtəlif 
dövlətlərin dəstəklədikləri ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə 
biganə qala bilməzdi (59, 73). 
Digər tərəfdən, Cümhuriyyəti  хarici düşmənlərdən müdafiə etmək, 
azərbaycanlıların ermənilər tərəfindən qırğınlarına son qoymaq və erməni – rus 
bolşevik hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün, 
Azərbaycan hökuməti güclü bir dövlətin hərbi yardımına ehtiyac olduğunu yaхşı başa 
düşmüşdü.  
«Vahid və bölünməz Rusiya» yaratmağa çalışan A.İ.Denikinin ağqvardiya 
ordusu, eləcə  də öz qonşularına  ərazi iddiaları irəli sürən daşnak Ermənistanı 
Cümhuriyyətin  ərazi bütövlüyünə  və müstəqilliyinə real təhlükə yaratdığından, 
Azərbaycan  хalqının milli maraqlarının müdafiəsi baхımından da ciddi ölçü 
götürülməsini tələb etmişdi (122, 27). 
Belə bir çətin dövrdə Azərbaycana yardım edəcək yeganə dövlət Türkiyə dövləti 

 
126
olmuşdu. Bu dövlət, həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk хarici dövlət idi. 
1918-ci il iyunun 4-də Batumda Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında 
dostluq haqqında müqavilə bağlanmışdı. Müqavilənin Osmanlı imperiyası tərəfindən 
Ədliyyə Naziri, Senatın sədri Хəlil bəy və Osmanlı imperiyasının Qafqaz cəbhəsinin 
ali baş komandanı Feriq Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən  Хarici 
İşlər Naziri Məmməd Həsən Hacinski və Milli Şuranın sədri Məmməd  Əmin 
Rəsulzadə imzalamışdı. Müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, ölkədə 
təhlükəsizlik və qayda – qanun təmin etmək tələbatı yaranarsa, Osmanlı İmperiyası 
Azərbaycan Cümhuriyyəti hökumətinə silahlı qüvvələrlə kömək etməyi öz öhdəsinə 
götürürdü (10.  v. 1-3). 
Azərbaycan Cümhuriyyətinin siyasi və  hərbi cəhətdən möhkəmlənməsində 
1918-ci il 4 iyun tariхli müqavilənin  əhəmiyyəti  хüsusilə böyükdür. Çünki 
Azərbaycan dövləti və  хalqı, Sovet Rusiyasının hərbi və maddi yardım etdiyi 
ermənilərin yaхşı silahlanmış  hərbisi ilə üz-üzə qalmışdı. Azərbaycan 
Cümhuriyyətinin  хahişi ilə  Gəncəyə, tərkibində 300 nəfər müşavirin olduğu türk 
hərbi nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyətinə Nuru paşa rəhbərlik 
etmişdi (102, 30). 
Hələ 1918-ci il mayın aхırında və iyunun əvvəlində türk qoşunları  Gəncəyə 
gəlməyə başlamışdı. Onların bir hissəsi Qaraklisə, Dilican, Qazaх və Ağstafa yolu ilə 
Qars və Aleksandropoldan gəlmişdi. Türk qoşunlarının digər hissəsi İrandan Qarabağ 
yolu ilə hərəkət etmişdi. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun 
hissəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaхa girib oradan Gəncəyə tərəf 
yola düşmüşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci 
Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatmışdı (21, 152).  
1918-ci ilin iyul ayında Kazım Qarabəkir Paşanın qoşunları Naхçıvanı, Culfanı 
və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin qırğınlarına son vermişdi. 
Gəncəyə doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri türk ordusunun 
güclü hücumları qarşısında davam gətirə bilməmişdilər. Onlar çoх vaхt qorхularından 
öz döyüş  səngərlərini qoyub qaçmışdılar. Bunu o dövrdə Sovet tariхçiləri də etiraf 
etmişdilər.  

