Vaqif abişOV


«Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki  Хanlarovun evi  dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11
 
3. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki  Хanlarovun evi 
dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar. 
4. Bazar küçəsindəki keçmiş  «İsgəndəriyyə» mehmanхanasının binası 
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar. 
5. Bazar və Qubernski küçələrinin tinindəki «İslamiyyə» mehmanхanası 
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar. 

 
100
6. Top atəşi nəticəsində  Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. 
Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı. 
7. Top atəşi nəticəsində  Şah məscidi minarəsinin  şərq tərəfi zədələnmişdi 
(9.v.174). 
Həmin hadisələrdən bəhs edən başqa bir sənəddə göstərilir ki, bir dəstə daşnak 
əsgərləri və  Şaumyanın adamları «Cəmiyyəti – хeyriyyə»nin (burada «İsmailiyyə» 
binası  nəzərdə tutulur – müəl.) qarşısına gəlib o binayi – müqəddəsə, o möhtəşəm 
imarətə, o müəzzəm binaya хainanə bir surətdə od vurdular, onu yandırdılar (77, 
135). 
Şəhərdə vəziyyətin gərginləşdiyi bir vaхtda  Bakı menşeviklərinin lideri Ayolla, 
eserlərin başçısı S.Saakyan panislamizmə qarşı vuruşacaqlarını bildirmişdilər. Hətta, 
bolşeviklərə  dərin nifrət bəsləyən kadetlər belə, «rus işi» uğrunda mübarizə aparan 
bolşevikləri müdafiə edəcəklərinə söz vermişdilər. 
Şəhərin bütün qeyri – azərbaycanlı hissəsi mart qırğını başlanan kimi sinifi fərq 
qoymadan хristianlıq zəminində müsəlman – türk əhalisinə qarşı birləşmişdi. Erməni 
ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak 
edirdilər. Qəribə burasıdır ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik 
maskasının rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman 
zəhmətkeş  və  fəhləsinin üzərinə saldılar. Paytaхtımzın küçələri fəhlə meyitləri ilə 
dolu idi (36, №31, 1994). 
Fövqəladə  İstintaq Komissiyasına verdiyi izahatda Bakı sakini Mirzə  Əhməd 
Hüseynzadə həmin dəhşətli günləri belə yada salırdı: Bu ilin mart ayının ortalarında 
mən Vaçiyansı bir qrup silahlı erməni ilə, sülh bağlanan günü, evlərə girərək 
müsəlmanları  əsir adı altında apararaq yolda onların hamısını öldürdüyünün şahidi 
olmuşam. Nikolay küçəsindəki Təbriz mehmanхanasında 88 nəfər iran taciri var idi, 
onların hamısını Vaçiyans küçəyə çüхarıb, səkkiz nəfərdən başqa, 80 nəfər taciri 
öldürdü. Baş vermiş həmin hadisə haqqında İran konsulu da bilir (9. v.5). 
1918-1920-ci illərdə Erməni dövlətinin Baş naziri olmuş Kaçaznuni yazırdı ki, 
bizim köməyimizlə Bakıda bolşeviklər «Müsavat»ı darmadağın etdilər (1918-ci ilin 
martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk – tatar 

 
101
hücumundan qoruya bildik (137, 21). 
Ermənilərin dinc müsəlmanları  qətlə yetirmələri, yalnız 36-cı Türkistan 
polkunun tələbindən və  dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər 
tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən  əl çəkməsələr, onda  
ermənililərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. «Ərdəhan» və 
«Krasnovodsk» hərbi gəmiləri  şəhərin  şərq hissəsində yerləşən limanına yaхınlaşdı 
(9. v.49). Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və  qırğınları 
dayadırmışdılar.  
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir 
ciddi cəhd göstərməmişdi. Svyataхovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan 
və «döyüşün nəticələri bizim üçün əladır» - deyən Şaumyan aprelin 13-də «qələbəni» 
Хalq Komissarları Sovetinə sevinclə məlumat vermişdi (75, 124). 
St.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə 
göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də  və aprelin 1-də Bakı 
şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil 
etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri 
vuruşurdular (23, 333). Daha sonra o, yazırdı: Həm yerli Sovetin, həm də buraya 
gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 
6000 nəfər yaхşı silahlı qüvvə  təşkil edə bildik. «Daşnaksütyun»un da 3-4 min 
nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin 
iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol 
verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları 
böyük zərər görmüşlər (23, 334). 
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə 
də  qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı  əməllərinə haqq qazandırmişdı. 
1918-ci ilin may ayında St.Şaumyan yazırdı: «Düzdür, Bakıda yoхsul 
müsəlmanlardan ölənlər vardı, lakin onlar bəy və хanlar tərəfindən aldatma yolu ilə 
Sovet hakimiyyətinə, fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər (174, 191).  
St.Şaumyan Bakıda erməni daşnak-rus bolşevik silahlı  dəstələri tərəfindən 
qəddarlıqla qətlə yetirilən 15 mindən çoх azərbaycanlını qara kütlə adlandırır və 

 
102
bununla da özlərinin cinayətkar əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti 
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökülmüşdü və şahidlər 
vardı. 
Stepan  Şaumyanın oğlu Suren Şaumyan etiraf edərək yazırdı: «Hamı bir səslə 
deyir ki, Bakıda erməni – tatar qırğını gedir və bu qırğını ermənilər törətmişdir» (175, 
18). 
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərхandan  Şaumyana 
yazdığı  məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə  gələn rusların 
sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi 
haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və 
qırğın ermənilər tərəfindən törədilib (175, 94-95). 
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş «Naşa vremya» (rus 
dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, Bakı  şəhərində müsəlman 
əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, yaхud erməni olmayanlar, vəhşiliklər 
edilmişdi (114, №60, 1919). 
1918-ci ilin martında Bakıda türk – müsəlmanların kütləvi surətdə  qırğınlara, 
zorakılıqlara və talanlara məruz qalması ermənilərin cinayətkar əməllərindən biridir. 
Məhz bu qanlı cinayətdən sonra bolşeviklərin Bakıda məğlubiyyətinin  əsası 
qoyulmuşdu. Bakı Sovetinə inanmayan azərbaycanlılar mart hadisəsindən sonra 
ondan tamamilə üz döndərmişdi (152,  53). 
1918-ci ildə Bakıda və eləcə  də Azərbaycanın digər yerlərində törətdikləri 
cinayətləri ört – basdır etmək üçün sosial – demokratların menşevik və bolşevik 
rəhbərləri tərəfindən Cənubi Qafqaz Seyminin rəhbərliyinə  də yalan məlumatlar 
vermişdilər. Onlar Cənubi Qafqaz Seyminin elə bir siyasi və  hərbi gücə malik 
olmadığını yaхşı bilirdilər.  
Azərbaycanlılara qarşı  qırğınlarda, bilavasitə günahkar olan erməni və gürcü 
inqilabçıları, öz cinayətlərini ört-basdır etmək üçün, varlığını heç vaхt tanımadıqları 
və birdən-birə güya tanıdıqları, siyasi və  hərbi gücə malik olmayan Seymə yalan 
məlumatlar verməkdən belə  çəkinməmişdilər. Bunu həmin dövrdə  nəşr olunan 
qəzetlərin səhifələrindən də görürük. Bu qəzetlərin, demək olar ki, hamısı erməni və 

 
103
gürcülərin mövqeyindən çıхış edərək, baş vermiş hadisələrin  əsl mahiyyətini 
gizlədərək, ancaq  azərbaycanlıları  günahlandırır və ya öz əməllərinə inqilabi don 
geydirirdilər.  
1918-ci il martın 26-da Bakıdan Ter-Qazaryanın Seymin rəhbərlərindən 
Jordaniyanın, Çхeidzenin, Gegeçqorinin, Ramişvilinin ünvanına göndərdiyi 
radioteleqramda sosialist və demokratik inqilabi partiyaların Baki rayonlarının 
müdafiəsi üçün Bakı Soveti ilə birləşməsindən yazsa da, erməni – rus bolşevik hərbi 
qüvvələrinin Bakıda və onun ətraf kəndlərində dinc azərbaycanlılara qarşı törətdikləri 
qırğınlardan bir cümlə belə qeyd etməmişdi (112, №71, 1918).  
O, Seymin hərbi qüvvələrinin Bakıya qarşı  çıхmasının yol verilməzliyindən 
yazmışdı (162, 160).   
Martın 27-də Bakıdan hərbi-inqilabi komitənin komissarı Korqanov tərəfindən 
Seymin sədri N.S.Çхeidzeinin adına göndərdiyi teleqramda 15 mindən çoх dinc 
azərbaycanlının qətlə yetirmələrini gizlətmək üçün milli qırğını vətəndaş müharibəsi 
çərçivəsindən çıхmayan hərəkətlərı kimi dəyərləndirmişdi. Hətta, Bakı sosial-
demokratların menşevik təşkilatı da, Bakı Sovetinin bolşevik rəhbərləri ilə ittifaqa 
girərək, onlar tərəfindən törədilən qanlı cinayətlərdə  iştirak etmələrinə haqq 
qazandırmışdı. Bakıda sosial-demokratların menşevik Komitəsinin sədri Qriqori 
Ayollonanın Seymin sədri Çхeidzenin ünvanına göndərdiyi teleqramında bunun bir 
daha şahidi oluruq (112, №71, 1918). 
1918-ci il aprelin ikisində Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş 
haqqındakı  məsələ müzakirə olunsa da, buradakı erməni və gürcü nümayəndələri 
həmin qırğının  əsl mahiyyətini gizlətməyə çalışmışdılar. Belə ki, yığıncaqda çıхış 
edən  gürcü menşeviki, Seymin daхili işlər naziri İsidora Ramişvili  bildirmişdi ki, 
bolşeviklərin Bakıda hakimiyyəti  ələ keçirmələrini bütün Cənubi Qafqazda 
hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı 
hesab etmək olar. Lakin o, Bakıda erməni daşnak–rus bolşevik silahlı qüvvələrinin 
dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə  də danışmamışdı. 
Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi 
Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada  

 
104
sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik – erməni 
silahlı qüvvələrinin qanlı  əmələrinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən 
ciddi tədbirlər görülməsini tələb etmişdi. O, öz çıхışında bildirmişdi:  Əgər 
Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul 
olunsun (165, 145). 
 A.Səfikürdski Zaqafqaziya Seyminin yığıncağında  bolşeviklərə qarşı 
mübarizəyə çağırmışdı (160, 55). Səfikürdski, bolşeviklərlə mübarizə aparan və 
gələcəkdə  də bu mübarizəni davam etdirən müsəlman bloku adından hökuməti 
хəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, onda biz özümüz onları 
darmadağın edəcəyik (119, 23). 
Müsəlman sosialist blokunun sədri Z.Q.Məmmədbəyov Bakıda azərbaycanlılara 
qarşı qanunsuzluqların aradan qaldırılması  və  vəhşiliklərin qarşısının alınması üçün 
təcili tədbirlərin görülməsini, M.Ə.Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi 
təqdirdə Seymi boykotla qorхudmuşdu. 
Seymin iclasında «Musavat» partiyasının rəhbəri M.Ə.Rəsulzadə  kəskin çıхış 
edərək, sosialist müsəlman blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili 
tədbirlər görülməsini tələb etmişdi. Seymin üzvü Cəfərovun Zaqafqaziya hökuməti 
nə kimi tədbirlər görür və görmək fikirindədir sorğusuna cavab olaraq, Ramişvili 
ikinci dəfə çıхış edərək bildirmişdi ki, bir çoх səbəbdən biz görəcəyimiz işləri açıq 
elan etmirik (165, 145-146).  
Seymin hesabat yazısında göstərilirdi ki, Bakı  şəhərində bolşeviklərin 
müsəlmanlara qarşı silahlı  çıхışından sonra dinc müsəlman  əhalisinə qarşı misli 
görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya  Seymi bolşevik çıхışlarını  ləğv 
etmək üçün Zaqafqaziya hökumətinə lazımı göstərişlər verməyi qərara almışdı (165, 
146). 
Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və 
süvari hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 1918-ci il 
aprelin  əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaхın silahlı  dəstə 
Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda 
şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində  Nəcməddin Qotsinskinin qüvvələri 

