Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar



Yüklə 75,34 Kb.
səhifə19/21
tarix01.02.2023
ölçüsü75,34 Kb.
#82096
1   ...   13   14   15   16   17   18   19   20   21
yaqlar-mühazireler

Mövzu 21. Soyuducu maşınların kompressorlarında tətbiq edilən yağlar.

Bu yağ qrupuna daxil olan yağlar daimi olaraq soyuducu agentlə kontaktda (karbon qazı, ammonyak, freon) dövri olaraq mühitin temperaturunun və təzyiqinin dəyişməsi şəraitində işləyir. Bu səbəbdən mineral yağlara bir sıra tələblər sürülür: soyuducu agentlə heç bir reaksiyaya girməməlidir, alçaq dərəcədə donma temperaturuna malik olmalıdır, temperatur dəyişmələrində özlülük-temperatur qrafikinin əyrisi az meyilli olmalıdır, antioksidləşmə keyfiyyəti yüksək və stabil olmalıdır. Bu yağlara tələbatlar ona görə bu gədər ciddi sürülür ki, soyuducuların bütün istismarı müddətində onların kompressorları hermetik olduğu üçün sökülüb açılmır və yağları dəyişdirmək və nəzarət etmək mümkün olmur.


Soyuducu maşınların kompressorlarında dövlət standartlarına uyğun yağlar tətbiq edilir: XA – turşu-qələvi təmizlənməsi ilə distilə edilmiş və 0,3% AzETİ depressatoru əlavə edilmiş kompressor yağı refrijerator qatarlarının kompressorlarında tətbiq edilir; XF-12-16 – turşu-qələvi təmizlənməsi ilə distillə edilmiş və 0,2 – 0,3% antioksidləşdirici aşqarı əlavə edilmiş kompressor yağı refrijerator qatarlarının kompressorlarında tətbiq edilir; XF-22-24 - turşu-qələvi təmizlənməsi ilə distillə edilmiş və vinipol aşqarı ilə qatılaşdırılmış kompressor yağı refrijerator qatarlarının kompressorlarında XA və XF-12-16 yağlarının əvəzləyicisi kimi tətbiq edilir; XA-23 distillə edilmiş və qalıq neft yağlarının qatışığı; XA-30 - distillə edilmiş və qalıq neft yağlarının qatışığı – freonla işləyən kompressorlarda tətbiq edilir.
Mühərrik yağları daxiliyanma mühərriklərinin sürtünən hissələrinin yağlanması üçün tətbiq edilir. Əksər mühərrik yağları aşqarlarla təmin olunmuş mineral əsaslı olur. Mühərrik yağlarının iş şəraitinə qoyulan yüksək tələblər və yağların dəyişdirilmə müddətinin artırılma istəyi tam və ya qismən sintetik yağların yayılmasına səbəb olmuşdur. Mühərrik yağlarının keyfiyyəti onların tərkibində olan aşqarlarla müəyyən olunur. Aşqarlar öz funksiyalarına qörə aşağıdakılara bölünür: özlülük indeksini artıran, bərkimə temperaturunu aşağı salan, oksidləşmə və korroziyanı zəiflədən, yuyucu, yüksək kontakt gərginliklərində yağlama xüsusiyyətini təmin edən, sürtünmə modifikatorları, köpüklənməyə qarşı.
Dəmiryol nəqliyyatında geniş tətbiq edilən teplovoz dartısı ilə əlaqədar olaraq dizel tipli daxili yanma mühərrikləri üçün sərf edilən yağların miqdarı 60% təşkil edir. Mühərriklərinin sürətli və ağır yük altında işləməsindən, onların konstruksiyasından, istismar şəraitindən – qış və yay vaxtı şaxtalı və isti hava şəraitində işləməsindən, və dizel yanacağının keyfiyyətindən asılı olaraq teplovozlarda işlədilən dizel yağlarının tərkibinə kükürd və aşqarlar qatışdırılır. Qatar, manevr içlərində istismar edilən teplovozların və dizel qatarların mühərriklərinin texniki xarakteristikası cədvəllərdə göstərilir.


Yüklə 75,34 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin