Mövzu 23. Dizelin yağlama sisteminə baxış.
Dəmiryol nəqliyyatında geniş tətbiq edilən teplovoz dartısı ilə əlaqədar olaraq dizel tipli daxili yanma mühərrikləri üçün sərf edilən yağların miqdarı 60% təşkil edir. Mühərriklərinin sürətli və ağır yük altında işləməsindən, onların konstruksiyasından, istismar şəraitindən – qış və yay vaxtı şaxtalı və isti hava şəraitində işləməsindən, və dizel yanacağının keyfiyyətindən asılı olaraq teplovozlarda işlədilən dizel yağlarının tərkibinə kükürd və aşqarlar qatışdırılır. Qatar, manevr içlərində istismar edilən teplovozların və dizel qatarların mühərriklərinin texniki xarakteristikası cədvəllərdə göstərilir.
İstismar prosesində dizelin yağlama sisteminə daimi olaraq baxılmalıdır. Dövriyyə məntəgəsində və ya lokomotiv briqadalarının dəyişmə məntəqələrində texniki qulluq zamanı yağölçən çubuqla karterin dibində olan yağın səviyyəsi ölçülür. “Quru karterli” mühərriklərdə yağ bakında olan yağölçən şüşəyə əsasən yağın səviyyəsi ölçülür. Karterin yuxarı səviyyədən hündür olması dizelin silindr-porşen qrupunda yanıq qalıqlarının-qurumun çoxalmasını göstərir. Yağın aşağı səviyyədən az olmasına qəti surətdə icazə verilmir. Bu halda yağ mühərrikin sürtünən hissələrinə lazımı miqdarda daxil olmayacaq. Yağın temperaturunun yüksəlməsinə yol verilmir. Bu halda yağın yapışqanlığı azalır və yağ təbəqəsinin möhkəmliyi pozulur.
Dövriyyə məntəgəsində və ya lokomotiv briqadalarının dəyişmə məntəqələrində texniki qulluq zamanı istismar prosesində dizelin yağlama sisteminə daimi olaraq baxılmalı və lazımı olan qulluq edilməlidir. Bəzi teplovozların dizelində yağın keyfiyyətinin pisləşməsi yanma prosesində yağın da yanması təsir edir. Bunun aradan qaldırması üçün mühərrikin boş işləməsi zamanı yanacaq nasoslarının işi dayandırılır. Dizelin işə salınmasından qabaq yağın temperaturunun 20oC-dən yüksək olması yoxlanmalıdır. “Dizeli işə salınması” düyməsi basıldıqdan sonra dizelin qirişində yağın təzyiqini göstərən manometrin göstəricisi 0-dan yuxarı olmalı və yağlama sistemində olan təzyiqi göstərməlidir.
Teplovozların seriyasından asılı olaraq 100-150 min km yürüş etdikdən sonra dizelin karterində və yağ bakında olan yağ tam dəyişdirilir. Zəmanət yürüşündə olan teplovozların yağı teplovozu istehsal edən zavodun tılimatında göstərilmiş müddətdə dəyişdirilir. Mühərrik yağlarının dəyişdirilmələri arasında olan dövrdə lokomotiv deponun laboratoriyasında dizel mühərriklərində işlədilən yağların vəziyyətinə nəzarət edilir.