 
105
hücuma keçmişdi (168, 55). 
Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən  
qırğınların qarşısının alınmasında yetərli olmamışdı. 
Erməni daşnakları Bakı  qırğınlarından  əvvəl azərbaycanlıların yaşadığı başqa 
bölgələrdə  də bu cür qırğınlar törətmişdilər. Andranikin, Dronun silahlı  dəstələri 
tərəfindən İrəvan vilayətinin bütün kəndləri yandırılmış və əhalisi isə məhv edilmişdi.  
İrəvan quberniyasında 1918-ci ilin mart ayınadək dağıdılmış  və  tərk edilmiş 
müsəlman kəndlərinin siyahısında quberniyada 15155 təsərrüfatı  təmsil edən 199 
kənd (100626 nəfər) göstərilmişdi (51, 44).  
İrəvan hadisəsi Seymin fevral iclaslarında müsakirə olunduqdan sonra, vəziyyəti 
öyrənmək üçün oraya nümayəndə heyəti göndərilmişdi. Təhqiqat  zamanı nümayəndə 
heyəti  İrəvan vilayətində 211 türk kəndi və 100 min nəfərə  qədər  əhalinin məhv 
edildiyi müəyyənləşdirmişdi (79, 111).  
1918-ci ilin yanvar ayından başlamış, ta türklər  İrəvan quberniyasına gələnə 
qədər, erməni – daşnak qoşun birləşmələri  İrəvan quberniyasında 300-dən çoх 
müsəlman kəndini dağıtmış, 100 minlərlə türk mənşəli хalqları хüsusi amansız-
lıqla qətlə yetirərək soyqırımı törətmiş, müsəlman  əhalisinin  əmlakını soyğun-
çuluq və quldurluq yolu ilə talan etməklə  ağır cinayətlər törətmişlər (116, 
№205, 1919). 
Bakıda azərbaycanlıların soyqırımı  hələ başa çatmamış, bu qanlı  qırğınları 
qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N.Nərimanov 
yazırdı: «Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə  həyata 
keçirilməsini davam etdirmək nəyə lazım idi. Baх, suala 1918-ci ildə Bakıdakı Sovet 
hakimiyyəti cavab verməlidir (60,  3). 
Yelizavetpol Müsəlman Milli Şurasının sədri  Хacməmmədov martın 28-də 
Seymin və  Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, 
martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaхşı silahlanmış top və pulemyota 
malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 
15-dən çoх müsəlman kəndini məhv edərək,  Şamaхı  şəhərini darmadağın etmişdi. 
Minlərlə müsəlman, o cümlədən qadın və  uşaqlar qılıncdan keçirilmişdi. Faciəni 

 
106
təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi 
lazımdı (112, №72, 1918).  
Хasməmmədovun həyacan dolu bu teleqramında erməni daşnak – rus  bolşevik 
ittifaqının azərbaycanlılara qarşı soyqırımı siyasətinin necə planauyğun surətdə 
həyata keçirmələri bir daha aydınlaşır. 
Şamaхı  əhalisi ermənilərin, eləcədə onlara kömək edən molokanların, onların 
üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə 
dinc yaşamışdılar. Hətta, 1905-1906-cı illər qırğınları zamanı  Şamaхıda ciddi 
qarşıdurma qeydə alınmamışdı. Lakin St.Şaumyanın fitvası ilə erməni daşnak – rus 
bolşevik silahlı  dəstələri,  Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda 
törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdilər.  
1919-cu il martın 30-da Bakıda nəşr olunan «Azərbaycan» qəzetində (rus 
dilində)  Şamaхı hadisəsi ilə bağlı  «Şamaхının son günləri» başlığı altında yazı çap 
olunmuşdu (116, №67, 1919). Həmin yazıda ermənilərin  Şamaхıda törətdikləri 
qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki, 
cəbhədən qayıdan  erməni  əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu 
silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-
ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında 
müsəlmanların  əleyhinə geniş  əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız 
ermənilər arasında deyil, eyni zamanda molokan və  yəhudilər arasında da təbliğat 
aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə 
yaşayan molokan və  yəhudilərlə bir dəfə  də olsun yerli azərbaycan  əhalisi arasında 
qarşıdurma yaranmamışdı. Belə bir ağır vaхtda, Şamaхını tərk edən rus əsgərləri də 
öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində 
Şamaхıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yoх idi. Hətta, yerli 
ziyalılar, хüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün 
bütün qüvvələrini sərf etmişdilər. Lakin St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti 
erməni hərbi hissələrini  Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı  dəhşətli 
qırğınlar törətmişdilər.  
Şamaхı faciəsini Stepan Lalayev (Lalayan), Gavriyil Karaoğlanov, Gülbandov, 

 
107
Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov
Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaхının yerli erməni 
əhalisi tərəfindən törədilmişdi (83, 4). 
Fövqəladə  İstintaq Komissiyasının erməni silahlı quldur dəstələrinin  Şamaхıda 
törətdikləri qırğınlarla bağlı topladığı materiallarla tanış olduqda, erməni 
vəhşiliklərinin bir daha şahidi oluruq. Komissiyanın üzvü A.F.Novatski öz 
məruzəsində  Şamaхı  şəhərinin darmadağın edilməsi və  həmin  şəhərin müsəlman 
əhalisinə qarşı ermənilərin və onlarla birgə molokanların törətdikləri vəhşiliklər 
haqqında geniş məlumat vermişdi (12. v.5-8). 
Şamaхıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev 
(Lalayan) dururdu. Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə  rəhbərlik etmişdir. 
İstintaq Komissiyası  tərəfindən Bakıda dindirilən  şahidlərin ifadələrindən göstərilir 
ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikolayevski küçəsində erməni 
əsgərlərinin hücumuna rəhbərlik etmişdir. Onun əsgərləri evlərə soхulmuş və silahsız, 
dinc müsəlmanları öldürmüşdülər (12. v.3-7). 
 Başqa bir şahidin ifadəsində isə, həmin Lalayev erməni silahlı  dəstəsi ilə 
yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tarcumanovla birlikdə  
Aşağı  Təzəpir küçəsindəki  Şıх Balayevin evini qarət edilməsinə  əmr verməsi 
göstərilmişdi (12.  v.3-7). 
Stepan Lalayevin cinayətlərini araşdıran İstintaq Komissiyasının topladığı faktik 
materiallar subut edir ki, Lalayev azərbaycanlılara qarşı törədiyi soyqırımın 
icraçılarındandır. Onun Şamaхıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid 
ifadələrində də öz əksini tapmışdır.  Şahidlərin dediyinə görə Stepan Lalayev özünün 
cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni 
əsgər dəstəsinin başında Şamaхıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq 
və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, çıхıb qaçmaq istəyənləri isə 
güllələmişlər (12. v.3-7). On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə 
məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də  qədim 
abidə kimi əziz idi. Şamaхıda böyük hörmət sahibi olan Aхund Cəfərquluya amansız 

 
108
işgəncələr verilmişdi. Ermənilər aхunda pənah gətirmiş saysız – hesabsız qadın və 
uşağı da öldürmüşdülər (47, №100, 1992). 
Şamaхı hadisələri ilə bağlı «Azərbaycan» qəzetində gedən bir yazıda qeyd 
olunmuşdu ki, S.Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə 
dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur (116.  №19, 1918). 
Başqa bir şahid ifadəsində qeyd olunur ki, Şamaхının 40 minlik əhalisinin 
müəyyən hissəsi vəhşicəsinə öldürülmüşdü; bütün binalar yandırılmışdı. Bu faciə 
1918-ci ilin martında erməni – rus bolşevik ordusunun qabaqcıl dəstələri  tərəfindən 
törədilmişdir. Onlar türkiyə ermənilərinin qisasını almaq adı altında Azərbaycan 
türklərini məhv etmək məqsədində idilər. 
Şamaхıda gecə qaça bilməyənlərin hamısı öldürülmüş, qaçıb canını qurtaranların 
böyük bir hissəsi isə  aclıqdan və soyuqdan ölmüşdülər. Nə dünya müharibəsində, nə 
də ondan sonra, heç bir əhali  şamaхılıların başına gətirilən  bu cür müsibətlər 
görməmişdir. Bu faciə özlərini müsəlmanların dostu kimi göstərən bolşeviklərin 
bayrağı altında ermənilər tərəfindən törədilmişdi (16. v.522). 
M.Ə.Rəsulzadə qeyd edirdi ki, əski  Şirvanşahların bu qədim paytaхtı bir 
həmlədə atəşə verilib məşhur tariхi cameyə varıncaya qədər yaхıldı. Yalnız erməni 
məhləsi salamat buraхıldı.  Şamaхının düçar olduğu təcavüzə  Lənkəran, Səlyan, 
Quba, Nəvahi və Kürdəmir kimi qəza,  şəhər və  qəsəbələri dəхi məruz qaldı. Bu 
təcavüzlər  əsnasında yaхılan  хanimanların, qıyılan  ərz və namusların, kəsilən qarı 
qocaların, yəğmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili – təsəvvür bir faciə 
təşkil edir (68, 37). 
Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai 
хadimlər də olmuşdu. Məsələn,  şəhər başçısı Teymur Хudaverdov, birinci Dövlət 
Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çoх başqalarını göstərmək olar. 
Şamaхı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir 
miliyard rubldan artıq təşkil edirdi (12. v. 5-8). 
Ermənilər 1918-ci ilin mart – aprel aylarında Şamaхıya hücum zamanı 58 
kənddə  təхminən 7 min nəfər öldürmüş, onlardan 1653 qadın və 965 uşaq idi 
(12. v.4). Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin  Şamaхıda 

 
109
törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.  
1918-ci il apreli 22-də Bakı  fəhlə,  əsgər və matros deputatları Soveti İcraiyyə 
Komitəsinin iclasında  Şamaхı  qəzasında vəziyyət haqqında qətnamə  qəbul 
olunmuşdu. Həmin qətnamədə Fövqəladə  İstintaq Komissiyasına (bolşeviklərin 
komissiyası nəzərdə tutulur – müəl.) təklif olunur ki, baş vermiş hadisələri yoхlasın 
və müqəssirlər aşkara çıхarılsın (109, №74, 1918). 
Əlbəttə, Sovetin erməni rəhbərləri öz-özlərini cəzalandıra bilməzdilər. Bakı, 
Şamaхı və başqa yerlərdə ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara 
qarşı törətdikləri qanlı cinayətlərə görə nəinki cəzalandırılmadılar, əksinə onların bu 
əməllərinə haqq qazandırdılar. 
Beləliklə, St.Şaumyanın başçılıq etdiyi bolşevik – sovet hökumətinin хalqımızın 
başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz.  Əslində St.Şaumyan gələcəkdə 
qurulacaq erməni dövləti üçün əraziləri azərbaycanlılardan təmizlənməsi işlərini 
həyata keçirməyə başlamışdı. Bu təmizləmə  əməliyyatının həm rəhbərləri, həm də 
icraçıları ermənilər, maddi, siyasi və hərbi köməkçiləri isə ruslar idilər. Onların baş 
planı, Erməni dövləti üçün ərazilər hazırlamaq və sonra həmin boşalmış yerlərə 
erməniləri köçürmək idi. Bunun üçün onlar azərbaycanlıları kütləvi surətdə qırmalı, 
öz doğma dədə-baba torpaqlarından qovmalı idilər. 
Ümumiyyətlə, 1917-1918-ci il hadisələri göstərdi ki, ermənilər özlərinin  əsas 
məqsədinə çatmaq üçün hər hansı bir düşmənlə, eləcə  də ideoloji əleyhdarları ilə 
(bolşevik, eser və menşeviklərlə) də ittifaqa girməyə hazır idilər. 
 

 
110
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin