Mövzu 19. Ox, sənaye, kompressor və dizel yağlarına nəzarət.
Dəmiryol nəqliyyatında geniş tətbiq edilən teplovoz dartısı ilə əlaqədar olaraq dizel tipli daxili yanma mühərrikləri üçün sərf edilən yağların miqdarı 60% təşkil edir. Mühərriklərinin sürətli və ağır yük altında işləməsindən, onların konstruksiyasından, istismar şəraitindən – qış və yay vaxtı şaxtalı və isti hava şəraitində işləməsindən, və dizel yanacağının keyfiyyətindən asılı olaraq teplovozlarda işlədilən dizel yağlarının tərkibinə kükürd və aşqarlar qatışdırılır. Teplovozların seriyasından asılı olaraq 100-150 min km yürüş etdikdən sonra dizelin karterində və yağ bakında olan yağ tam dəyişdirilir. Zəmanət yürüşündə olan teplovozların yağı teplovozu istehsal edən zavodun təlimatında göstərilmiş müddətdə dəyişdirilir. Mühərrik yağlarının dəyişdirilmələri arasında olan dövrdə lokomotiv deponun laboratoriyasında dizel mühərriklərində işlədilən yağların vəziyyətinə nəzarət edilir.
Kompressor yağı kükürdlü və az kükürdlü neftdən dərin təmizlənmiş mineral yağdır. Kompressorun normal işləməsi üçün keyfiyyətli yağla bərabər, həm də yağlama rejiminə də əməl edilməsinin şox böyük əhəmiyyəti vardır. İşləndikdən sonra çirklənmiş yağın karterə axmasının qarşısını almaq üçün onu xırda gözlü toru olan qıfdan süzdükdən sonra karterə qaytarırlar. Karterin həddindən artıq yağla dolmasına da imkan vermək olmaz, çünki yağın səviyyəsinin həddindən artıq qalxması nəticəsində onun silindrlərin divarlarına həddindən artıq miqdarda çilənməsi baş verir. Bunun nəticəsində isə silindrin divarlarında və klapanlarında, qapaqlarında yanıq qurumları yaranır, silindrdən xaric edilən yanmış yağ isə klapanları və xaricetmə boruları qurum bağlayır.Dövriyyə məntəgəsində və ya lokomotiv briqadalarının dəyişmə məntəqələrində texniki qulluq zamanı istismar prosesində dizelin yağlama sisteminə daimi olaraq baxılmalı və lazımı olan qulluq edilməlidir. Bəzi teplovozların dizelində yağın keyfiyyətinin pisləşməsi yanma prosesində yağın da yanması təsir edir. Bunun aradan qaldırması üçün mühərrikin boş işləməsi zamanı yanacaq nasoslarının işi dayandırılır. Dizelin işə salınmasından qabaq yağın temperaturunun 20oC-dən yüksək olması yoxlanmalıdır. “Dizeli işə salınması” düyməsi basıldıqdan sonra dizelin qirişində yağın təzyiqini göstərən manometrin göstəricisi 0-dan yuxarı olmalı və yağlama sistemində olan təzyiqi göstərməlidir.
Metal emal edən dəzgahların, qeneratorların, elektrik mühərriklərinin, müxtəlif avadanlıqların, cihazların və başqa mexanizmlərin yastıqlarınıyağlamaq, eyni zamanda hidravlikli sistemi doldurmaq üçün istifadə edilən mineral yağların geniş qrupuna sənaye yağı deyilir. Bu yağlar havanın t-ru normal olan şəraitdə işləyir və sürtünən düyünlərdə işçi t-r 40-500 –ni keçmir. Yağ bilavasitə aqressiv mühitlə (qaz,buxar,isti hava və s.) əlaqələnmir. Sənaye yağları qrupuna: xüsusi sənaye yağları və eyni zamanda xüsusi adı olan bir sıra yağlar (separator yağı, yoxlama-ölçü cihazlarını, soyuducu maşınları və vakuum nasoslarını yağlamaq üçün yağ) daxildir.
Silindr, kompressor və turbin yağı iş prosesində yüksək t-un təsirinə məruz qalan, su, isti hava və buxar ilə görüşən yağlar qrupuna aiddir. Sənaye yağlarına nisbətən onlara daha böyük tələbatlar qoyulur. Bu yağlar nəinki kimyəvi. eyni zamanda termiki dayanətli olmalıdır, yəni yüksək t-da öz xassəsini az dəyişməli, tərkibində korroziya əmələ gətirən maddələr və mexaniki qarışıqlar olmamalı, müəyyən özlülüyə malik olmalı və s. Silindr yağı bir neçə markada buraxılır. Kompressor yağı porşenli və rotasion kompressorların və eyni zamanda hava qovucuların silindrlərini, klapanlarını və başqa hissələrini yağlamaq üçün tətbiq edilir. Yağ iş prosesində təzyiq altında olan isti hava, yaxud qaz ilə toqquşur. Belə sərt şəraitdə silindr-porşen qrupunun isti hissələrində qurum əmələ gəlməməsi üçün yağ yüksək termiki dəyanətliyə malik olmalıdır.
Turbin yağı dərin təmizlənmiş və saflaşdırılmış neft yağıdır. Onlar su və buxar turbinlərinin və eyni zamanda elektrik generatorlarının yastıqlarını və köməkçi hissələrini yağlamaq və soyutmaq üçün işlədilir. Iti sürətli dizel mühərrikləri üçün yüksək keyfiyyətli, yaxşı təmizlənmiş neft yağları buraxılır. Onların alınma texnologiyası müxtəlif olub, emal edilən neftin kimyəvi tərkibindən və xüsusiyyətindən asılıdır. Adətən bütün yağlara aşqarlar əlavə edilir. Aşqarsız yağ dövrlər sayı az və yataqlarının içlikləri babbitdən olan az kükürdlü yanacaqla işləyən dizellərdə istifadə edilə bilər. Müassir dizellərin yataqlarının içlikləri yüksək möhkəmliyə malik olan müxtəlif ərintilərdən hazırlanır.