Sürüşmə sürtünməsi – dinamik sürüşməyə aiddir Diyirlənmə sürtünməsi – dinamik sürüşməyə aiddir Burğulama sürtünməsi Sürüşmə sürtünməsi. Sürtünən cismin səthə toxunan nöqtəsi öz vəziyyətini həmin səthə görə dəyişərsə,belə sürtünməyə sürüşmə sürtünməsi deyilir. Sürüşmə hərəkəti sürüşmə sürtünməsi ilə bağlıdır.Bu hala uyğun maşın elementi kimi geniş yayılmış sürüşmə yastıqlarını misal göstərmək olar.Başqa sürtünmə halları ilə müqaisədə sürüşmə sürtünməsi zamanı cütlər arasında kontakt sahəsində ağır gərginlik baş verir. Bu da əsasən sonda səthlərdə dağıdıcı termiki proseslərə səbəb olur. Sürüşmə sürtünməsi quru, mayeli və yarımmayeli sürtünmələrə ayrılır.
Quru sürtünmə elə sürtünməyə deyilir ki, bu sürtünmə zamanı iki sürtünən hissə arasında heç bir yağ təbəqəsi olmur və hissələr bir-biri üzərində quru sürüşərək hərəkət edir.
Mayeli sürtünmə elə sürtünməyə deyilir ki, hərəkət edən iki hissə arasında sürtgü yağı iştirak etmiş olsun. Əgər quru sürtünməni mayeli sürtünmə ilə əvəz etsək, o zaman metal hissələrinin əyilməsi və sürtünməyə sərf olunan güc azalır, hissələr az qızır və sürüşən hissələrin yükgötürmə qabiliyyəti çoxalır.
Yarımmayeli sürtünmə elə sürtünməyə deyilir ki, hərəkət edən iki hissə arasında tamamilə deyil, ayrı-ayrı yerlərində (hissələrində) yağ təbəqəsi iştirak etmiş olsun. Əgər mühərriklərdə belə bir hal olarsa, o zaman mühərrikin hissələri qısa bir vaxtda yeyilib işdən çıxar. Texnikada belə sürtünməyə yol verilmir.
Əgər fırlanan cismin fırlanma oxu kontakt sahəsinə parallel və hərəkət istiqaməti fırlanma oxuna perependikulyar olarsa onda bu hal ideal olaraq diyirlənmə adlanır. Texniki diyirlənmə hadisəsində tez – tez sürüşmə baş verərsə, bu halda xətti diyirlənmə anlayişi istifadə olunur. Nöqtəvi və xətti diyirlənməyə müvafiq maşın elementləri kimi kürəli (nöqtəvi kontakt) və diyircəklı yastıqları (xətti kontakt) misal göstərmək olar. Əgər fırlanan cismin fırlanma oxu fırlanma sahəsinə perpentikiulyar olub, fırlanma oxu ətrafında yalnız bir fırlanma baş verərsə və gərginlikli toxunma sahəsi makroskopik müqavimət göstərərsə onda belə halda burğulama hadisəsi və burğulama sürtünməsi yaranır. Bu hal məsələn, ucluq yastıqlarında baş verir.Bu üç halla yanaşı həmçinin kombinasiya olunmuş üsullar da mövcuddur.