Mövzu 4. Lak boya materiallarının təyinatı və təsnifatı.
Lak-boya materialları – maye və ya pastaya bənzər məhlullardır, onları bərk səthə nazik qat çəkilir, quruyanda lak-boya örtük qatı əmələ gətirir. Lak-boya materiallarına laklar, boyalar, qruntovkalar, şpatlyovkalar aiddir. Hərəkət tərkiblərinin bəzi xarici səthlərini (lokomotiv,vaqon və s.) və siqnal vasitələrini (işıqfor, şlaqbaum və s.) boyamaq üçün əlvan rəngli laklar və boyalar tətbiq edilir ki, onlar hər bir hava şəraitində və hər bir sürətdə yaxşı görüntü təşkil etsin. Dizellərdə, istilik kotyollarda, qızdırıcılarda, istilik paylaşanlarda lak-boya örtükləri yüksək termodəyanətli, refrijerator hərəkət tərkiblərində isə şaxtaya dəyanətli olmalıdırlar. Boyalar və laklar gəmi, traktor, aviasiya, lokomotiv inşaatında, habelə xalq təsərrüfatının müxtəlif sahələrində metal və qeyri-metal avadanlıq hissələrinin səthində örtük qatı yaratmaq məqsədilə geniş tətbiq edilir. Metal və qeyri-metal hissələr üzərinə boya və lak çəkməklə onları korroziyadan, maye, qaz və hava axınının dağıdıcı təsirindən qoruyur və ya məmulata bəzək vururlar. Boya və laklardan elektrik izolyasiya və səthinin şüanı əksetdirmə qabiliyyətin artırmaq məqsədilə də istifadə edilir.
Yağlı boyalar başlıca olaraq örtük əmələgətirici maddələrlə (yağlar, əliflər) piqmentlərin (sink oksidi, qurğuşun ağardıcısı), doldurucuların (talk, kaolin) və həlledicilərin (benzin, uayt spirt, skipidar) qarışığından hazırlanır. Yağ boya sürətlə quruma qabiliyyətinə malik olmalıdır. Yağlı boya təbəqəsi quruduqdan sonra möhkəm, nazik və sıx qoruyucu örtük yaratmalıdır.
Yağların rəngi, qatılan piqmentlərin rəngindən asılıdır. Doldurucular əlavə etməklə yağlı boyaların möhkəmlik və davamlılığını artırırlar. Həlledicilər qatılmaqla nazik örtük əmələgətirici maddələrin həll edilməsi və müəyyən qatılıq alınması üçün əlverişli şərait yaradılır.
Yağlı boyaların tətbiq sahəsi məhdudlaşır, sintetik örtük materiallarının tətbiq sahəsi isə surətlə genişlənir. Buna baxmayaraq, boyalar antikorroziya materialı kimi sintetik materiallardan daha üstündür.
Dəniz neft mədənlərində su altındakı metal dayaqları, boruları və başqa hissələri korroziyadan qorumaq üçün bitumlar (məsələn, neftdən və ya asfaltdan alınmış “kuzbas” mineral qatranı) çəkilir. Daş kömürdən alınan “kuzbaslak” daha çox yayılmışdır. Laklar qoruyucu örtük əmələ gətirən maddələrin, məsələn, qatranların, müxtəlif həlledicilərdə həll olunması nəticəsində alınır.
Məmulatın səthində yaradılan lak örtüyü yüksək adgeziya qabiliyyətinə malik olmalıdır. Laklar mənşələrinə görə təbii və süni olur. Təbii laklar kətan yağı və şellak əsasında, süni laklar isə süni qatranlar sellülozun qarşılıqlı təsiri nəticəsində alınır. Həlledici maddə olaraq efir yağları, spirtlər, benzin, yağlar, skipidar və s. işlədilir.
Son zamanlar metal məmulatın səthində qoruyucu örtük yaratmaq üçün onu qızdıraraq polistirol, polipropilen və ya polietilendən hazırlanmış ovuntunun içərisinə salır və 3-10 san. saxlayırlar. Metal məmulat polimer ovuntusunun ərimə temperatundan bir qədər yuxarı temperaturadək qızdırıldığından ovuntu əriyərək məmulatın səthində maye halında nazik örtük əmələ gətirir. Tədricən soyudulan məmulatın səthindəki mayepolimer örtüyü bərkiyərək ona yapışır. Bu üsul ilə alınan qoruyucu örtüyün qalınlığı 0,15 - 1,5 mm arasında dəyişir.
Istismar dövründə nəqliyyat vasitələrinin təmirində işlədilən ən vacib məmulatlardan biri də lak – boya materiallarıdır. Bu materiallar əsasən 2 funksiyanı yerinə yetirirlər:
1). texniki tələblərin qarşıya qoyduğu funksiyaların ödənilməsi;
2). Estetik baxımdan zəruri hesab edilən tələblərin yerinə yetirilməsi.
1-cisi boyanalacak səthi dağıdıcı amillərdəm qoruyur, 2-cisi detalların dekorativ xüsusiyyətlərini təmin edir. Lak-boya materialları emal ediləcək səthlərdə möhkəm qat əmələ qətirməklə, hissələri ətraf mühitin dağıdıcı zərbələrindən, metal məmulatları korroziyadan qoruyur. Digər tərəfdən boyalanan səthin xarici görünüşü ürəyə yatımlı olmalıdır. İstismar prosesində nəqliyyat vasitələrinin işləmə müddəti artdıqca lak-boya materiallarının keyfiyyəti aşağı düşür. Bunun qarşısını almaq üçün boyalanmış səthlərin profilaktik və bərpa xarakterli texniki təsirlərini vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək lazımdır.
lak – boya materialları öz funksiyalarını tamamilə o halda yerinə yetirirlər ki, onlara verilən tələblər ödənilmiş olsun. Bu tələblərdən aşağıdakıları göstərmək olar: 1). Tələb olunan mexaniki möhkəmliyi,elastikliyi və bərkliyi təmin etməlidir; 2). Səthlərin materialı ilə birləşərək möhkəm lak-boya qatı əmələ gətirməlidir; 3). ətraf mühitin və neft məhsullarının mənfi təsirinə davamlı olmalıdır; 4). Boyalanmış səthləri korroziyadan qorumalıdır; 5). Standartda nəzərdə tutulmuş istismar keyfiyyətlərini atmosferin bütün temperaturlarında saxlamalıdır; 6). Defisit olmamalı,işlənilməsi sadə üsullarla icra edilməli,ömür uzunluğu yüksək olmalıdır; 7). Səthlərə çəkildikdən sonra qısa müddət quruducu qurğular tələb etməməlidir.
Boyaların və lakların istismar keyfiyyətlərini aşağıdakı göstəricilər xarakterizə edir: özlülük, quruma müddəti, yaxşı yapışma və səthə hopma qabiliyyəti, yaranan təbəqənin əyilmədə və dartılmada möhkəmliyi, boya qatının bərkliyi, yanacaq və yağların təsirinə davamlılığı, zəhərliliyi və yanğın təhlükəsizliyi. Lak-boya materiallarının optimal özlülüyü boyanın növündən asılı olaraq aşağıdakı sərhədlərdə dəyişir: batırma üsulunda 15-20 san., tozlandırıcı variantda 20-30 san., və fırça ilə işlədikdə 30-60 san. Özlülük yüksəldikcə boya qatının qalınlığı artır.
Dostları ilə paylaş: |