Sürtünmə hərəkətə müqavimətdir. Hər hansı bir sistemin sürtünməsi sürtünmə anlamı ilə təsvir olunur, yeyilmənin və yağlamanın təsnifi üçün tətbiq olunur.Sürtünmə cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Sürtünmə qüvvəsi - toxunan səthlərin kələkötürlüyü və həm də bir- birinə sıxılması nəticəsində meydana çıxan qüvvədir. Sürtünmə qüvvəsi üç cürdür:
-sükunət sürtünmə qüvvəsi,
-sürüşmə sürtünmə qüvvəsi,
-diyirlənmə sürtünmə qüvvəsi.
Sükunət sürtünmə qüvvəsi - cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və bu qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir.
Sürüşmə sürtünmə qüvvəsi-bir cismin digər cismin üzəri ilə sürüşməsi zamanı yaranan və hərəkətin əksi istiqamətində yönələn qüvvədir.
Diyirlənmə sürtünmə qüvvəsi - bir cicmin digər cisim üzərində diyirlənməsi zamanı yaranan qüvvədir və sürüşmə sürtünmə qüvvəsindən dəfələrlə azdır.Sürtünmə qüvvəsi elektromaqnit təbiətli qüvvədir.
Detalların sürtünmə zamanı yeyilmə iki prosesdən ibarət olur: yonulma və əzilmə. Yonulma zamanı metal hissəcikləri sürtünmə səthindən qoparaq hissənin çəkisinin azalmasına və ölçülərinin dəyişməsinə səbəb olur. Əzilmə zamanı materialın plastikliyindən hissədə qalıq deformasiya yaranır və bu da onun həndəsi ölçülərini dəyişdirir.Detalların sürtünmədə yeyilmə aşağıdakı amillərdən asılıdır: xüsusi təzyiqdən; sürtünmə əmsalından; hissənin nisbi hərəkət sürətindən; sürtünən səthlərin bərkliyindən və kələ-kötürlüyündən və s. Xüsusi təzyiq artdıqca ona mütənasib olaraq yeyilmədə artır.
Bir cismin başqa bir cismin səthi üzərində hərəkət etməsinə sürtünmə deyilir. Sürtünmə iki növ: statik və dinamik olur.
Kontaktda olan cütlərin nispi hərəkətinin növündən asılı olaraq, aşağıdakı əsas sürtünmə növləri fərqləndirilir: