Mövzu 22. Diyircəkli yastıqlı vaqon bukslarında istifadə olunan yağlar.
Buksların əsas vəzifəsi arabacıqdan və ya vaqon kuzovundan düşən ağırlığı ox boynuna ötürməkdir. Bu həm də vaqonun hərəkəti zamanı təkər cütünün eninə və uzununa istiqamətlərdə olan yerdəyişmələri məhdudlaşdırır. “Buks” – fransız sözü olub, mənası “qutu” deməkdir. Yağın ox boynuna verilməsini sadələşdirmək və buksda yağlama qurğusu adlanan “polster” yerləşdirmək məqsədi ilə onun qövdəsi bütöv hazırlanır. Vaqon buksu gövdədən, yastıqlardan və kipləşdirici elementlərdən ibarətdir. Bir çox buks konstruksiyalarında, yastığın ox boynunda yerləşdirilməsi, sürtünən səthlərə yağların verilməsi üçün əlavə detallardan istifadə olunur. Hal-hazırda dəmiryolu şəbəkəsində istismar olunan bütün sərnişin və yük vaqonları diyirlənmə yastıqlı bukslarla təchiz olunub. Yük və sərnişin vaqonlarının istismar təcrübəsi göstərib ki, diyirlənmə yastıqlı bukslar sürüşmə yastıqlı bukslara nəzarən texniki və iqtisadi cəhətdən daha səmərəlidir. Diyirlənmə yastıqlarının sürüşmə yastıqlarına nisbətən əsas üstünlükləri sürtgü mayeriallarının böyük miqdarda qənaitinə, həmçinin sarıma-örtmə materiallarının tam istismardan çıxarılmasına nail olunur. Buks gövdəsi – vaqon təkər cütünün eninə və uzununa istiqamətlərdəki yerdəyişməsini məhdudlaşdırır. Buksun kipləşdirilməsində labirintlərdən istifadə olunmaqla, labirint halqasında və buks gövdəsində yerləşdirilir. Labirint halqası və buksun labirint hissəsi buks gövdəsindən yağın axmasını və oraya çirkli hissəciklərin dolmasının qarşısını alır. Diyircəkli yastıqlı vaqon bukslarında konsistent yağlardan istifadə olunur. Yağlama diyircəklər və separatorlar, halqa burtları və diyircəklərin yan səthi, halqaların diyirlənmə çuxurları və diyircəklər arasındaki sürüşmə sürtünməsini azaldır. Bununlada buks detallarının yeyilməsinin və qızmasının qarşısı alınır. Vaqon təsərrüfatında diyircəkli yastıqların yağlanması üçün 1973-cü ilə kimi 1-LZ markalı konsistent yağlardan istifadə edilirdi. 1973-cü ildən sonra isə LZ-METİ markalı yüksək özlülü konsistent yağlardan istifadə edilir. Son vaxtlar buks yastıqlarını yağlamaq məqsədi ilə xüsusi ЖРО və buksol markalı diyircək yağlarından da istifadə edirlər. Bu sürtqü yağının-yağlama materialı, tərkibində АУ markalı vereten yağı, olein turşusu, litium əsaslı qatılaşdırılmış sabun məhlulu və gənəgərcək yağından ibarətdir. Isti oturtmalı yastıqlı buksa 1-1,2 kg və oymaq oturtmalı yastıq bukslarına isə 1,4-1,6 kg yağ doldurulur. Konsistent yağlara həm də plastiki yağlar deyilir. Belə yağlar, həm sürtünən hissələrdə yeyilməni azaldır, həm də sürtünən düyünləri hermetikləşdirir və qızan səthlərin istiliyini aşağı salır. Yağlamanın tətbiqi buks düyününün etibarlığını artırır və onun detallarının uzunömürlüyünü isə yüksəldir.