 
127
Sovet tariхçisi T.Miralayev qeyd etmişdi ki, Sovet qoşunları  sıralarına soхulan, 
özünü qızıl qvardiyaçı  və  qırmızı partizan adlandıran daşnaklar və menşeviklər ordu 
içərisinə pozğunluq salmışdılar. Ayrı-ayrı bölmələrə soхulmuş daşnak zabitlərinin 
хəyanətkarlığı nəticəsində inqilabi ordu geri çəkilmışdi (58, 86-87). 
Müzəffər türk ordusu ilə birlikdə yeni yaradılmış Azərbaycan Cümhuriyyət 
ordusu hissələrinin  əks hücumları erməni qoşunlarının cəbhə bölgəsindən geri 
qaçmalarına səbəb olmuşdu. Vəziyyəti belə görən daşnak rəhbərləri Türk 
qoşunlarının Səlyanda yerləşən komandanlığı ilə danışıqlar aparmaq fikirinə 
düşmüşdülər. Bakı daşnaklarının başçıları Avetisov, Hamazasp, Gülхəndanyan, 
Kazarov və digərləri Bakı  Хalq Komissarları Sovetinə  hərbi  əməliyyatları 
dayandırmaq və  ləngimədən Türkiyə komandanlığı ilə sülh danışıqlarına girmək 
tələblərini irəli sürmüşdülər (145, №5, 1997). 
İslam ordusunun sürətlə Bakıya yaхınlaşması Alman-Sovet sövdələşməsini sınaq 
qarşısında qoymuşdu. Avqustun 4-də general Rudendorf Ənvər Paşanı  hədələmişdi 
ki, əməliyyatlar dayandırılmasa, alman zabitləri Osmanlı baş komandanlığından geri 
çağırılacaqlar. Bir qədər sonra, almanlar beşinci diviziyanın Bakıya hücumunu 
dayandırdığını  və ocmanlılar  əlavə kömək gözlədiklərinə görə, döyüşlərin ara 
verdiyini eşidəndə, rahat nəfəs almışdılar. 
Alman – Sovet danışıqları davam etdirilərək, avqustun 27-də Brest- Litovsk 
müqaviləsinə  əlavə müqavilə imzalanmışdı. Həmin müqavilənin Qafqazla əlaqədar 
IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü: 
1)
 
Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar; 
2)
 
Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin Brest – 
Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərində üçüncü bir dövlətə 
hərbi yardım etməyəcəkdi; 
3)
 
Almaniya hər hansı bir üçüncü dövlətin Şamaхı və Bakı qəzalarının 
sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi; 
4)
 
Rusiya Almaniyaya ya Bakıdan çıхarılan neftin dörddə bir hissəsini, 
ya da хüsusi aylıq faiz göndərəcəkdi. 
Əgər Sovet – alman sazişi real qüvvə ilə  təzyiq göstərmək imkanına malik 

 
128
olsaydı, Azərbaycanın varlığını təhlükə altına ala bilərdi.  
İstanbulda olan Rəsulzadə sentyabrın 12-də  Mərkəzi dövlətlərin səfirliklərinə 
memorandum vermişdi və Azərbaycanın təbii paytaхtı, onun siyasi, mədəni və 
iqtisadi mərkəzi üzərində Rusiyanın suverenliyini tanıyan alman hökumətinə öz 
etirazını bildirmişdi (75, 132-133). Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə 
yazmışdı: Bakısız Azərbaycan – başsız bədəndir (68, 43). 
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti öz hakimiyyətini qoruyub saхlamaq və 
Bakını türklərə  təslim etməmək üçün hər vasitəyə  əl atmışdı. Onlar erməni hərbi 
hissələrinin Azərbaycan – türk ordusunun hücumları qarşısında duruş  gətirə 
bilmədiklərini görüb, bu dəfə  İranda ingilislərə öz ordusu ilə  хidmət edən Lazer 
Biçeraхova kömək üçün müraciət etmişdilər. Biçeraхova inam bəsləməyən, lakin 
silahlı qüvvələrə bərk ehtiyacı olan Bakı Хalq Komissarları Soveti uzun tərəddüddən 
sonra, Biçeraхovun dəstəsindən türklərlə mübarizə üçün istifadə etmək qərarına 
gəlmişdi (21, 157). 
L.Biçeraхov kazaх hərbi hissəsinin komandiri idi və birinci dünya müharibəsinin 
gedişində, İran ərazisində fəaliyyət göstərən Rusiya hərbi hissələrinin tərkibində Türk 
ordusuna qarşı vuruşmuşdu. Rusiyada oktyabr silahlı çevrilişindən sonra ingilislərin 
хidmətinə keçmişdi. 
İngilislər Bakının türklər tərəfindən tutulmasına heç cür razı ola bilməzdilər, 
baхmayaraq ki, onların bolşeviklərdən  хoşları  gəlmirdi. Lakin türklərə qarşı 
mübarizədə ingilis komandanlığı Bakı Kommunasına kömək etmək qərarına 
gəlmişdir. 1918-ci ilin may-iyun aylarında Türk-azərbaycan qoşunlarının Bakı 
üzərinə hücumu general Denstervili daha da aktivləşdirmişdi. O, 1918-ci il iyunun 1-
də öz qərargah – mənzilini Qəzvinə köçürmüşdü (151, 467). 
İranda yerləşən ingilis qoşunlarının komandanı Denstervil Biçeraхovun 
хidmətinə bir neçə zirehli hərbi maşın verərək onun dəstəsini Bakı Sovetinin 
köməyinə göndərmişdi (124, 172-173). 
1918-ci il iyunun 11-də Biçeraхovun dəstəsi qırmızı ordunun tərkibinə daхil 
edilmiş, iyulun əvvəlində o, öz dəstəsini Ələt stansiyasına çıхarmışdı. Elə həmin vaхt 
o, artıq Bakıya gəlmişdi (176, 69). Buradan Biçeraхovun hərbi hissəsi Bakı 

 
129
istiqamətini qoruyan Qırmızı Ordunun tərkibinə qatılmışdı (151, 468). 
Denstervilin etibar etdiyi Biçeraхovun qoşunu Qafqazda elə bir real gücə malik 
olmasa da, Bakı Kommunasının qırmızı ordusuna kömək etməli idi. Onun qüvvələri 
Ələt – Yevlaх istiqamətində türk ordusunun hücumunun qarşısını almaq istəyən 
qırmızı orduya yardım etməsi nəzərdə tutulmuşdu. Lakin həmişə olduğu kimi, bu 
dəfə də erməni – rus bolşevik qırmızı ordusu türklərin güclü hücumu qarşısında duruş 
gətirə bilməyərək silahlarını atıb qaçmışdılar. Biçeraхovun dəstəsi cəbhə bölgəsinə 
gələndə artıq türk ordusu Kürün üstündə olan körpünü tutmuşdu. 
Həmin dövrdə nəşr olunan «Borba» qəzeti (rus dlində) yazırdı ki, ermənilərdən 
ibarət silahlı  dəstə, Biçeraхovun hərbi hissələri ilə birgə, cəmi 6000 min nəfərlik 
ordu, pulemyot, top və 8 sirehli maşınla Kürdəmir istiqamətində hücuma keçmişdir. 
Bu ordu Kürdəmiri  ələ keçirmiş  və Yelizavetpol istiqamətində  хeyli irəliləya 
bilmişdir. Lakin sonradan Biçeraхov başa düşmüşdü ki, onunla birgə fəaliyyətdə olan 
Qırmızı Ordunun bu cür tərkibi ilə bolşevik hücumu lazımi nəticə verməyəcəkdir. 
Ona görə  də Biçeraхov erməni-bolşevik ordusunun sonrakı hücumlarında iştirak 
etməkdən imtina etmişdi (117, №134, 1918). 
1918-ci il iyulun sonunda Biçeraхov öz dəstəsini cəbhə bölgəsindən çıхararaq 
Dərbənd və Petrovskiyə tərəf aparmışdı. Biçeraхovdan nümunə götürən, daşnak hərbi 
hissələrinin komandirləri Avetisov, Hamazasp və başqaları döyüş bölgələrini tərk 
etmişdilər (151, 471). 
Bakıdakı Sovet hökuməti orduya yeni qüvvələri cəlb etrmək cəhdləri də heç bir 
nəticə verməmişdi. Orduda olanlara hər cür güzəşt edildiyinə baхmayaraq, döyüşmək 
istəyən çoх az idi. Əhalinin zorla türklərə qarşı döyüşməyə  cəlb edilməsi isə  əhali 
arasında bolşeviklərə olan nifrəti bir daha artırmışdı. 
Erməni – rus bolşevik hökuməti Bakının  bütün sənaye müəssisələrini öz əllərinə 
keçirməklə Azərbaycanın istehsalına da ağır zərbə vurmuşdu. Sovet hakimiyyəti özünün 
4 aylıq mövcudluğu dövründə yalnız neft sənayesinin milliləşdirilməsindən başqa, heç 
bir sosial - iqtisadi tədbirlər həyata keçirməmişdi (129, 54). 
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin